Sənəddə imza, arxiv şəkli

Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə təsdiq edilib

21
(Yenilənib 20:12 04.02.2021)
Xüsusi nümayəndəlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqan və qurumları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

BAKI, 4 fevral - Sputnik. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə”ni təsdiq edib.

Sputnik Azərbaycan bildirir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Sənədə görə, xüsusi nümayəndəlik fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi inzibati ərazi vahidində və ya onun hissələrində həyata keçirir və onun səlahiyyətləri həmin ərazi ilə məhdudlaşır. Xüsusi nümayəndəlik müvafiq ərazidə yerləşir. Xüsusi nümayəndəlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqan və qurumları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir. 

Əsasnamənin tam mətni ilə buradan tanış olmaq mümkündür.

21

Şaxtalı fevral gecəsi bütün ailəsini itirən 81 yaşlı kişinin dəhşətli xatirələri

12
Xocalı faciəsinin şahidi 81 yaşlı Baloğlan Allahyarov bu qanlı gecədəki hadisələri heç zaman unutmayacağını bildirir. Həmin şaxtalı gecənin dəhşətli xatirələrindən biri ilə videomuzda tanış ola bilərsiniz.

Xocalıdan əli yalın, başıaçıq çıxanda Baloğlan Allahyarovun 51 yaşı vardı. Şaxtalı fevral gecəsi o da ailəsi ilə birgə ermənilərin qətliamından qurtulmağa çalışırdı. Həmin gecə o da dəhşətli faciə yaşadı. 21 yaşlı oğlu Etibarı, 20 yaşlı gəlini Çiçəyi və həyat yoldaşı Qəmzə xanımı itirdi. Yeganə övladı Etibar Allahyarov o zaman Xocalı aeroportu istiqamətində itkin düşüb. 81 yaşlı Baloğlan kişi indiyədək onun nə ölüsü, nə dirisi haqda xəbər ala bilmir. Baş verən hadisədən 29 il ötsə də, Xocalı sakini o gecəni heç vaxt yaddan çıxara bilmədiyini deyir.

Onun sözlərinə görə, ermənilər uşaq, qadın, ahıl demədən hər kəsi işgəncə ilə öldürüblər. Çobanın cibindən Quran kitabı çıxanda isə onu yandırmaq haqda əmr veriblər.

Baloğlan Allahyarov, Xocalı sakini: "Ordan - yamacın başından qumbaranı bizim başımıza atdılar. Torpağı necə sovurdusa... Bax, elə bil, mən burada oturmuşam, 40-50 nəfər orada. Baxdım gördüm ki, məndən aşağıdakıların hamısının başını elə bil toyuğun başı kimi kəsib üzürlər. Bax elə üzüblər. Başları, əlləri parçalandı. O vaxt ferma müdiri işləyirdim. Təvəkkül adında bir çobanım vardı, laçınlı idi. Onu tutmuşdular. Cibindən Quran kitabı tapmışdılar deyə onu odlamışdılar".

Xocalıda doğmalarını itirdikdən sonra Ağdam rayonuna pənah gətirən Baloğlan Allahyarov daha sonra Mingəçevir şəhərində məskunlaşır. Ölkə başçısı İlham Əliyev nur şəhərinə səfəri zamanı Xocalı sakininin evində olub.

 

12
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirus: Yoluxanların sayı bir günə iki dəfəyədək artdı

9
İndiyədək ölkədə ümumilikdə 233 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 479 nəfər müalicə olunaraq sağalıb, 3 213 nəfər vəfat edib.

BAKI, 26 fevral — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 4 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 479 nəfər müalicə olunaraq sağalıb, 3 213 nəfər vəfat edib. Hazırda 2 297 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6908, bu günə qədər isə ümumilikdə 2 583 362 test icra olunub.

Qeyd edək ki, fevralın 25-də Azərbaycanda koronavirus infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınmış, 3 nəfər “COVID-19”dan vəfat etmişdi.

9
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükut, arxiv şəkli

Sürücülərin diqqətinə: Saat 17.00-da DYP-dən işarə gözləyin

0
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədovun sözlərinə görə, bu gün saat 17.00-da bütün yollarda nəqliyyatın hərəkəti dayandırılacaq.

BAKI, 26 fevral — Sputnik. Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı respublikanın bütün ərazisində 1 dəqiqəlik sükut elan olunacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Avtosfer-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, saat 17.00-da bütün yollarda nəqliyyatın hərəkəti dayandırılacaq. Sürücülərin diqqəti yol polislərində olsun ki, sayğı duruşu işarəsində onlar da Xocalı soyqırımı qurbanlarını bir dəqiqəlik sükutla yad etsinlər.

0