Tor

Ov üçün istifadə olunan sintetik torların satışı qadağan edilir

25
(Yenilənib 22:09 16.02.2021)
Bəzi hallarda bu torlar ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir, çünki onların istifadəsi birbaşa qadağandır.

BAKI, 16 fevral — Sputnik. Ov üçün istifadə olunan sintetik torların satışına qadağa qoyulması ilə bağlı müvafiq orqanlara müraciət edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Ekspert saatı" verilişində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, bəzi hallarda bu torlar ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir: "Çünki onların istifadəsi birbaşa qadağandır. Bu torlar su hövzəsində yaşayan canlılar üçün təhlükəlidir. Bu istiqamətdə təbliğat-təşviqat işləri artırılmalıdır".

H.Əlzadə qeyd edib ki, qanunsuz ov halları azalıb, vətəndaşlar qanuni yolla ova getməyə üstünlük verirlər.

25
Teqlər:
qadağa, balıq, ov
Asteroid

Yer kürəsi təhlükədə - beş asteroid birdən yaxınlaşır

4
(Yenilənib 23:28 05.03.2021)
Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

BAKI, 5 mart - Sputnik. Bu gecə Yer kürəsinə sərnişin təyyarəsi ölçüsündə asteroid yaxınlaşacaq. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə NASA JPL Elmi Tədqiqat Mərkəzi bildirib.

Saytdakı hesablamalara əsasən 2021 CF8 asteroidinin Yerdən ən yaxın məsafəsi 4,4 milyon kilometr təşkil edəcək. Göy cisiminin diametri 52 metrə bərabərdir.

Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

Növbəti 3 gündə Yer kürəsinin yaxınlığından növbəti həmçinin daha üç asteroid keçəcək. Onlardan ən böyüyü 2021 EB-dir. Onun diametri 43 metrə malikdir və planetimizdən 2,7 milyon kilometr məsafədə keçəcək.

4

Gəncədə sərnişinlərin olduğu mikroavtobus qəzaya uğrayıb, yaralılar var

3
(Yenilənib 23:22 05.03.2021)
Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Qəza nəticəsində ilkin olaraq 5 nəfərin xəsarət aldığı bildirilir.

BAKI, 5 mart - Sputnik. Gəncə şəhərində 11 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Qəza nəticəsində ilkin olaraq 5 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Mövsümov Vasif Hüseyn oğlu (1985-ci il təvəllüdlü), Hüseynov Akif Qabil oğlu, Əliyev Ayxan Elnur oğlu (2014), İsgəndərov Nail Hamlet oğlu (1978) və Zeynalova Fatimə Kamil qızıdır (1987).

Qəzanın baş verdiyi əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

3