Laboratoriya işçisi, arxiv şəkli

Toya hazırlıqlar başlayıb - nikahaqədər müayinələrdən keçənlərin sayı artıb

18
(Yenilənib 12:53 11.02.2021)
Bu ilin sentyabrından etibarən nikahaqədər müayinələrin sayında aylar üzrə azalmalar olsa da, artıq 2021-ci ilin ilk ayında rəqəmlərdə artım nəzərə çarpıb.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 fevral — Sputnik. B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutu Talassemiyanın profilaktikası laboratoriyasından Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, cari ilin yanvarında 7949 nəfər nikaha daxil olmaq üçün nikahaqədər müayinələrdən keçib. Onların arasında sifilis aşkarlananların sayı 56, HİV1/2 (QİÇS) aşkarlananların sayı 4, hər ikisində daşıyıcılıq olan cütlüklərin sayı 3 olub, Müayinədən keçənlər arasında HbA<96,5% (Talassemiya daşıyıcısı) aşkarlanmayıb.

Bu ilin sentyabrından etibarən nikahaqədər müayinələrin sayında aylar üzrə azalmalar olsa da, artıq 2021-ci ilin ilk ayında rəqəmlərdə artım nəzərə çarpıb. Belə ki, ötən ilin sentyabrında 7 min 86, oktyabrında 5 min 326, noyabrında 5 min 326, noyabrında 5 min 381, dekabrında 5 min 828 nəfər nikahaqədər müayinələrdən keçib. Ümumilikdə ötən il ərzində 75 min 857 nəfər nikahaqədər müayinələrdən keçib.

Xatırladaq ki, ötən ilin cari dövründə isə 9 min 947 nəfər nikahaqədər müayinələrdən keçib.

18

"Heç filmdə görməzsən" - azərbaycanlıların mühəndis işləri erməniləri vəlvələyə saldı

3
İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycanla Ermənistan arasında sərhəd dəqiqləşdirmələri aparılır. Bu gün Şahverdilərdə başlanan mühəndis işləri erməniləri təşvişə salıb

BAKI, 3 mart - Sputnik. Azərbaycan Şahverdilər kəndində mühəndis işlərinin icrasına başlayıb. 

Sputnik Ermənistan bildirir ki, bu barədə Gorusun meri İrina Yolyan Facebook səhifəsində yazıb. 

"Bizim snayperlərimiz parlamentdə yerlərini alıb silahı xalqa tuşladıqları vaxt düşmən (azərbaycanlıları nəzərdə tutur - red.) bu gün Vorotanda (Şahverdiləri nəzərdə tutur - red.) mühəndis işlərinə başlayıb. Yəqin ki, az vaxtdan sonra görəcəyik ki, Vorotandan Şurnuxunun mərkəzinəcən səngər qazıblar. İşlər bütün perimetr boyu aparılır", - Yolyan yazıb və fotolar əlavə edib.

Onun sözlərinə görə, bu işlər barədə, çox güman ki, səlahiyyətli orqanlara və şəxslərə məlumat verilib, amma onlar susurlar. 

"Sakinlərin dinc həyatı təhlükə altındadır, kimsə də Süniyin iqtisadi inkişafından danışır. Nə deyəsən, ekstremal turizm üçün bütün şərait var: kəndin ortasında səngərlər və silahlı düşmən (azərbaycanlıları nəzərdə tutur - red.), beləsini heç filmdə də görməzsən", - Gorus meri yazıb.

İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycanla Ermənistan arasında sərhəd dəqiqləşdirmələri aparılır. Ermənistanın qanunsuz olaraq öz ərazisinə qatdığı ərazilərin bir qismi Azərbaycana qaytarıldığından orada yerləşdirilən əhali narazılıq edir.

3
Teqlər:
səngər, mühəndis təminatı, Şurnuxu kəndi, Azərbaycan, Ermənistan
 Hafiz Əzimzadə

Ağdamda minaya düşən şəxsdən xəbər var - FOTO

6
Bu gün saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində su quyularının bərpası işləri ilə məşğul olan zaman minaya düşüb.

 

Emin Babayev, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Ağdam rayonunun Novruzlu kəndi ərazisində minaya düşən Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadənin durumu haqda həkimi Sputnik Azərbaycan-a məlumat verib.

Bərdə rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu Xalid Məmmədov bildirib ki, az əvvəl Hafiz Əzimzadənin əməliyyatı uğurla başa çatıb: “Bu gün partlayış travması nəticəsində xəstə ağır vəziyyətdə Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirildi. Xəstə sağ aşağı ətrafında, baldırın aşağı üçdə bir hissəsində sümük əzələ sistemi dağılmış vəziyyətdə daxil olub. Yaranın həyat üçün təhlükə yarada biləcəyi nəzərə alınaraq, xəstənin baldırının yuxarı üçdə bir hissəsində amputasiya əməliyyatı aparıldı. Hazırda xəstə üçün reanimasiya tədbirləri davam etdirilir. Vəziyyəti ümumi orta ağır olaraq qalır”. 

© Sputnik / Emin Babayev
Travmatoloq Xalid Məmmədov

Qeyd edək ki, bu gün saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində su quyularının bərpası işləri ilə məşğul olan zaman minaya düşüb.

6
Teqlər:
amputasiya, əməliyyat, mina, vəzifəli şəxs, Ağdam