Model Səmra Hüseynova

Məşhur azərbaycanlı modeldən cəsarətli FOTOSESSİYA

2892
(Yenilənib 10:51 09.02.2021)
"Modellik sənətdir, incə sənətdir. Model olmasa, rəssam rəsmini, dərzi libasını, fotoqraf sərgisini nümayiş etdirə bilməz. Nə rəssam, nə dərzi, nə də fotoqraf qarşısında əsla soyunmaqdan utanmadım"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. Məşhur azərbaycanlı model Səmra Hüseynova qadına qarşı şiddətə yox demək məqsədi ilə fotossesiya etdirib. "Miss Azərbaycan-2019" titulunun sahibi Səmra Hüseynovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, fotoların müəllifi Pərviz Qasımzadədir:

© Photo : Parviz Gasimzade
Model Səmra Hüseynova

"Qadına zorakılıq və şiddətə qarşı bir layihədir. Əsərin mənası belədir: Qadın güldür, çiçəkdir. Tikanları özünü qoruması üçündür. Öz ayaqları üstündə durmağı bacaran qadını ləkələməzlər".

© Photo : Parviz Gasimzade
Model Səmra Hüseynova

"Modellik sənətdir, incə sənətdir. Model olmasa, rəssam rəsmini, dərzi libasını, fotoqraf sərgisini nümayiş etdirə bilməz. Nə rəssam, nə dərzi, nə də fotoqraf qarşısında əsla soyunmaqdan utanmadım. Çünki, incəsənət bizə lüt ikən bağlılığı öyrətdi. Bizə baxmağı öyrədir. Bizə birlikdə sənət yaratmağı öyrədir. Və mən sənətimdən utanmıram", -deyə məşhur model fikirlərini tamamlayıb.

© Photo : Parviz Gasimzade
Model Səmra Hüseynova

Qeyd edək ki, Səmra Hüseynova Azərbaycan modelləri arasında ən ekstravaqantlardan sayılır. O, istənilən eksperimentə hazırdır. Dəb nümayişlərində iştirak edir, tanınmış brendlərin reklam çarxlarında çəkilir. Model tez-tez açıq-saçıq fotolayihələrdə iştirak edir və onları sosial şəbəkədə paylaşmaqla böyük rezonans yaradır.

© Photo : Parviz Gasimzade
Model Səmra Hüseynova
2892
13 saylı cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası, arxiv şəkli

Əfv Komissiyasında yenilik

2
(Yenilənib 13:02 27.02.2021)
"Əfv Komissiyasında Ombudsman da iştirak edir. Hesab edirəm ki, bu da çox mühüm yenilikdir" - Əliməmməd Nuriyev

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək. İclasda əfvlə bağlı müraciətlərə baxılacaq. Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında Komissiyanın iclaslarına start verildiyini, hazırda iclasa getdiyini bildirib.

Ə.Nuriyev söyləyib ki, Əfv Komissiyasına xeyli sayda müraciətlər var. Onun sözlərinə görə, artıq komissiyanın üçüncü iclası olub: "İclasda müzakirələr üçün hərtərəfli şərait yaradılıb. Bu gün Əfv Komissiyasında dövlət orqanlarının rəhbərlərinin, parlament üzvlərinin, vətəndaş cəmiyyətinin nümayəndələri ilə yanaşı, Ombudsman da iştirak edir. Hesab edirəm ki, bu da çox mühüm yenilikdir. Onun Əfv Komissiyasında təmsil olunması, iştirakı çox vacibdir. Cəmiyyətin bütün təbəqələrinin maraqlarını ifadə edəcək şəxslər burada təmsil olunurlar".

Ə.Nuriyev bildirib ki, indiyədək komissiyanın keçirdiyi 3 iclasda daxil olan müraciətlərin 300-dən çoxuna baxılıb. O, bütün müraciətlərə xüsusi həssaslıqla baxıldığını qeyd edib. Bildirib ki, hər bir müraciət çox diqqətlə araşdırılır: "Komissiyanın əsasnaməsinə uyğun olaraq müzakirələr aparılır və qiymətləndirmə həyata keçirilir. Əsasnaməyə görə, müraciətə baxılarkən kriteriyalar nəzərə alınmalıdır. Edilən cinayətin təhlükəsi və ağırlıq dərəcəsinə diqqət yetirilir. Cinayətə yol vermiş şəxsin şəxsiyyəti də nəzərə alınır.

Əfv üçün müraciət etmiş şəxslərin səhhəti, yaşı, ailə vəziyyəti, öz əməlindən peşmançılıq çəkməsi, məhbus olduğu müddətdə özünü necə aparması, ziyan varsa, bu ziyanı nə dərəcədə ödəməsi, həmçinin cəzanın nə qədər müddətinin qalması kimi hallar diqqətdə saxlanılır. Dövlətin və cəmiyyətin maraqları, həmin şəxsin azad edilməsinin dövlət və cəmiyyətin maraqlarına nə dərəcədə təsiri də mühüm amillərdən sayılır. Yekunda bunlar nəzərə alınıb qərar qəbul olunur".

Ə.Nuriyev yekun qərarın ölkə prezidenti tərəfindən verildiyini söyləyir. Onun sözlərinə görə, prezident əfv etmək qərarını verə bilər: "Güman edirəm ki, Əfv Komissiyası Novruz bayramına qədər bu işlərinin öhdəsindən uğurla gələcək. Qeyd edim ki, cənab prezidentin dövründə 35 əfv sərəncamı imzalanıb. Bu sərəncamlarla beş mindən artıq şəxs azad olunub. Bu böyük humanizmin nümunəsidir. Biz ölkə prezidentinin fəaliyyətində hər zaman bu humanizm prinsipinin şahidi oluruq".

2
Teqlər:
ombudsman, yenilik, Əfv Məsələləri Komissiyası, əfv

Dünyanın məşhur şəlalərindən biri kəskin şaxtaların qurbanı oldu - VIDEO

4
(Yenilənib 13:21 27.02.2021)
Havaların kəskin soyuqlaşması bütün dünyada maraqlı hadisələrə səbəb olub. Hətta ABŞ və Kanada sərhədindəki Niaqara şəlaləsi də donub

Havaların kəskin soyuqlaşması bütün dünyada maraqlı hadisələrə səbəb olub. Belə ki, ABŞ və Kanada sərhədində yerləşən Niaqara şəlaləsi də donub.

Donmuş şəlalə mənzərəsi görmək istəyən turistlərin sayı bu səbəbdən xeyli artıb.

4