Министерство труда и социальной защиты населения

Nazirlikdən yanvarın sosial ödənişlərilə bağlı açıqlama

204
(Yenilənib 10:09 10.02.2021)
Prezident İlham Əliyevin Sərəncamına əsasən cari ilin əvvəlindən pensiyaların ötən ilin orta aylıq əməkhaqqının illik artım tempinə uyğun şəkildə 11,4 % indeksləşdirilərək artırılması təmin edilib.

 

BAKI, 10 fevral — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayında ümumilikdə 2,3 milyon şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 11,9% və ya 51,8 milyon manat çox olmaqla 486,9 milyon manat vəsait ödənilib.

"Prezident İlham Əliyevin Sərəncamına əsasən cari ilin əvvəlindən pensiyaların ötən ilin orta aylıq əməkhaqqının illik artım tempinə uyğun şəkildə 11,4 % indeksləşdirilərək artırılması təmin edilib. Bu artımlar üçün Fond tərəfindən əlavə olaraq illik 444 milyon manat sərf olunacaq",- nazirlik bildirib.

204
Asteroid

Yer kürəsi təhlükədə - beş asteroid birdən yaxınlaşır

4
(Yenilənib 23:28 05.03.2021)
Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

BAKI, 5 mart - Sputnik. Bu gecə Yer kürəsinə sərnişin təyyarəsi ölçüsündə asteroid yaxınlaşacaq. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə NASA JPL Elmi Tədqiqat Mərkəzi bildirib.

Saytdakı hesablamalara əsasən 2021 CF8 asteroidinin Yerdən ən yaxın məsafəsi 4,4 milyon kilometr təşkil edəcək. Göy cisiminin diametri 52 metrə bərabərdir.

Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

Növbəti 3 gündə Yer kürəsinin yaxınlığından növbəti həmçinin daha üç asteroid keçəcək. Onlardan ən böyüyü 2021 EB-dir. Onun diametri 43 metrə malikdir və planetimizdən 2,7 milyon kilometr məsafədə keçəcək.

4

Gəncədə sərnişinlərin olduğu mikroavtobus qəzaya uğrayıb, yaralılar var

3
(Yenilənib 23:22 05.03.2021)
Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Qəza nəticəsində ilkin olaraq 5 nəfərin xəsarət aldığı bildirilir.

BAKI, 5 mart - Sputnik. Gəncə şəhərində 11 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Qəza nəticəsində ilkin olaraq 5 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Mövsümov Vasif Hüseyn oğlu (1985-ci il təvəllüdlü), Hüseynov Akif Qabil oğlu, Əliyev Ayxan Elnur oğlu (2014), İsgəndərov Nail Hamlet oğlu (1978) və Zeynalova Fatimə Kamil qızıdır (1987).

Qəzanın baş verdiyi əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

3