CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Universitetlərdə ənənəvi tədris qismən bərpa olunub

© AFP 2023 / FRED DUFOURСтуденты сдают экзамен, фото из архива
Студенты сдают экзамен, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.02.2021
Abunə olmaq
Təhsil Nazirliyindən verilən məlumata əsasən, digər ixtisaslar üzrə tədris onlayn qaydada davam edəcək.

BAKI, 16 fevral — Sputnik. Bu gündən ali və orta ixtisas təhsili, eləcə də peşə təhsili müəssisələrində ənənəvi tədris forması qismən bərpa olunub.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gündən etibarən sözügedən təhsil müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada aparılacaq.

Qeyd edək ki, digər ixtisaslar üzrə tədris isə distant qaydada davam etdiriləcək.

Xəbər lenti
0