CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qohumların övladlığa uşaq götürməsi asanlaşdı

© pixabay / StockSnapОтец и ребенок
Отец и ребенок - Sputnik Azərbaycan, 1920, 09.02.2021
Abunə olmaq
Qohumların övladlığa uşaq götürməsi asanlaşıb. Bundan sonra valideyn olmaq istəyənlər üçün bəzi prosedurlar aradan qaldırılıb.

 

BAKI, 9 fevral — Sputnik. Azərbaycanda uşaqların qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürülməsi proseduru asanlaşdırılır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, uşağı övladlığa götürmə istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq:

- övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;

- övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;

- övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;

- övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.

Qohumlara münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən çox olmayan müddətdə övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması proseduru isə qüvvədə qalır.

Xəbər lenti
0