Bakıda sulu qar, arxiv şəkli

Faktiki hava: Bakıda şaxta olub, Neftçala küləyin sürətinə görə paytaxtı ötüb

10
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4,8 metrə çatıb. Havanın temperaturu fevralın 17-də Bakıda iqlim normasından 1,5 dərəcə aşağı olub

BAKI, 18 fevral — Sputnik. Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, fevralın 18-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensivləşib, güclü şimal-qərb küləyi əsib. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 42 (aylıq normanın 80 faizi), Lənkəranda 38 (aylıq normanın 36 faizi), Zaqatalada 33 (aylıq normanın 74 faizi) Xınalıqda 28,

 Gədəbəydə 28 (aylıq normanın 97 faizi), Balakəndə 27, Şəkidə 26 (aylıq normanın 59 faizi), Daşkəsəndə 25 (aylıq normanın 70 faizi), Qrızda 24, Ağstafada 23 (aylıq normanın 102 faizi), Kişçayda (Şəki) 22 (aylıq normanın 50 faizi), Astarada 20 (aylıq normanın 21 faizi), Oğuzda 20 (aylıq normanın 40 faizi), Gəncədə 18 (aylıq normanın 121 faizi), Şahdağda 18, Şəmkirdə 16 (aylıq normanın 69 faizi), Tovuzda 16 (aylıq normanın 71 faizi), Qubada 16 (aylıq normanın 53 faizi), Qəbələdə 15 (aylıq normanın 27 faizi), Mingəçevirdə 14 (aylıq normanın 55 faizi), Göygöldə 13, Ağdamda 11 (aylıq normanın 51 faizi), Lerikdə, Göyçayda 10, Bərdə, Naftalanda 9, Şərurda 8, Zərdab, Yevlax, Şahbuzda 7, Tərtər, Ağdərə (Ordubad), Qusarda 6, Yardımlı, Beyləqan, Ceyrançöldə 5, Kürdəmir, Sədərək, Xaltan, Xaçmazda 4, Sabirabad, Altıağac, İsmayıllıda 3, Cəfərxan, Salyan, Hacıqabul, Ordubad, Ağsu, Mərəzədə 2, Salyan, Neftçala, Biləsuvar, Şabran, Nabran, Naxçıvan, Şamaxı, Bakı, Sumqayıt, Maştağa, Binə, Pirallahıda 1 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Sarıbaşda 40, Şahdağda 39, Daşkəsəndə 28, Gədəbəydə 24, Göygöldə 22, Kişçay, Tovuz, Qrızda 10, Şəki, Oğuzda 9, Zaqatalada 6, Gəncədə 4, Quba, Xaltanda 3, Xınalıq, Şəmkir, Qusarda 2, Balakən, Altıağac, Mərəzə, Hacıqabul, Yardımlı, Qəbələdə 1 sm olub. Qərb küləyinin sürəti Neftçalada 30, Naftalanda 28, Tərtərdə 25, Gəncədə 24, Biləsuvar, Salyanda 20, Şəmkirdə 19, Xaçmaz, Şəki, Hacıqabulda 16, Qum adasında 27, Neft Daşları, Bakıda 21, Pirallahı, Sumqayıt, Çilov adasında 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4,8 metrə çatıb. Havanın temperaturu fevralın 17-də Bakıda iqlim normasından 1,5 dərəcə aşağı, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0-1 dərəcə şaxta, aran rayonlarında 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 3-8, yüksək dağlıq ərazilərdə 10-14 dərəcə şaxta olub.

10
Teqlər:
buz, qar, şaxta, külək, faktiki, hava
Ziyarətçilər Benksinin əsərlərinə baxırlar, arxiv şəkli

Benksinin əsərini yandırmaq üçün 95 min dollar ödədilər - VİDEO

3
(Yenilənib 00:33 06.03.2021)
"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub.

BAKI, 6 mart — Sputnik. "Injective Protocol" blokçeyn şirkəti küçə rəssamı Benksinin "Morons" rəsmini yandırmaq və rəqəmsal aktivə çevirmək üçün Nyu-York qalereyasına 95 min ABŞ dolları ödəyərək şəkli satın alıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, rəssamın özünün yaratdığı "Pest Control" agentliyi əsərin həqiqiliyini təsdiqləyib. Canlı yayımlanan yandırılma prosesindən sonra rəsm əsəri dəyişdirilə bilinməyən tokenə (NFT) çevrilib. Qeyd olunur ki, bu, əsl sənət əsərinin virtual aktivə çevrildiyi ilk haldır.

"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub. Bu, çoxlu lot ilə hərracların tətbiqinin başlanğıcı olub.

Daha əvvəl Benksinin qrafitisi olan divarın bir parçasının "altırəqəmli məbləğə" satıldığı bildirilmişdi.

3
Asteroid

Yer kürəsi təhlükədə - beş asteroid birdən yaxınlaşır

179
(Yenilənib 00:52 06.03.2021)
Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

BAKI, 5 mart - Sputnik. Bu gecə Yer kürəsinə sərnişin təyyarəsi ölçüsündə asteroid yaxınlaşacaq. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə NASA JPL Elmi Tədqiqat Mərkəzi bildirib.

Saytdakı hesablamalara əsasən 2021 CF8 asteroidinin Yerdən ən yaxın məsafəsi 4,4 milyon kilometr təşkil edəcək. Göy cisiminin diametri 52 metrə bərabərdir.

Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

Növbəti 3 gündə Yer kürəsinin yaxınlığından növbəti həmçinin daha üç asteroid keçəcək. Onlardan ən böyüyü 2021 EB-dir. Onun diametri 43 metrə malikdir və planetimizdən 2,7 milyon kilometr məsafədə keçəcək.

179