Yataqxanaların birində

Tələbəsiz qalan yataqxanalar - Onlar öz sakinlərini gözləyirlər

2036
(Yenilənib 10:41 15.02.2021)
"Buradakı məcburi köçkünlər öz torpaqlarında onlara gün-güzəran yaradılan kimi məmnuniyyətlə yataqxananı öz sahiblərinə, yəni tələbələrə təhvil verib gedəcəklərini söyləyirlər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 fevral — Sputnik. Ali və orta ixtisas təhsili müəssisələrində fevralın 15-dən ənənəvi tədrisin qismən bərpası tələbə yataqxanaları məsələsini yenidən gündəmə gətirib. Hər il sentyabrda yaşanan, bu il isə qışa təsadüf edən problemdə bu dəfə müsbət notlar sezilir. Torpaqlarımızın işğaldan azad olunması tələbə yataqxanalarında 28 ildir məskunlaşmış məcburi köçkünlərin öz yurd-yuvalarına köçürülməsi məsələsini aktuallaşdırıb. Bu səbəbdən yataqxanalarda sırf tələbələrin yerləşdiriləcəyinə ümidlər çoxalıb.

Sputnik Azərbaycan tələbə yataqxanalarının hazırkı durumu və bu yaşayış obyektlərinin yaşayışa nə qədər yararlı olub-olmadığını araşdırıb.

© Sputnik / Zulfiyya Guluyeva
Yataqxanaların birində

Elə bu məqsədlə yolumuzu əvvəlcə Nərimanov rayonu ərazisində yerləşən 3 saylı Peşə məktəbinin yataqxanasından salırıq. 100-dən çox məcburi köçkünün məskunlaşdığı bu yataqxanada 1990-cı illərə qədər peşə məktəbində təhsil alan tələbələr yerləşiblər. Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra torpaqlarından didərgin düşən məcburi köçkünlərdən bir qismi də bu yataqxanaya pənah gətirib.1992-ci ildən bu yataqxanada qalan Hədiyyə Məmmədova ilə söhbət zamanı öyrənirik ki, yataqxanada məskunlaşanların çoxu Zəngilandan olan məcburi köçkünlərdir. Onlar torpaqlarının işğaldan azad olunması sayəsində nəhayət ki, bu yataqxanada ağır şəraitdə yaşamaqdan canlarının qurtaracağını söyləyirlər: "Bu yataqxana tələbələr üçün nəzərdə tutulub. Biz 28 ildir ki, burada ağır şəraitdə yaşayırıq. Torpaqlarımızın işğaldan azad olunmasına həm də ona görə sevindik ki, nəhayət ki, canımız bu nəm qoxuyan, sanitar qovşağı bərbad vəziyyətdə olan yataqxanadan qurtaracaq".

Məcburi köçkünlər yataqxananın çoxsaylı problemləri olduğunu, mətbəxi, hamamı ümumi olan bir yerdə ailənin yaşamasının çox çətin olduğunu söyləyirlər. Onların sözlərinə görə, dəfələrlə yataqxanada sığındıqları otaqları təmir etsələr də, yağış yağan kimi divarlar nəmləyir, tavandan su damcılayır".

Bir sözlə, buradakı məcburi köçkünlər öz torpaqlarında onlara gün-güzəran yaradılan kimi məmnuniyyətlə yataqxananı öz sahiblərinə, yəni tələbələrə təhvil verib gedəcəklərini söyləyirlər.

© Sputnik / Zulfiyya Guluyeva
Yataqxanaların birində

Amma yataqxananın hazırkı vəziyyəti burada tələbələrin yaşaması üçün imkan vermir. Yataqxananın sanitar qovşağı bərbad vəziyyətdədir. Dəhlizlər məcburi köçkünlər tərəfindən bölünərək otaqlara çevrilib.

Elə eksperlər də, tələbə yataqxanalarının bərpası, yenidən qurulması istiqamətində planların hazırlanmasına başlamağın vaxtı çatdığını söyləyirlər.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tələbə yataqxanalarının vəziyyəti qiymətləndirilməli, yararsız olanların sökülərək yenidən inşası, yaxşı vəziyyətdə olanların isə bərpası ilə bağlı təkliflər verilməlidir: "Tələbə yataqxanaları elə müvəqqəti yaşayış obyektləridir ki, bu sahəyə qoyulan investisiya heç vaxt itmir. Bu gün həmin sahəyə çəkilən xərci bir neçə il ərzində çıxartmaq mümkündür. Bu gün Azərbaycanda tikintiyə çəkilən xərcin çox hissəsini torpaq sahəsinin alınması təşkil edir. Yataqxanalar sökülüb yenidən tikilsə belə, torpaq sahəsinə pul xərclənməyəcək. Bu baxımdan tələbə yataqxanalarının yenidən inşası çox vəsait aparmayacaq. Tələbə yataqxanaları boşaldıldıqca onların təyinatı üzrə yenidən inşa və bərpa edilərək istifadə edilməsi tələbələri kirayə mənzil əzabından da xilas edəcək".

© Sputnik / Zulfiyya Guluyeva
BDU yataqxanası

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, keçmiş məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli daim dövlətin diqqət mərkəzində olub. Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritetlərindən biri kimi müəyyənləşdirib, bu istiqamətdə verilən tapşırıqlar ardıcıllıqla icra olunub. Müxtəlif təyinatlı obyektlərdə, o cümlədən yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mərhələli şəkildə yeni mənzillə təmin edilib. Bu günə qədər 300 mindən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Onların arasında tələbə yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri də var. Orta və ali təhsil müəssisələrinə məxsus yataqxanalarda məskunlaşmış ailələrin bir qismi köçürülsə də, bir qismi isə hələ də bu tipli obyektlərdə yaşayır. Dövlət Komitəsi yataqxana və orada məskunlaşmış ailələrin vəziyyəti ilə bağlı məlumatlıdır. Torpaqlarımız işğaldan azad olunduqdan sonra keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılmasına imkan yaranıb. Quruculuq-bərpa işlərindən sonra onlar işğaldan azad olunmuş ərazilərdə daimi yaşayış sahəsi ilə təmin ediləcəklər.

Qeyd edək ki, hazırda paytaxtda yerləşən universitetlərin çoxunun yataqxanasında məcburi köçkünlər məskunlaşıb.

© Sputnik / Zulfiyya Guluyeva
Yataqxanaların birində

Təhsil üzrə ekspert Kamran Əsədov da deyir ki, bu gün Azərbaycanda cəmi 7 universitetin yataqxanası var. Onun sözlərinə görə, tələbə yataqxanalarının böyük əksəriyyətində məcburi köçkünlər məskunlaşıb: "Dünyada belə bir təcrübə var ki, tələbə təhsil aldığı müəssisədən 20 km uzaq məsafədə qala bilməz. Amma bu gün tələbələr universitetə getmək üçün uzaq məsafə qət edir, bir neçə avtobus dəyişir. Bu da onları yorur. Mən hesab edirəm ki, ali məktəblər öz maddi hesablarına tələbə yataqxanaları tikə bilərlər. Sonra da onu daimi gəlir əldə etmək üçün tələbələrə kirayə verə bilərlər. Məcburi köçkünlərin öz yurdlarına qayıdışı ilə bu problem öz həllini tapacaq".

Qeyd edək ki, ali təhsil müəssisələrinin yataqxanasının olmaması onları dünya universitetlərinin reytinq cədvəlində irəliləməsinə də mane olur. Artıq bu günlərdə Bakı Dövlət Universiteti yeni tələbə evinin açılışını edib.

2036

Azərbaycanlı müğənnini Rusiyanın ən çox qazanan blogeri ilə "sevgili" etdilər

24
Bu qızın sevgilisi, demək olar ki, hər gün ona iri çiçək dəstələri göndərir, o isə bunları sosial şəbəkələrdə paylaşır. Amma oğlanın adını heç kim bilmir.

BAKI, 3 mart - Sputnik. Rusiya KİV-i Azərbaycan əsilli populyar müğənni Jony-nin (Cahid Hüseynli) məşhur videobloger Dina Sayeva ilə sevgili olduğunu yazır. Sayeva ən çox pul qazanan Tik-Tok vlogerlərindəndir. 

Bu qızın sevgilisi, demək olar ki, hər gün ona iri çiçək dəstələri göndərir, o isə bunları sosial şəbəkələrdə paylaşır. Bu günlərdə göndərilən buket, az qala, kol boyda imiş.

Sayeva sevgilisinin adını gizləyir. Ancaq Rusiya KİV-ləri yazır ki, onun sevgilisi Jony-dir. Yeri gəlmişkən, Cahid də bu şayiələri təsdiqləməyə tələsmir.

Dina Sayeva Tacikistandandır. TikTok-un rusdilli seqmentinin ən populyar hesabının sahibidir. 2020-ci ildə Rusiya Forbes-u onu ən çox qazanan tiktokerlərin siyahısında ikinci sırada göstərmişdi.

2020-ci ilin sonunda Sayeva musiqi karyerasına başladı. Debüt mahnısı isə "Səni axtarıram" ("Я ищу тебя") oldu.

Jony dörd yaşı olanda valideynləri ilə Azərbaycandan Moskvaya köçüb. Uşaq vaxtından populyar olmaq istəyib və nəhayət, arzusunu gerçəkləşdirib. Öz dediyinə görə, populyarlaşmasında sosial şəbəkələr böyük rol oynayıb. Bakıda ilk dəfə "Jara-2019" musiqi festivalında çıxış edib. 

Müğənni azərbaycanlı ifaçı Elman Zeynalovun təsis etdiyi Raava Music musiqi leyblının artistləri sırasındadır. 2019-cu ildə ВКонтакте-nin versiyasına görə, ilin "Ən qabaqcıl" müğənnisi adını alıb. Onun "Xiyaban" ("Аллея") sinqlı isə 5 qat platin statusu alıb. 

 

24
Jenevada Ümumdünya Səhiyyə Təşkilatının mənzil-qərargahı, arxiv şəkli

Hələ tələsməyin - ÜST məsləhət görmür

20
Bu yaxınlarda Avropa Komissiyası İttifaq ölkələrinə gələnlərdən koronavirusdan peyvənd olunma barədə sertifikat (pasport) tələb olunacağını açıqlamışdı.

BAKI, 3 mart - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusdan peyvənd olunma barədə pasportların tətbiqini ölkələrə hələ ki tövsiyə etmir. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə ÜST-ün rusiyadakı nümayəndəsi Melita Vuynoviç RİA Novosti-yə deyib.

"ÜST bildirib ki, hazırda bu cür pasportların (COVID vaksini barədə) tətbiqini məsləhət görmür, amma əlbəttə ki, ölkələr öz yolları ilə gedirlər, hamı çalışır ki, əhalinin daha çox hərəkiliyini təmin eləsin", - Vuynoviç bildirib.

Onun sözlərinə görə, tez və ya gec ÜST belə bir tövsiyə verəcək, üstəlik bu məsələdə ölkələrlə əməkdaşlığa da başlayacaq. 

Qeyd edək ki, bu yaxınlarda Avropa Komissiyası İttifaq ölkələrinə gələnlərdən koronavirusdan peyvənd olunma barədə sertifikat (pasport) tələb olunacağını açıqlamışdı. Hazırlıq prosesinin 3 ay ərzində yekunlaşacağı bildirilir. 

20
Türkiyənin Cobra zirehli maşını, arxiv şəkli

Türkiyə minaya davamlı yeni zirehli maşınını göstərdi - VİDEO

0
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib. 

Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur. 

​Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir. 

Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.

Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

0