Notebook-la oynayan kişi, arxiv şəkli

Arayış barmağının ucunda: yeni tətbiq istifadəyə verildi - VİDEO

32
(Yenilənib 23:07 10.02.2021)
Bu məlumatların bəzisini arayış formasında mobil telefona yükləmək və aidiyyatı istiqamətdə istifadə etmək mümkündür.

BAKI, 10 fevral — Sputnik. ASAN Xidmətdən Sputnik Azərbaycan-a verilən məlumata görə, "myGov” elektron hökumət portalının mobil tətbiqi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan mobil tətbiqin məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün daha əlçatan olmasını təmin etmək, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi sürətləndirməkdir.

Artıq mobil telefonda da vətəndaşlar üçün tələbə-məzun məlumatları, ailə tərkibi, cərimələr, daşınmaz əmlak məlumatları, diplomlar, etibarnamələr, hərbi xidmət haqqında məlumatlar, iş yeri, məcburi köçkün statusu haqqında məlumatlar, qeydiyyatda olan nəqliyyat vasitələri, şəxsi məlumatlar, stasionar telefon məlumatları, sürücülük vəsiqəsi, ümumvətəndaşlıq pasportu və yaşayış yeri kimi məlumatlarla tanış olmaq “myGov” tətbiqi üzərindən mümkündür. Həmçinin bu məlumatların bəzisini arayış formasında mobil telefona yükləmək və aidiyyatı istiqamətdə istifadə etmək mümkündür.

“myGov” mobil tətbiqini həm "Android", həm "IOS" əməliyyat sistemlərindən yükləmək mümkündür.

Portalda olduğu kimi mobil tətbiqdə sorğulanmış məlumatlarım xidməti mövcuddur ki, sizin məlumatlarınıza baxan banklar, təşkilatlar və s. qurumlar haqqında məlumat əldə edə bilərsiniz.

Hazırda "myGov”un 465 000-dən çox istifadəçisi vardır. “myGov” istifadəçiləri, həmçinin bura inteqrasiya olmuş bir çox qurumların və sistemlərin xidmətindən də yararlana bilirlər. Portalda qeydiyyatdan keçmək istəyən vətəndaşlar my.gov.az internet səhifəsinə daxil olaraq “Ana səhifə”də yerləşdirilmiş “Giriş qaydaları” ilə tanış ola bilərlər.

Qeyd edək ki, “myGov”  elektron hökumət portalı ilkin olaraq “Beta” versiyada vətəndaşların istifadəsinə verilib. Qabaqlayıcı hökumət konsepti əsasında yaradılmış portalın əsas məqsədi təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etməkdir.

“myGov” haqqında daha ətraflı aşağıdakı videoda tanış olmaq mümkündür:

32
Teqlər:
ASAN, tətbiq, mobil, Elektron arayışlar

Dünyanın məşhur şəlalərindən biri kəskin şaxtaların qurbanı oldu - VIDEO

2
(Yenilənib 12:14 27.02.2021)
Havaların kəskin soyuqlaşması bütün dünyada maraqlı hadisələrə səbəb olub. Belə ki, ABŞ və Kanada sərhəddind

Havaların kəskin soyuqlaşması bütün dünyada maraqlı hadisələrə səbəb olub. Belə ki, ABŞ və Kanada sərhəddində yerləşən Niaqara şəlaləsi də donub.

Kəskin şaxtalar nəticəsində məşhur Niaqara şəlaləsi donub. Donmuş şəlalə mənzərəsi görmək istəyən turistlərin sayı bu səbəbdən xeyli artıb.

2
Tramvay, arxiv şəkli

Bakıda tramvaylar bərpa olunacaq, velosiped yolları çəkiləcək

10
Əsasən mərkəzi küçələrdə və bulvar ərazisini əhatə edən velosiped zolağının təşkil edilməsi gözlənilir.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. "Velosiped zolaqlarının çəkilməsi, velosiped infrastrukturunun qurulması 2021-ci ilin iş planına əlavə olunub". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzTV-nin efirində yayımlanan "Evimizdə" proqramında deyib.

O bildirib ki, bu gün paytaxtda velosiped infrastrukturu, demək olar ki, yoxdur. Lakin qarşıda velosiped zolaqlarının çəkilməsi nəzərdə tutulur: "2030-cu ilə qədər bizim milli prioritetlərimiz təsdiq edilib. Orada bir bənd yaşıllaşdırma ilə bağlıdır ki, məqsədimiz şəhər nəqliyyatını müasirləşdirməkdir. Bu yolla həm də şəhərin ətraf mühitinin qorunmasını təmin etmiş olacağıq. Bu çərçivədə müxtəlif nəqliyyat növlərini məşhurlaşdırmağa çalışırıq. Bu gün insanlar yalnız şəxsi nəqliyyat vasitələrindən, metro və avtobuslardan istifadə edirlər.

Çox istərdik ki, paytaxtda tramvaylardan da istifadə olunsun. Bu istiqamətdə işlər gedir. Eyni zamanda, velosiped sürənlər də nəzərdə tutulur. Bizim əsas hədəflərimizdən biri də odur ki, velosiped yalnız idman həvəsi kimi yox, nəqliyyat növü kimi məşhurlaşsın. Bunun üçün də müəyyən infrastruktur yaradılmalıdır.

Təəssüf ki, bu gün velosiped infrastrukturu, demək olar ki, yoxdur. Bəzən özüm də həftəsonu işə velosipedlə getmək istəyirəm, yalnız düşünürəm ki, hansı yolla gedim? Təəssüf ki, getmək olmur. Yollarda velosiped zolaqlarının çəkilməsi, velosiped infrastrukturunun qurulması 2021-ci ilin iş planına əlavə olunub. İlkin olaraq pilot layihə həyata keçirməyə çalışırıq.

Əsasən mərkəzi küçələrdə və bulvar ərazisini əhatə edən velosiped zolağının təşkil edilməsi gözlənilir. Daha sonra bir neçə maraq dairəsini birləşdirən zolaqlar çəkiləcək. Məsələn, Bakı Olimpiya Stadionu, Atletlər kəndini, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi, Gimnastika Arenasını birləşdirən bir velosiped zolağı. Bu da daha sonra bir şəbəkə halını alacaq. Bütün bu işlər nəzərimizdədir".

Qeyd edək ki, Bakıda  tramvay yollarının bərpası çoxdan müzakirə mövzusudur. Sputnik Azərbaycan-ın bu mövzu üzrə Azərbaycan və rus versiyalarında keçirdiyi sorğunun iştirakçılarının əksəriyyəti Bakıda tramvayların yenidən şütüməsinə razıdır. 

10
Teqlər:
BNA, yol, velosiped, bərpa, tramvay, Bakı