CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şənbə və bazar Bakıda bu yollar bağlı olacaq

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidРемонт автодорог, фото из архива
Ремонт автодорог, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.02.2021
Abunə olmaq
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq

BAKI, 4 fevral — Sputnik. Fevral ayının 5-dən 6-na keçən gecədən etibarən 2 gün (şənbə və bazar) müddətində Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı və Nobel prospektlərinin kəsişməsində yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. "Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - məlumatda qeyd olunub.

Xəbər lenti
0