Tovuzda şəhidlərin lövhəsi

Şəhidlərin ruhuna ehtiramın Tovuz nümunəsi - Maraqlı təşəbbüs

4775
(Yenilənib 22:59 07.02.2021)
"Ailələr var gəlib övladının şəklini burda görəndən sonra nömrəmizi tapıb zəng edərək övladlarının sanki yenidən doğulduğunu deyirlər".

İlham Mustafayev, Sputnik Azərbaycan 

BAKI, 7 fevral — Sputnik. Tovuzda maraqlı bir ənənə formalaşıb. Belə ki, bir qrup gənc tərəfindən şəhərin küçələrində vətən torpaqlarının müdafiəsi uğrunda canını fəda edən şəhidlərin xatirəsinə bulaq tikilir və lövhələri yerləşdirilir. Bu ideyanın müəllifləri təkcə hərbi şəhidləri deyil, mülki şəhidləri də yaddan çıxarmayıblar. Hazırda iki yerdə yerləşdirilən bu lövhələrin birində Tovuz rayonundan I Qarabağ müharibəsi zamanı şəhid olan 300-dən yuxarı, digərində isə II Qarabağ müharibəsində şəhid olan 60-dan artıq şəhidə aid fotolar və məlumatlar yerləşdirilib. Mülki şəhidlərin, hətta qətlə yetirilən körpə uşaqların fotolarının olduğu bu guşələri gecə saatlarında da işıqlandırılma qurulduğundan rahatlıqla görmək olur. Lövhənin yaradılmasının təşəbbüskarlarından olan Elmar Musayev bu kompozisiyaların əsasən şəhid adını daşıyan küçələrdə qurmağa çalışdıqlarını bildirib:

© Sputnik / Ilham Mustafa
Tovuzda şəhidlər üçün lövhənin yaradılmasının təşəbbüskarı Elmar Musayev

“Məqsəd şəhidlərimizin hər birini tanıtmaq gənc nəslə onlar haqqında bilgi verməkdir. Birinci Qarabağ müharibəsi şəhidləri demək olar unudulmaq üzrə idi. Onları yalnız ailə üzvlri, yaxın qohumları, döyüş yoldaşları yad edirdi. Ona görə lövhələrin birini ancaq I Qarabağ müharibəsi şəhidlərinə həsr etdik. Ailələr var gəlib övladının şəklini burda görəndən sonra nömrəmizi tapıb zəng edirlər. Onların arasında övladlarının sanki yenidən doğulduğunu deyib təşəkkür edənlər var”.

  • Tovuzda şəhidlərin lövhəsi
    © Sputnik / Ilham Mustafa
  • Tovuzda şəhidlərin lövhəsi
    © Sputnik / Ilham Mustafa
  • Tovuzda şəhidlərin lövhəsi
    © Sputnik / Ilham Mustafa
  • Tovuzda şəhidlərin lövhəsi
    © Sputnik / Ilham Mustafa
  • Tovuzda şəhidlərin lövhəsi
    © Sputnik / Ilham Mustafa
1 / 5
© Sputnik / Ilham Mustafa
Tovuzda şəhidlərin lövhəsi

Bu işləri iyul ayının 12-də Tovuz döyüşləri zamanı yaratdığı “Tovuz Turan Birliyi” təşkilatının adından edildiyini deyən E.Musayev fotoların, məlumatların toplanmasında, eləcə də digər işlərin görülməsində rayon sakinlərinin hər cür dəstək göstərdiklərini bildirib. O ilk işi şəhid olan qardaşı İsə Musayevin adını daşıyan küçədən başladıqlarını söyləyib:

© Sputnik / Ilham Mustafa
Tovuzda şəhid Əliyev Raminin məzarı

“Bütün rayon camaatı bu işdə yaxından köməklik göstərdi. Fotoların, məlumatların yığılmasında hər kəs canla-başla yardım etdi. Fiziki mənəvi dəstək göstərdilər. Bu işdə köməklik edən hər kəsin arzusu o olub ki, şəhidləri yaşadaq, onlar unudulmasın. Vətən uğrunda canından keçən insanlar yaddan çıxmasınlar” - deyə E.Musayev bildirib.

Tovuz sakinləridə öz növbəsində şəhidlər kompleksi adlandırdıqları bu məkanı göz bəbəyi kimi qoruyur, abad, təmiz və hər kəs üçün əziz bir yer kimi saxlayırlar.

4775

Azərbaycanda son sutkada 319 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib

9
(Yenilənib 15:16 03.03.2021)
Azərbaycanda indiyədək ümumilikdə 235 333 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib, aktiv xəstə sayı 2 960 nəfərdir. 

BAKI, 3 mart - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 235 333 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib, aktiv xəstə sayı 2 960 nəfərdir. 

Ölkədə son sutka ərzində 7 928, hazırkı dövrədək isə 2 618 808 test aparılıb.

9
Rusiyada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

Rusiyada koronavirusdan ölənlərin sayı 87 mini keçdi

8
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114,7 milyonu keçib, 2,54 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

BAKI, 3 mart — Sputnik. Son bir sutka ərzində Rusiyada 10 535 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 452 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4 278 750 –yə çatıb. Rusiyada pandemiya yayılandan 87 348 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3 853 734 - ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114,7 milyonu keçib, 2,54 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

8
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Təhsil işçilərinin vaksinasiyasına başlanılıb

0
(Yenilənib 15:40 03.03.2021)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən peyvənd məntəqələri kompüter avadanlıqları ilə təchiz olunub və data kart vasitəsilə internetə çıxış təmin olunub.

BAKI, 3 mart — Sputnik. Təhsil Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhsil işçilərinin vaksinasiyası ilə bağlı məlumat yayıb. Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, 3 mart 2021-ci il tarixindən "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. İlkin olaraq yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətin vaksinasiyasına start verilib.

Bu məqsədlə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən peyvənd məntəqələri kompüter avadanlıqları ilə təchiz olunub və data kart vasitəsilə internetə çıxış təmin olunub.

Qeyd edək ki, koronavirus pandemiyası şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.

0