Şabranda Şeyx Əzizəddinin türbəsi

Suriyadan başlayıb Şabranda bitən ömür ya Şah Abbasın ənam verdiyi qocanın yadigarı

906
(Yenilənib 23:41 12.02.2021)
Hətta xarici ölkələrdə yaşayan tatlar da ildə bir dəfə olsa da bu ziyarətgahı yad edir, qurbanlar kəsib nəzir paylayırlar.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 13 fevral - Sputnik. Qədim Azərbaycan torpaqlarında bir çox insanların xəbərsiz olduğu müqəddəs şəxsiyyətlər, müridlər yaşayıblar. Onlardan bizə dəfn olunduqları ziyarətgahlar, tarixi məkanlar, onlar haqqında kitablar qalıb. Belə şəxsiyyətlərdən biri də Şeyx Əzizəddin olub. Beş yüz ildən bəri insanların yaddaşlarında və qəlblərində yaşayan bu şeyx haqqında çox az məlumatlar var. Onun ziyarətgahı Şabran rayonunun ucqar dağ kəndlərindən olan Böyük Dəhnə kəndində hündür meşə ağaclarının altında yerləşir. Rayon mərkəzindən həmin ziyarətgaha getmək üçün 6-7 saat yol qət etmək lazım gəlir. Bura gedən yollar həm çətin, həm də çox maraqlıdır.

Bu müqəddəs məkanda Şeyx Əzizəddinin şərəfinə türbə ucaldılıb. Bura ziyarətə gələnlər ilk öncə Şeyx Əzizəddinin qardaşı İbadəddinin məzarını, sonra isə onun özünün məzarını ziyarət edirlər. Bunun da səbəbi Şeyx Əzizəddinin vəsiyyəti ilə bağlıdır. O, vəsiyyətində bildirib:

"Mənə inanıb üz tutanlar ilk öncə qardaşım İbadəddinin məzarını ziyarət edib, sonra mənim məzarıma gəlsinlər".

Bunu da İbadəddinin yaşca böyük olması və övladsız olması ilə əlaqələndirirlər. Ziyarətgahın yanında lətif bir bulaq qaynayır. Şeyxləri ziyarət edənlər gəlib həmin çeşmədə əl-üzlərini yuyub, suyundan içirlər. Ora gəlib ziyarət edənlərin inanclarına görə, o sudan içib əl-üzünü yuyanlar şəfa tapar.

Bir çox tarixi məlumatlara görə, Şeyx Əzizəddin Şabranda XVI əsrin ortaları - XVII əsrin əvvəllərində yaşayıb. Ehtimal edilir ki, Şeyx Əzizəddin Azərbaycana Suriyanın Dəməşq şəhərindən gəlib. Bəzi mənbələrdə isə onun azərbaycanlı olması, Dəməşqə təhsil almaq üçün getməsi və doğma elinə geri dönməsi göstərilir. Amma onun nəslindən olanlar 1-ci variantın reallığa daha uyğun olduğunu bildirirlər. O, kamil ruhani kimi təhsil alıb və öz elinin nurunu yaymağa gəlib. Daha sonra o, buranı özünə məskən seçərək Şabranın Puçuq kəndi yaxınlığında Gömür elində ömür sürüb.

  • Şabranda Şeyx Əzizəddinin türbəsi
    © Sputnik / Leyla Abdullayeva
  • Şabranda Şeyx Əzizəddinin türbəsi
    © Sputnik / Leyla Abdullayeva
  • Şabranda Şeyx Əzizəddinin türbəsi
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Sputnik / Leyla Abdullayeva
Şabranda Şeyx Əzizəddinin türbəsi

Şeyxin sirli möcüzələri olub. Onlardan biri haqqında Dəhnə kəndinin ən yaşlı sakinlərindən biri Gülsurə Şabəddinova bizə danışdı:

“Ulu babalarımız bizə belə danışırdılar ki, I Şah Abbas öz qoşunu ilə indiki Gömür kəndinin yanından keçərkən burada gecələməli olur. Şah axşam görür ki, dağın başında bir şam işığı yanır. Özü də məəttəl qalır ki, bura yaşayış məskəni olmadığı halda o işığı kim yandırıb?! Tez 2 əsgərini Kələku dağındakı işıq yanan tərəfə yollayır. Gəlib məkana çatanda görürlər ki, nurani bir qocanın çeçelə barmağında şam işığı yanır və onun işığında oturub “Qurani-Kərim” kitabını oxuyur. Əsgərlər qocaya şahın hüzuruna getməyi tələb edirlər. O isə cavabında “Siz gedin, mən də gələcəyəm” deyib, onları yola salır. Əsgərlər qocanın gecikəcəyindən narahatlıq keçirə-keçirə şahın yanına çatırlar. Baxıb görürlər ki, qoca artıq şahın yanındadır. Çox təəccüblənən əsgərlər bunun səbəbini şaha bildirirlər. Qoca ilə söhbətdən sonra şah anlayır ki, qoca savadlı, dünyagörmüş insandır. O, hətta qocanın möcüzə göstərmək qabiliyyəti olduğunu da öyrənib, ondan bir möcüzə göstərməsini xahiş edir. Qoca dərhal əlini ocağa ataraq yanan bir kösöv götürüb torpağa basdırır. Kösöv bir anın içərisində ağaca dönüb yaşıllaşır. Bundan sonra şah böyük bir ərazini qocaya hədiyyə edir”.

Şeyx haqqında toplanan məlumatlara görə o, Azərbaycana 5 qardaşı və 1 bacısı ilə gəlib. Bacısı Şahsənəm Şamaxı şəhərində yaşayıb və orada dünyasını dəyişib. Hal-hazırda Şabranda yaşayan Gömrü tatları özlərini Şeyx Əzizəddin nəslinin davamçıları adlandırır, hətta onun nəvələri olduqlarını hesab edirlər.

Deyilənlərə görə, çox çətin yolu olmasına baxmayaraq, hər il Şeyx Əzizəddinin məqbərəsini ziyarətə minlərlə insan gəlir. Hətta xarici ölkələrdə yaşayan tatlar da ildə bir dəfə olsa da bu ziyarətgahı yad edir, qurbanlar kəsib nəzir paylayırlar. Ziyarətgahda qurban kəsilməsi, insanların oturması üçün hər cür şərait yaradılıb. Bura ən çox övlad həsrətində olanlar, bəxti açılmayanlar, xəstəlikdən əziyyət çəkənlər üz tutub, niyyət edirlər. Bu ziyarətgah bir çoxlarının ümid yeridir.

906
 Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Azərbaycanda vaksinasiya olunanların sayı açqılandı

3
Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 313,582 nəfər peyvəndlənmə prosesində iştirak edib.

BAKI, 3 mart — Sputnik. Martın 2-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20,903 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 313,582 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

3
Vətən müharibəsi iştirakçısı, arxiv şəkli

"YAŞAT" tərəfindən 2 min 775 şəhid ailəsi ziyarət olunub

4
(Yenilənib 13:01 03.03.2021)
Müraciəti qeydə alınan yaralıların sayı 1 445 olub. Öhdəliyə götürülmüş şəxslərin sayı 4 min 156 olub. Ümumilikdə isə ziyarət olunan şəhid ailə üzvlərinin və yaralıların sayı 13 004 olub.

 

BAKI, 3 mart — Sputnik. "YAŞAT" Fondu tərəfindən 2 775 şəhid ailəsi ziyarət olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "YAŞAT" fondunun hesabatında qeyd olunub.

Müraciəti qeydə alınan yaralıların sayı 1 445 olub. Öhdəliyə götürülmüş şəxslərin sayı 4 min 156 olub. Ümumilikdə isə ziyarət olunan şəhid ailə üzvlərinin və yaralıların sayı 13 004 olub.

Müraciətlərin ehtiyac istiqamətləri üzrə bölgüsünə gəldikdə isə, onların 38.37 faizi məişət şəraitinin yaxşılaşdırılmasına, 37.18 faizi tibbi xərclərin ödənilməsinə, 16.64 faizi borc öhdəliklərinin qarşılanmasına, 1.45 faizi təhsil xərclərinin qarşılanmasına, 6.36 faizi digər istiqamətlərə görə xərclənib.

4