CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki bacının yeganə qardaşının dörd ay sonra şəhidlik xəbəri gəldi - FOTO

© Photo : Courtesy of Leyla AbdullayevaAğayev Mahir
Ağayev Mahir - Sputnik Azərbaycan, 1920, 10.02.2021
Abunə olmaq
Şəhidimiz iki bacının bir qardaşıdır. Ağayev Əmirağa sabah günorta saatlarında doğulduğu Şabran rayonunda torpağa tapşırılacaq.

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 10 fevral — Sputnik. Vətən müharibəsində itkin düşmüş hərbçimizin şəhid olması xəbəri gəlib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Şabran rayon Surra kənd sakini, 2002-ci il təvəllüdlü Ağayev Əmirağa Mahir oğlu iyul ayında hərbi xidmətə yola düşüb. Müharibə başlayan gündən döyüşlərdə iştirak edib.  Ailəsi ilə son danışığı oktyabr ayının 11-də olub.

© Photo : Courtesy of Leyla AbdullayevaƏmirağa Ağayev
İki bacının yeganə qardaşının dörd ay sonra şəhidlik xəbəri gəldi - FOTO - Sputnik Azərbaycan, 1920, 10.02.2021
Əmirağa Ağayev

Ondan sonra ailə Əmirağadan heç bir xəbər ala bilməyib. O, Füzuli döyüşlərində itkin düşüb.

Şəhid iki bacının bir qardaşıdır. Şəhid Ağayev Əmirağa sabah günorta saatlarında doğulduğu Şabran rayonunda torpağa tapşırılacaq.

Xəbər lenti
0