Ağdamda Cümə məscidinin qarşısında polis əməkdaşı

DİN-dən əhaliyə müraciət

307
(Yenilənib 11:21 09.02.2021)
Daxili İşlər Nazirliyi əhaliyə müraciətində vətəndaşlarımızı işğaldan azad olunmuş ərazilərimizə səfərlərdən çəkinməyə çağırıb

BAKI, 9 fevral — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) ölkə əhalisinə müraciət edib.

DİN-in Mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan müraciətdə deyilir:

"Müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıqlar edilib.

Lakin buna baxmayaraq hələ də ayrı-ayrı şəxslərin öz həyat və sağlamlıqlarını təhlükə qarşısında qoyaraq nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları barədə faktlara hələ də tez-tez rast gəlinir. Bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə aidiyyəti dövlət qurumlarının, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir, qanunsuz yollarla ərazilərə keçən şəxslər aşkar edilərək barələrində qanunvericiliyin tələbinə uyğun inzibati tədbirlər görülür.

Hazırda bu ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları da davam etdirilir".

"Odur ki, bir daha vətəndaşlarımızı ərazilərin minalardan tam təmizlənməsi işi başa çatanadək belə səfərlərdən çəkinməyə çağırırıq. Əks təqdirdə belə səfərlər onların həyat və sağlamlıqlarını itirmələri ilə yekunlaşa bilər", - Mətbuat xidmətindən bildirilib.

307
Teqlər:
işğaldan azad edilmiş ərazilər, müraciət, əhali, DİN

Azərbaycanlı müğənnini Rusiyanın ən çox qazanan blogeri ilə "sevgili" etdilər

24
Bu qızın sevgilisi, demək olar ki, hər gün ona iri çiçək dəstələri göndərir, o isə bunları sosial şəbəkələrdə paylaşır. Amma oğlanın adını heç kim bilmir.

BAKI, 3 mart - Sputnik. Rusiya KİV-i Azərbaycan əsilli populyar müğənni Jony-nin (Cahid Hüseynli) məşhur videobloger Dina Sayeva ilə sevgili olduğunu yazır. Sayeva ən çox pul qazanan Tik-Tok vlogerlərindəndir. 

Bu qızın sevgilisi, demək olar ki, hər gün ona iri çiçək dəstələri göndərir, o isə bunları sosial şəbəkələrdə paylaşır. Bu günlərdə göndərilən buket, az qala, kol boyda imiş.

Sayeva sevgilisinin adını gizləyir. Ancaq Rusiya KİV-ləri yazır ki, onun sevgilisi Jony-dir. Yeri gəlmişkən, Cahid də bu şayiələri təsdiqləməyə tələsmir.

Dina Sayeva Tacikistandandır. TikTok-un rusdilli seqmentinin ən populyar hesabının sahibidir. 2020-ci ildə Rusiya Forbes-u onu ən çox qazanan tiktokerlərin siyahısında ikinci sırada göstərmişdi.

2020-ci ilin sonunda Sayeva musiqi karyerasına başladı. Debüt mahnısı isə "Səni axtarıram" ("Я ищу тебя") oldu.

Jony dörd yaşı olanda valideynləri ilə Azərbaycandan Moskvaya köçüb. Uşaq vaxtından populyar olmaq istəyib və nəhayət, arzusunu gerçəkləşdirib. Öz dediyinə görə, populyarlaşmasında sosial şəbəkələr böyük rol oynayıb. Bakıda ilk dəfə "Jara-2019" musiqi festivalında çıxış edib. 

Müğənni azərbaycanlı ifaçı Elman Zeynalovun təsis etdiyi Raava Music musiqi leyblının artistləri sırasındadır. 2019-cu ildə ВКонтакте-nin versiyasına görə, ilin "Ən qabaqcıl" müğənnisi adını alıb. Onun "Xiyaban" ("Аллея") sinqlı isə 5 qat platin statusu alıb. 

 

24
Jenevada Ümumdünya Səhiyyə Təşkilatının mənzil-qərargahı, arxiv şəkli

Hələ tələsməyin - ÜST məsləhət görmür

20
Bu yaxınlarda Avropa Komissiyası İttifaq ölkələrinə gələnlərdən koronavirusdan peyvənd olunma barədə sertifikat (pasport) tələb olunacağını açıqlamışdı.

BAKI, 3 mart - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusdan peyvənd olunma barədə pasportların tətbiqini ölkələrə hələ ki tövsiyə etmir. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə ÜST-ün rusiyadakı nümayəndəsi Melita Vuynoviç RİA Novosti-yə deyib.

"ÜST bildirib ki, hazırda bu cür pasportların (COVID vaksini barədə) tətbiqini məsləhət görmür, amma əlbəttə ki, ölkələr öz yolları ilə gedirlər, hamı çalışır ki, əhalinin daha çox hərəkiliyini təmin eləsin", - Vuynoviç bildirib.

Onun sözlərinə görə, tez və ya gec ÜST belə bir tövsiyə verəcək, üstəlik bu məsələdə ölkələrlə əməkdaşlığa da başlayacaq. 

Qeyd edək ki, bu yaxınlarda Avropa Komissiyası İttifaq ölkələrinə gələnlərdən koronavirusdan peyvənd olunma barədə sertifikat (pasport) tələb olunacağını açıqlamışdı. Hazırlıq prosesinin 3 ay ərzində yekunlaşacağı bildirilir. 

20
Türkiyənin Cobra zirehli maşını, arxiv şəkli

Türkiyə minaya davamlı yeni zirehli maşınını göstərdi - VİDEO

0
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib. 

Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur. 

​Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir. 

Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.

Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

0