Oğru, arxiv şəkli

Şəmkirdə evləri mağazaları qarət edən dəstələr saxlanılıb

17
(Yenilənib 11:57 05.02.2021)
Şəmkirdə rayon ərazisində ayrı-ayrılıqda oğurluq edərək cinayət törətməkdə şübhəli bilinən ümumilikdə 12 nəfərdən ibarət 3 dəstə üzvləri saxlanılıb.

BAKI, 5 fevral - Sputnik. Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrılıqda oğurluq edərək cinayət törətməkdə şübhəli bilinən ümumilikdə 12 nəfərdən ibarət 3 dəstə üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, rayonun Seyfəlli kənd sakini Qələndər Qasımov və Çinarlı qəsəbə sakini Nicat Səfiyev rayon ərazisində 4 fərdi yaşayış evi və bir mağazaya xüsusi vasitələrlə qeyri-qanuni yolla daxil olaraq müxtəlif məişət avadanlıqlarını, ərzaq, tütün və alkoqol məmulatlarını oğurlayıblar. Daha sonra onlar, rayon sakinləri - Elcan Süleymaniv, Həsən Cabbarov, Zahir Məmmədov, Samir Namazov və İmamverdi Məmmədzadə ilə cinayət əlaqəsinə girərək oğurladıqları əşyaların satılmasını təmin ediblər. Dəstə üzvləri maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Polis əməkdaşlarının keçirdikləri daha bir uğurlu əməliyyat nəticəsində rayon ərazisində tikinti materialları və avadanlıqları oğurlamaqda şübhəli bilinən 3 nəfərdən ibarət daha bir dəstəni zərərsizləşdirilib. Belə ki, rayon sakinləri Bahadur Hacıyev, Eynur Məmmədov və Natiq Məmmədov əvvəlcədən planlaşdıraraq rayon ərazisindəki yaşayış olmayan fərdi yaşayış evlərindən birinə qeyri-qanuni yolla daxil olaraq oradan döşəmə üçün örtük, elektrik ağac mişarı, naqil və s. tikinti ləvazimatlarını oğurlayıblar. Həmin şəxslər oğurladıqları əşyaları satmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

17

Bakıda keçirilən yarmarkalardakı məhsulların qiyməti - Kartof 0,55 AZN...

2
(Yenilənib 13:09 27.02.2021)
Bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını üç ünvanda satışa çıxaracaqlar

BAKI, 27 fevral — Sputnik. Bu gündən Kənddən Şəhərə yarmarkaları yenidən fəaliyyətə başlayıb. Sputnik Azərbaycan yarmarkalarda satışa çıxarılan bəzi məhsulların qiymətlərini təqdim edir:

Kartof 0.55 AZN-dən; soğan 0.65 AZN-dən; alma 0.60 AZN-dən; pomidor 1.00 AZN-dən; mandarin 1.80 AZN-dən; portağal 1.70 AZN-dən; badımcan 1.30 AZN-dən; kələm 0.50 AZN-dən; çuğundur 0.65 AZN-dən; kök 0.60 AZN-dən; yumurta 0.25 AZN-dən; xurma 0.80 AZN-dən; nar 1.50 AZN-dən; göyərti 0.15 AZ-dən; heyva 0.80 AZN-dən başlayan qiymətlərlə satılır.

Qeyd edək ki, bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını - Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metrostansiyasının çıxışı), Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı), Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A ünvanlarında satışa çıxaracaqlar.

 

2
Teqlər:
ərzaq, qiymətlər, yarmarka, Bakı

Bazarlığı haradan etməyə üstünlük verirsiniz?

0
0