Hicablı qız, arxiv şəkli

"Hicaba icazə verməsələr, uşağı məktəbə qoymayacağam" - Valideyn

183
(Yenilənib 14:01 17.02.2021)
Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin şagirdinin anası: "Mənim üçün təhsildən əvvəl dinimdir. Mən etdiyim əməllərə görə öncə Allah qarşısında cavab verəcəyəm".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. "Məktəbə hicabla gələn şagirdin dərsdən qovulması ilə bağlı yayılan məlumatlar doğru deyil. Mən həmin şagirdin evinə gedərək onunla, valideynləri ilə görüşmüşəm".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktorunun hicabla məktəbə gələn şagirdləri dərsə buraxmadığı ilə bağlı yayılan məlumata münasibətində həmin şagirdin sinif rəhbəri Afaq Haqverdiyeva söyləyib. Onun sözlərinə görə, şagird məktəbdən qovulmayıb. Sadəcə olaraq ona məktəbə daxil olanda başını açmalı olduğu bildirilib:

"Bu şagird başını yeni bağlayıb. Biz ona izah etdik ki, məktəbə daxil olanda başını açsın, çıxandan sonra bağlasın. Həmin şagirdin məktəbdən qovulması barədə deyilənlər böhtandır. Mən onların ailəsində oldum. Uşaq mənə sarılaraq ağladı. Bildirdilər ki, bu barədə heç yerə şikayət etməyiblər".

A.Haqverdiyeva "hazırda şagirdin harada olduğu" ilə bağlı sualımıza cavabında bildirdi ki, bu söz-söhbət yayılandan 7-ci sinif şagirdi utandığından dərsə gəlmir.

Sputnik Azərbaycan-a bununla bağlı açıqlama verən məktəbdən hicab taxdığı üçün qovulduğu iddia edilən şagirdin valideyni Quliyeva İlhamə Balağa qızı isə bildirib ki, onun övladı məktəbə hicabla buraxılmasa, onu dərsə qoymayacaq:

"Mən heç kəsə bununla bağlı şikayət etməmişəm. Uzaq qohumum uşağın məktəbə hicabla buraxılmaması barədə şikayət edib. Mənim şikayət işlərindən başım çıxmır. Amma qızımı məktəbə hicabla buraxmasalar, uşaq məktəbə getməyəcək. Çünki mənim üçün təhsildən əvvəl dinimdir. Mən etdiyim əməllərə görə öncə Allah qarşısında cavab verəcəyəm. Əgər qızımı məktəbə hicabla buraxmasalar, məktəbə də getməyəcək".

İ.Quliyeva bildirib ki, onun özü də hicabdadır: "Mənim özümün də başı bağlıdır. Biz ailəliklə dindarıq".

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyeva hicabla məktəbə gələn şagirdi məktəbdən qovub. Hazırda məktəbdə polis tərəfindən araşdırma aparılır.

183

Şaxtalı fevral gecəsi bütün ailəsini itirən 81 yaşlı kişinin dəhşətli xatirələri

15
Xocalı faciəsinin şahidi 81 yaşlı Baloğlan Allahyarov bu qanlı gecədəki hadisələri heç zaman unutmayacağını bildirir. Həmin şaxtalı gecənin dəhşətli xatirələrindən biri ilə videomuzda tanış ola bilərsiniz.

Xocalıdan əli yalın, başıaçıq çıxanda Baloğlan Allahyarovun 51 yaşı vardı. Şaxtalı fevral gecəsi o da ailəsi ilə birgə ermənilərin qətliamından qurtulmağa çalışırdı. Həmin gecə o da dəhşətli faciə yaşadı. 21 yaşlı oğlu Etibarı, 20 yaşlı gəlini Çiçəyi və həyat yoldaşı Qəmzə xanımı itirdi. Yeganə övladı Etibar Allahyarov o zaman Xocalı aeroportu istiqamətində itkin düşüb. 81 yaşlı Baloğlan kişi indiyədək onun nə ölüsü, nə dirisi haqda xəbər ala bilmir. Baş verən hadisədən 29 il ötsə də, Xocalı sakini o gecəni heç vaxt yaddan çıxara bilmədiyini deyir.

Onun sözlərinə görə, ermənilər uşaq, qadın, ahıl demədən hər kəsi işgəncə ilə öldürüblər. Çobanın cibindən Quran kitabı çıxanda isə onu yandırmaq haqda əmr veriblər.

Baloğlan Allahyarov, Xocalı sakini: "Ordan - yamacın başından qumbaranı bizim başımıza atdılar. Torpağı necə sovurdusa... Bax, elə bil, mən burada oturmuşam, 40-50 nəfər orada. Baxdım gördüm ki, məndən aşağıdakıların hamısının başını elə bil toyuğun başı kimi kəsib üzürlər. Bax elə üzüblər. Başları, əlləri parçalandı. O vaxt ferma müdiri işləyirdim. Təvəkkül adında bir çobanım vardı, laçınlı idi. Onu tutmuşdular. Cibindən Quran kitabı tapmışdılar deyə onu odlamışdılar".

Xocalıda doğmalarını itirdikdən sonra Ağdam rayonuna pənah gətirən Baloğlan Allahyarov daha sonra Mingəçevir şəhərində məskunlaşır. Ölkə başçısı İlham Əliyev nur şəhərinə səfəri zamanı Xocalı sakininin evində olub.

 

15
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirus: Yoluxanların sayı bir günə iki dəfəyədək artdı

10
İndiyədək ölkədə ümumilikdə 233 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 479 nəfər müalicə olunaraq sağalıb, 3 213 nəfər vəfat edib.

BAKI, 26 fevral — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 4 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 479 nəfər müalicə olunaraq sağalıb, 3 213 nəfər vəfat edib. Hazırda 2 297 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6908, bu günə qədər isə ümumilikdə 2 583 362 test icra olunub.

Qeyd edək ki, fevralın 25-də Azərbaycanda koronavirus infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınmış, 3 nəfər “COVID-19”dan vəfat etmişdi.

10
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Nikol Paşinyan, arxiv şəkli

Paşinyanın istefa verməsi istisna edilmir

0
(Yenilənib 17:12 26.02.2021)
Görünən odur ki, hakimiyyətə gəlmək istəyən hansısa siyasi qüvvələr generallardan istifadə edərək mövcud hökuməti devirmək istəyir

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 26 fevral - Sputnik. Fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən bəyanat verib. Sənədi Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan və 40-dan çox yüksək rütbəli hərbçi imzalayıb. Bunun ardınca Paşinyan da öz tərəfdarlarını Respublika meydanına toplayaraq hərbi çevriliş təhlükəsindən danışıb.

Sputnik Azərbaycan Ermənistanda baş verənlərlə bağlı politoloqlar Fikrət Sadıxov və İlqar Vəlizadənin fikirlərini öyrənib.

Politoloq Fikrət Sadıxov deyir ki, general ya çevriliş edir, ya da ümumiyyətlə siyasətə qarışmır: “Bunun üçüncü variantını başa düşmək mümkün deyil. Görünən odur ki, hakimiyyətə gəlmək istəyən hansısa siyasi qüvvələr generallardan istifadə edərək mövcud hökuməti devirmək niyyətindədir”.

Politoloq deyib ki, artıq Ermənistanda siyasi elitanın parçalanmasını görürük: “Bu ölkədə mitinqlər, yürüşlər davam edir. Amma küçələrə çıxanların sayına baxdıqda görürük ki, hələ kütləvilik yoxdur. Hakimiyyətin qorxub istefa verməsi üçün bu məsələdə kütləvilik olmalıdır. Təbii ki, Paşinyan bundan istifadə edərək tərəfdarlarını toplayır, gurultulu ifadələrlə dolu çıxışlar edir və hələlik vəziyyətə nəzarət edə bilir. Ola bilsin ki, bu vəziyyət elə bu şəkildə davam edəcək. Amma etiraz aksiyaları genişlənsə və davamlı xarakter alarsa, Paşinyanın istefaya getməsi istisna edilmir”.

Politoloq İlqar Vəlizadə bildirir ki, bu, Ermənistanda birinci çevrilişə cəhd deyil: “Bundan öncə də bir neçə dəfə çevrilişə cəhd edilib. Ermənistan müxalifət liderləri bundan əvvəl verdikləri açıqlamalarda dolayısı ilə çevrilişə hazırlıqlarla bağlı mesajlar verirdi. Müharibədən sonrakı vəziyyət göstərdi ki, Ermənistanın hərbi elitası arasında Paşinyana münasibətdə yekdil mövqe yoxdur. Paşinyana qarşı olan və müxalifətlə təmaslarını davam etdirən hərbi elita məqam gözləyirdi. Paşinyanın da açıqlamaları buna  münbit şərait yaratdı”.

Politoloqun fikrincə, indiki vəziyyət Paşinyan üçün üstünlüklər yaratdığı kimi risklər də formalaşdırır: “Bu çevrilişə cəhdlə o, özünə loyal olan şəxsləri tanımış oldu. Ona qarşı çıxan şəxsləri vəzifələrindən uzaqlaşdırdı. Mövcud şərait qarşıdurmanın hərbi iğtişaşlara çevrilməsini istisna etmir. Paşinyana qarşı olan hərbi generalitet Qarabağdan qaytarılmış hərbi texnikanı silahlı iğtişaşlar üçün istifadə edə bilər. Bu gün Ermənistanda köhnə elitanın  dayaqları zəifləyir və bu da onları getdickə aqressivləşdirir. Tərəflər son savaşa hazırlaşırlar”.

 

 

 

0