CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəblər açılır, metro isə hələ də bağlıdır - Necə olacaq?

© Sputnik / Murad OrujovBakı metrosu açılşdan sonra
Bakı metrosu açılşdan sonra - Sputnik Azərbaycan, 1920, 04.02.2021
Abunə olmaq
"Sərnişinlərin bu qədər sayda avtobusla daşınması mümkünsüzdür. Çünki iki min sərnişin də metro ilə daşınırdı".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 fevral — Sputnik. Təhsil Nazirliyinin təklifi əsasında fevral ayının 15-dən etibarən Bakı, Abşeron və Sumqayıtda orta məktəblərin, ali təhsil və peşə təhsili müəssisələrinin, eləcə də uşaq bağçalarının fəaliyyəti bərpa olunacaq. Pandemiya dövründə metronun işləməməsi hər kəsin diqqətini nəqliyyat probleminə yönəldib. Artıq sosial platformada da ənənəvi tədris bərpa olunduğu halda metronun işləməməsinin böyük nəqliyyat problemi yaradacağı ilə bağlı narahatlıqlar ifadə olunur.

Дистанционное образование, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.02.2021
ELM
Məktəbə getməkdən imtina edən şagirdlərin aqibəti necə olacaq?

Sputnik Azərbaycan ənənəvi tədrisin bərpasından sonra ictimai nəqliyyatın necə tənzimlənməli olduğunu araşdırıb.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövründə ictimai nəqliyyatın hərəkətinin məhdudlaşdırılması arzuolunan effekti vermir: "Çünki bizdə alternativ ictimai nəqliyyat növləri azdır. Xarici ölkələrdə metro bağlıdırsa, sərnişinlər metrobusdan, tramvaydan istifadə edir. Azərbaycanda isə alternativ ictimai nəqliyyat növləri çox azdır. İntensivlik dövründə Bakıda gündəlik iki milyon iki yüz min sərnişin avtobuslarla daşınırdı. Bu gün xətlərdə 2400 avtobus var. Sərnişinlərin bu qədər sayda avtobusla daşınması mümkünsüzdür. Çünki iki min sərnişin də metro ilə daşınırdı. Əgər metro bağlı qalacaqsa, bu yük avtobusların üzərində qalacaq. Avtobuslar metro işlədikdə bu yükün altından çıxa bilmirdi. Sözsüz ki, metro bağlı qaldıqda bu qədər sərnişini təkcə avtobuslar hesabına daşımaq mümkün olmayacaq. Düzdür, aidiyyəti qurumlar hesab edir ki, metronun fəaliyyətini məhdudlaşdırmaq daha yaxşıdır. Mən isə əksini düşünürəm. Nəzərə almaq lazımdır ki, hər vaqon 3 avtobusun yükünü aparır. 5 vaqon isə 15 avtobus deməkdir. Həmçinin metroda səfər müddəti daha qısadır. Metronun 20-25 dəqiqəyə apardığı yolu, sərnişin avtobusla 1 saata gedir. Pik vaxtlarda vəziyyət daha da qəlizləşir. Hazırda metroda havalandırmanın olmaması virusa yoluxma baxımından təhlükəli sayılsa da, metronun açılmaması tədrisin bərpasından sonra sərnişindaşımada xaos yaradacaq".

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a bildirib ki, pandemiya dövründə metronun fəaliyyəti ilə bağlı qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir: "Bakı Metropoliteni" QSC metronun fəaliyyətini bərpa etməyə tam hazırdır. Metronun əməkdaşlarının virusa yoluxmaması üçün də işlər aparılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təhsil müəssisələrində ənənəvi tədrisin bərpası ilə əlaqədar metronun fəaliyyətinə nə vaxt icazə veriləcəksə, metroda sərnişin daşınması da həmin tarixdən bərpa olunacaq".

Возобновление очных занятий в бакинских школах, 1 февраля 2021 года - Sputnik Azərbaycan, 1920, 04.02.2021
CƏMİYYƏT
Məktəblərdə monitorinqlər aparılacaq

Xatırladaq ki, sonuncu brifinqdə təhsil naziri Emin Əmrullayev də yuxarı siniflər və ali məktəblərdə əyani tədrisin bərpa olunacağı halda, metronun da açılacağını istisna etməmişdi.

Qeyd edək ki, Bakı, Abşeron və Sumqayıtda fevralın 15-dən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla, xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla bərpa ediləcək. Ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.

Xəbər lenti
0