Qaz sayğacı

Qaz sayğaclarının ödəniş kartlarını aktivləşdirmək üçün harasa getməyə ehtiyac qalmayacaq

31
(Yenilənib 17:15 16.02.2021)
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev məsələ ilə əlaqədar strukturların rəhbərlərinə aidiyyəti üzrə göstərişlər verib.

BAKI, 16 fevral — Sputnik. Sabahdan etibarən dövlət yoxlanışı zamanı əhali abonentləri üçün quraşdırılan öncədən ödənişli qaz sayğaclarının ödəniş kartlarının aktivləşdirilməsi “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı, Bakı şəhərinin rayonları üzrə yerli qaz xidmət sahələrində də həyata keçiriləcək. 

Kütləvi şəkildə sayğac əvəzlənməsi qeydə alınan ərazilərdə isə abonentlərin sadalanan məkanlara getməsinə ehtiyac olmayacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, onların qaz sayğaclarının ödəniş kartlarının aktivləşdirilməsi səyyar avtomobillər vasitəsi ilə fəaliyyət göstərəcək Müştəri Xidməti şöbəsinin əməkdaşları tərəfindən həyata keçiriləcək: "Bununla bağlı onu da qeyd edim ki, bu gün “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev məsələ ilə əlaqədar strukturların rəhbərlərinə aidiyyəti üzrə göstərişlər verib və abonentlərin əvvəlcədən ödənişli qaz sayğaclarının ödəniş kartlarını almasında hər hansı bir problemin yaşanmaması üçün bütün imkanların səfərbər olunması tapşırılıb".

31
Teqlər:
"Azəriqaz" İB, aktivləşmə, kart, qaz sayğacı

Dünyanın məşhur şəlalərindən biri kəskin şaxtaların qurbanı oldu - VIDEO

3
(Yenilənib 12:14 27.02.2021)
Havaların kəskin soyuqlaşması bütün dünyada maraqlı hadisələrə səbəb olub. Belə ki, ABŞ və Kanada sərhəddind

Havaların kəskin soyuqlaşması bütün dünyada maraqlı hadisələrə səbəb olub. Belə ki, ABŞ və Kanada sərhəddində yerləşən Niaqara şəlaləsi də donub.

Kəskin şaxtalar nəticəsində məşhur Niaqara şəlaləsi donub. Donmuş şəlalə mənzərəsi görmək istəyən turistlərin sayı bu səbəbdən xeyli artıb.

3
Tramvay, arxiv şəkli

Bakıda tramvaylar bərpa olunacaq, velosiped yolları çəkiləcək

14
Əsasən mərkəzi küçələrdə və bulvar ərazisini əhatə edən velosiped zolağının təşkil edilməsi gözlənilir.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. "Velosiped zolaqlarının çəkilməsi, velosiped infrastrukturunun qurulması 2021-ci ilin iş planına əlavə olunub". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzTV-nin efirində yayımlanan "Evimizdə" proqramında deyib.

O bildirib ki, bu gün paytaxtda velosiped infrastrukturu, demək olar ki, yoxdur. Lakin qarşıda velosiped zolaqlarının çəkilməsi nəzərdə tutulur: "2030-cu ilə qədər bizim milli prioritetlərimiz təsdiq edilib. Orada bir bənd yaşıllaşdırma ilə bağlıdır ki, məqsədimiz şəhər nəqliyyatını müasirləşdirməkdir. Bu yolla həm də şəhərin ətraf mühitinin qorunmasını təmin etmiş olacağıq. Bu çərçivədə müxtəlif nəqliyyat növlərini məşhurlaşdırmağa çalışırıq. Bu gün insanlar yalnız şəxsi nəqliyyat vasitələrindən, metro və avtobuslardan istifadə edirlər.

Çox istərdik ki, paytaxtda tramvaylardan da istifadə olunsun. Bu istiqamətdə işlər gedir. Eyni zamanda, velosiped sürənlər də nəzərdə tutulur. Bizim əsas hədəflərimizdən biri də odur ki, velosiped yalnız idman həvəsi kimi yox, nəqliyyat növü kimi məşhurlaşsın. Bunun üçün də müəyyən infrastruktur yaradılmalıdır.

Təəssüf ki, bu gün velosiped infrastrukturu, demək olar ki, yoxdur. Bəzən özüm də həftəsonu işə velosipedlə getmək istəyirəm, yalnız düşünürəm ki, hansı yolla gedim? Təəssüf ki, getmək olmur. Yollarda velosiped zolaqlarının çəkilməsi, velosiped infrastrukturunun qurulması 2021-ci ilin iş planına əlavə olunub. İlkin olaraq pilot layihə həyata keçirməyə çalışırıq.

Əsasən mərkəzi küçələrdə və bulvar ərazisini əhatə edən velosiped zolağının təşkil edilməsi gözlənilir. Daha sonra bir neçə maraq dairəsini birləşdirən zolaqlar çəkiləcək. Məsələn, Bakı Olimpiya Stadionu, Atletlər kəndini, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi, Gimnastika Arenasını birləşdirən bir velosiped zolağı. Bu da daha sonra bir şəbəkə halını alacaq. Bütün bu işlər nəzərimizdədir".

Qeyd edək ki, Bakıda  tramvay yollarının bərpası çoxdan müzakirə mövzusudur. Sputnik Azərbaycan-ın bu mövzu üzrə Azərbaycan və rus versiyalarında keçirdiyi sorğunun iştirakçılarının əksəriyyəti Bakıda tramvayların yenidən şütüməsinə razıdır. 

14
Teqlər:
BNA, yol, velosiped, bərpa, tramvay, Bakı