CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyalı mütəxəssislər FHN əməkdaşlarına sertifikat verdilər - VİDEO

© Photo : EMERCOM of RussiaСпецалисты
Спецалисты - Sputnik Azərbaycan, 1920, 06.02.2021
Abunə olmaq
Kursda Rusiya Fövqəladə Hallar Nazirliyinin minatəmizləmə üzrə peşəkar mütəxəssisləri xüsusi təlim keçiblər.

BAKI, 6 fevral — Sputnik. Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında mövcud sıx ikitərəfli münasibətlər, o cümlədən həyata keçirilən aidiyyəti humanitar tədbirlər çərçivəsində Azərbaycan FHN-in Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin 35 nəfər əməkdaşı ərazilərin minalardan təmizlənməsi və zərərsizləşdirilməsi üzrə kursu müvəffəqiyyətlə başa vurub.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, kursda Rusiya Fövqəladə Hallar Nazirliyinin minatəmizləmə üzrə peşəkar mütəxəssisləri xüsusi təlim keçiblər. Kursun təşkilində məqsəd işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsidir.

Kursu müvəffəqiyyətlə başa vurmuş FHN əməkdaşlarına müvafiq sertifikatlar təqdim edilib. FHN-in Qarabağ Regional Mərkəzinin inzibati binasında keçirilmiş təqdimetmə mərasimində iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin minaaxtaranlardan ibarət qrupunun rəhbəri polkovnik Aleksey Zavitski və digər məsul şəxslər sertifikatları istehkamçı-mütəxəssislərə təqdim ediblər.

Qeyd edək ki, növbəti belə bir kursun yaxın vaxtlarda təşkil olunması nəzərdə tutulur.

Xatırladaq ki, yaxınlarda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin 23 nəfərdən ibarət pirotexnik və istehkam qrupu Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi Baş Qərargahının Bakı Silahlı Qüvvələr Attaşeliyinin təşkilatçılığı ilə qardaş ölkədə Xüsusi Mina Axtarış və Təmizləmə kursunu müvəffəqiyyətlə bitirərək Azərbaycana qayıdıb. Həmçinin Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən ikitərəfli əməkdaşlıq münasibətləri çərçivəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçmiş minaaxtaran it, eləcə də 20 minatəmizləyən maşın hədiyyə edilib.

Xəbər lenti
0