İclas zalı, arxiv şəkli

Azərbaycan XİN-də toplantı: dəyişikliklər olacaq

60
Cari il ərzində Nazirlikdə işə qəbulun ictimaiyyət üçün açıq müsabiqə əsasında təşkil ediləcəyi müzakirə olunan dəyişikliklər sırasındadır

BAKI, 4 fevral - Sputnik. Bu gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin geniş tərkibli kollegiya iclası keçirilib. İclasda XİN-in kollegiya üzvləri, xüsusi tapşırıqlar üzrə səfirlər və struktur bölmələrin rəhbərləri iştirak ediblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin Vətən müharibəsində şanlı qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etdikdən sonra xarici siyasət sahəsindəki yaranmış yeni reallıqlar və yeni çağırışlar barədə danışıb.

Nazir ölkə başçısı tərəfindən qarşıda qoyulan əsas vəzifələrə istinad edərək, bu sırada diplomatiyamızın yeni reallıqlara uyğun olaraq fəal şəkildə həyata keçirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə ardıcıl, sistemli və səmərəli şəkildə çatdırılması, bu istiqamətdə xaricdəki diplomatik nümayəndəliklərimizin fəaliyyətinin canlandırılması, onların diaspora təşkilatları ilə sıx əlaqədə fəaliyyət göstərməsi və digər məsələləri qeyd edib. Nazir bu vəzifələrin icrası məqsədilə işə peşəkar və vətənpərvər kadrların cəlb edilməsinin zəruri olduğunu vurğulayıb.

İclas zamanı XİN-in struktur bölmə rəhbərləri tərəfindən aşağıda qeyd olunan məsələlərə dair məlumatlar təqdim edilib.

Həyata keçirilən struktur islahatları çərçivəsində 2020-ci ilin noyabr ayından başlayaraq xaricdəki diplomatik nümayəndəliklərimizə göndəriləcək kadrların mövcud vakansiyalara uyğun olaraq təşkil edilmiş XİN daxili müsabiqə nəticəsində seçilməsi barədə məlumat verilib.

Habelə, yeni seçim meyarları əsasında XİN-ə işə qəbul sistemi müzakirə edilib. XİN-in kadr siyasətində şəffaflığı təmin etmək məqsədilə cari il ərzində Nazirlikdə işə qəbulun ictimaiyyət üçün açıq müsabiqə əsasında təşkil ediləcəyi, bununla yanaşı, bu ildən başlayaraq mövcud kadrların müxtəlif ixtisasartırma proqramlarına fəal şəkildə cəlb edilməsinin təmin ediləcəyi bildirilib.

Faydalı iş əmsalının artırılması məqsədilə Nazirlikdə yeni elektron sənəd dövriyyəsi sistemi tətbiq edildiyi, sənədlərin vaxtında və tam icrası nəzarətə götürüldüyü, AR və xarici ölkələrin vətəndaşlarına konsulluq xidmətlərinin göstərilməsi sahəsində xidmətlərin elektronlaşdırılması üzrə bir neçə layihəyə start verildiyi qeyd olunub.

Kollegiya iclasının iştirakçıları gündəliyə daxil olan məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar. Yaxın zamanlarda diplomatik nümayəndəliklərimizin rəhbərlərinin iştirakı ilə müvafiq görüşün keçiriləcəyi qeyd olunub.

60
Teqlər:
elektron sistem, işə qəbul, dəyişiklik, kollegiya iclası, XİN
Lourens Ferlinqetti, arxiv şəkli

Dünyanın ən qocaman şairi vəfat edib

6
(Yenilənib 22:41 24.02.2021)
Otuzdan çox poeziya məcmuəsinin müəllifi olan mərhum şairin adını daşıyan "City Lights" kitab mağazası 1953-cü ildən bəri yaşadığı evlə eyni binada yerləşir.

BAKI, 24 fevral — Sputnik. Amerikalı şair Lourens Ferlinqetti vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 101 yaşlı şair San-Fransiskodakı evində dünyasını dəyişib.

Qeyd edək ki, Ferlinqetti 1919-cu ildə Nyu-Yorkda anadan olub. Xalası tərəfindən böyüdülən şairin atası dünyaya gəlmədən ölüb. Anası isə psixiatriya xəstəxanasına göndərilib. Ferlinqetti yeddi yaşında olanda varlı bir ailədə qubernator işləyən xalası onu işə götürənlərin yanında qoyub qaçıb. Çətin uşaqlıq illərinə baxmayaraq Ferlinqetti təhsil alıb və 1941-ci ildə jurnalist kimi fəaliyyət göstərib. Daha sonra isə Donanmaya könüllü olub.

30-dan çox poeziya məcmuəsinin müəllifi olan mərhum şairin adını daşıyan "City Lights" kitab mağazası 1953-cü ildən bəri yaşadığı evlə eyni binada yerləşir.

6

Nazirlikdən şaxta ilə bağlı ciddi xəbərdarlıq: Ehtiyac olmadıqda küçəyə əsla çıxmayın!

10
(Yenilənib 22:38 24.02.2021)
Hazırda paytaxtda və Abşeron yarımadasında 5 dərəcəyədək şaxta müşahidə olunur, temperaturun 9 dərəcəyədək enəcəyi gözlənilir.

BAKI, 24 fevral — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün gecə və səhər ölkə ərazisində şaxtalı havanın davam edəcəyini, yolların buz bağlayacağını nəzərə alaraq əhaliyə maksimum dərəcədə ehtiyatlı olmağı tövsiyə edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirliyin Mətbuat Xidməti məlumat yayıb.

"İndiki saatlarda paytaxtda və Abşeron yarımadasında 5 dərəcəyədək şaxta müşahidə olunur, temperaturun 9 dərəcəyədək enəcəyi gözlənilir. Odur ki, gecə və səhər saatlarında yolların buz bağlaması səbəbindən əhali və sürücülər hərəkət edərkən diqqətli və ehtiyatlı davransınlar. Ehtiyac olmadıqda küçəyə çıxmasınlar, şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər", - deyə məlumatda bildirilir. 

10
Yanğınsöndürənlər, arxiv şəkli

Evləri yanan köçkünlər harada qalacaqlar? "Qaçqınkom"dan açıqlama

0
(Yenilənib 01:00 25.02.2021)
Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar.

BAKI, 25 fevral — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.

Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, fevralın 24-də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb: "Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində ümumilikdə 17 mənzilə ziyan dəyib.

Ağdam rayonundan məcburi köçkün, 1986-cı il təvəllüdlü Vəliyev Tural Qabil oğlu yüngül yanıq xəsarətləri alıb.

Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar. Az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq. Həmin tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.

Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb.

Digər yaşayış sahələri yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq".

0