Altay Həsənov

Prezident Altay Həsənovla bağlı sərəncam imzaladı

30
A.Həsənov 4 aprel 2017-ci ildən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi vəzifəsini yerinə yetirir.

BAKI, 4 fevral - Sputnik. Altay Tofiq oğlu Həsənov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzlayıb. A.Həsənov dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb. 

Qeyd edək ki, A.Həsənov 4 aprel 2017-ci ildən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi vəzifəsini yerinə yetirir.

30
Teqlər:
Altay Həsənov, orden, sərəncam
Timsah, arxiv şəkli

Timsah 8 yaşlı qızı uddu - VİDEO

138
"Youtube" şəbəkəsində yayımlanan videoda isə qızın timsahın mədəsindən çıxarılma anı və yaxınlarının göz yaşları öz əksini tapıb.

BAKI, 6 mart — Sputnik. İndoneziyada dəhşətli olay baş verib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İndoneziyanın Borneo adasında timsah 8 yaşlı qızı udub. Bir gün sonra isə qızın cansız bədəni heyvanın mədəsindən çıxarılıb.

Hadisənin necə baş verməsinə gəldikdə isə, atası 8 yaşlı qızının çayda üzərkən timsahın hücumuna məruz qaldığını, ona kömək etmək istədiyini, lakin bir şey edə bilmədiyini deyib. 

"Youtube" şəbəkəsində yayımlanan videoda isə qızın timsahın mədəsindən çıxarılma anı və yaxınlarının göz yaşları öz əksini tapıb.

138
Təhsil Nazirliyi

Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salınıb - SƏBƏB

553
Müvafiq məlumatlar vətəndaşların şəxsi kabinetinə və telefon nömrələrinə göndərilib. İmtahanın keçirilmə vaxtı və yeri barədə yenilənmiş məlumatlar texniki profilaktik işlər yekunlaşdıqdan sonra elan olunacaq

BAKI, 6 mart - Sputnik. 6 mart saat 16:00 tarixində keçirilən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test mərhələsində yaranmış texniki nasazlıqla əlaqədar imtahan dayandırılıb və növbəti tarixə təxirə salınıb.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan tarixdə imtahanda iştirak etmiş hər bir iştirakçı təkrar imtahana cəlb olunacaq və onlara yeni sual variantı təqdim olunacaq.

"Eyni zamanda bildiririk ki, texniki profilaktik işlərin görülməsi ilə əlaqədar 7 mart 2021-ci il tarixində keçirilməsi planlaşdırılan direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahan mərhələsi təxirə salınıb.

Müvafiq məlumatlar vətəndaşların şəxsi kabinetinə və telefon nömrələrinə göndərilib. İmtahanın keçirilmə vaxtı və yeri barədə yenilənmiş məlumatlar texniki profilaktik işlər yekunlaşdıqdan sonra elan olunacaq".

553

Azad edilmiş daha bir kəndimizin hazırkı mənzərəsi belədir - VİDEO

0
Cəbrayıl rayonunun Papı kəndi 2020-ci ilin oktyabrın 21-də əks-hücum əməliyyatı nəticəsində işğaldan azad olunub.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Papı kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

0