İş adamı, arxiv şəkli

Vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib

11
(Yenilənib 17:58 12.02.2021)
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BAKI, 12 fevral — Sputnik. Vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib. Bu barədə Şəmkir rayon prokurorluğundan Sputnik Azərbaycan-a məlumat verilib. Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 19 saylı regional ərazi filialının əməkdaşı İsmayılov Həsənağa İsmayıl oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Şəmkir rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla ƏƏSMN-nin tabeliyində DSMF publik hüquqi şəxsin 19 saylı regional ərazi filialının Sosial sığorta sektorunun baş məsləhətçisi işləmiş İsmayılov Həsənağa İsmayıl oğlunun Şəmkir rayonu, Bayramlı kənd sakini Məmmədova Aynurə Vahid qızına ünvanlı sosial yardım düzəldərək əvvəlcədən aralarında razılaşdıqları kimi təyin edilmiş ünvanlı sosial yardımın 6 aylıq ödənişi miqdarında olan 1200 manat pulu hissə-hissə olmaqla rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

11
Teqlər:
DSMF, əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi

Azərbaycanlı müğənnini Rusiyanın ən çox qazanan blogeri ilə "sevgili" etdilər

24
Bu qızın sevgilisi, demək olar ki, hər gün ona iri çiçək dəstələri göndərir, o isə bunları sosial şəbəkələrdə paylaşır. Amma oğlanın adını heç kim bilmir.

BAKI, 3 mart - Sputnik. Rusiya KİV-i Azərbaycan əsilli populyar müğənni Jony-nin (Cahid Hüseynli) məşhur videobloger Dina Sayeva ilə sevgili olduğunu yazır. Sayeva ən çox pul qazanan Tik-Tok vlogerlərindəndir. 

Bu qızın sevgilisi, demək olar ki, hər gün ona iri çiçək dəstələri göndərir, o isə bunları sosial şəbəkələrdə paylaşır. Bu günlərdə göndərilən buket, az qala, kol boyda imiş.

Sayeva sevgilisinin adını gizləyir. Ancaq Rusiya KİV-ləri yazır ki, onun sevgilisi Jony-dir. Yeri gəlmişkən, Cahid də bu şayiələri təsdiqləməyə tələsmir.

Dina Sayeva Tacikistandandır. TikTok-un rusdilli seqmentinin ən populyar hesabının sahibidir. 2020-ci ildə Rusiya Forbes-u onu ən çox qazanan tiktokerlərin siyahısında ikinci sırada göstərmişdi.

2020-ci ilin sonunda Sayeva musiqi karyerasına başladı. Debüt mahnısı isə "Səni axtarıram" ("Я ищу тебя") oldu.

Jony dörd yaşı olanda valideynləri ilə Azərbaycandan Moskvaya köçüb. Uşaq vaxtından populyar olmaq istəyib və nəhayət, arzusunu gerçəkləşdirib. Öz dediyinə görə, populyarlaşmasında sosial şəbəkələr böyük rol oynayıb. Bakıda ilk dəfə "Jara-2019" musiqi festivalında çıxış edib. 

Müğənni azərbaycanlı ifaçı Elman Zeynalovun təsis etdiyi Raava Music musiqi leyblının artistləri sırasındadır. 2019-cu ildə ВКонтакте-nin versiyasına görə, ilin "Ən qabaqcıl" müğənnisi adını alıb. Onun "Xiyaban" ("Аллея") sinqlı isə 5 qat platin statusu alıb. 

 

24
Jenevada Ümumdünya Səhiyyə Təşkilatının mənzil-qərargahı, arxiv şəkli

Hələ tələsməyin - ÜST məsləhət görmür

20
Bu yaxınlarda Avropa Komissiyası İttifaq ölkələrinə gələnlərdən koronavirusdan peyvənd olunma barədə sertifikat (pasport) tələb olunacağını açıqlamışdı.

BAKI, 3 mart - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusdan peyvənd olunma barədə pasportların tətbiqini ölkələrə hələ ki tövsiyə etmir. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə ÜST-ün rusiyadakı nümayəndəsi Melita Vuynoviç RİA Novosti-yə deyib.

"ÜST bildirib ki, hazırda bu cür pasportların (COVID vaksini barədə) tətbiqini məsləhət görmür, amma əlbəttə ki, ölkələr öz yolları ilə gedirlər, hamı çalışır ki, əhalinin daha çox hərəkiliyini təmin eləsin", - Vuynoviç bildirib.

Onun sözlərinə görə, tez və ya gec ÜST belə bir tövsiyə verəcək, üstəlik bu məsələdə ölkələrlə əməkdaşlığa da başlayacaq. 

Qeyd edək ki, bu yaxınlarda Avropa Komissiyası İttifaq ölkələrinə gələnlərdən koronavirusdan peyvənd olunma barədə sertifikat (pasport) tələb olunacağını açıqlamışdı. Hazırlıq prosesinin 3 ay ərzində yekunlaşacağı bildirilir. 

20
Türkiyənin Cobra zirehli maşını, arxiv şəkli

Türkiyə minaya davamlı yeni zirehli maşınını göstərdi - VİDEO

0
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib. 

Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur. 

​Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir. 

Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.

Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

0