BAKI, 10 fevral — Sputnik. Sabahdan 35 nömrəli müntəzəm marşrut xətti (Yavər Əliyev küç (Akkord binaları) – Ramiz Quliyev (Bravo market)) üzrə sərnişindaşımaları ekoloji baxımdan təmiz, Avro-6 standartlarına cavab verməsi ilə fərqlənən 12-metrlik "BakuBus" MMC-yə məxsus avtobuslarla icra ediləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyi xəbər yayıb.
"Sərnişin tələbatı nəzərə alınaraq marşrutun başlanğıc dayanacaq məntəqəsi dəyişdirilərək Yavər Əliyev küçəsi müəyyən edilib.
Dəyişiklik sayəsində 35 nömrəli marşrut xəttindən gündəlik istifadə edən 17 mindən artıq sərnişinin daha təhlükəsiz və rahat daşınması mümkün olacaq. Xətt üzrə avtobuslarda gedişhaqqı nağdsız qaydada "BakıKart" vasitəsilə həyata keçiriləcək. Bununla da nağdsız qaydada fəaliyyət göstərən marşrutların sayı 47-yə çatacaq.
Məlumat üçün bildiririk ki, ötən dövrdə sərnişinlərdən 35 nömrəli xətt üzrə sərnişindaşımaların vəziyyətilə bağlı şikayətlər daxil olurdu. Bununla əlaqədar keçirilən monitorinqlər zamanı aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün daşıyıcı "Kənan-2000" şirkətinə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunsa da hər hansı bir tədbir görülməyib.
Bu səbəbdən əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədi ilə 35 nömrəli marşrut müsabiqəyə çıxarılıb və sərnişindaşımaları "BakuBus" MMC-yə həvalə olunub", - məlumatda bildirilir.
BAKI, 6 mart — Sputnik. İndoneziyada dəhşətli olay baş verib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İndoneziyanın Borneo adasında timsah 8 yaşlı qızı udub. Bir gün sonra isə qızın cansız bədəni heyvanın mədəsindən çıxarılıb.
Hadisənin necə baş verməsinə gəldikdə isə, atası 8 yaşlı qızının çayda üzərkən timsahın hücumuna məruz qaldığını, ona kömək etmək istədiyini, lakin bir şey edə bilmədiyini deyib.
"Youtube" şəbəkəsində yayımlanan videoda isə qızın timsahın mədəsindən çıxarılma anı və yaxınlarının göz yaşları öz əksini tapıb.
BAKI, 6 mart - Sputnik. 6 mart saat 16:00 tarixində keçirilən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test mərhələsində yaranmış texniki nasazlıqla əlaqədar imtahan dayandırılıb və növbəti tarixə təxirə salınıb.
Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan tarixdə imtahanda iştirak etmiş hər bir iştirakçı təkrar imtahana cəlb olunacaq və onlara yeni sual variantı təqdim olunacaq.
"Eyni zamanda bildiririk ki, texniki profilaktik işlərin görülməsi ilə əlaqədar 7 mart 2021-ci il tarixində keçirilməsi planlaşdırılan direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahan mərhələsi təxirə salınıb.
Müvafiq məlumatlar vətəndaşların şəxsi kabinetinə və telefon nömrələrinə göndərilib. İmtahanın keçirilmə vaxtı və yeri barədə yenilənmiş məlumatlar texniki profilaktik işlər yekunlaşdıqdan sonra elan olunacaq".
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Papı kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.