CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni komissiyanın tərkibi təsdiqləndi

© Photo : Cabinet of Ministers of the Republic of AzerbaijanBaş nazir Əli Əsədov, arxiv şəkli
Baş nazir Əli Əsədov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.02.2021
Abunə olmaq
Komissiyanın sədri Azərbaycanın Baş naziri Əli Əsədov, müavini isə iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.

BAKI, 3 fevral - Sputnik. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın formalaşdırılması, bu sahədə strateji planlaşmanın və idarəetmənin effektiv təşkili və əlaqələndirilməsi, habelə uyğun siyasət və islahat istiqamətlərinin müəyyən edilməsi məqsədilə yaradılan komissiyanın tərkibi məlum olub.

Komissiyanın sədri Azərbaycanın Baş naziri Əli Əsədov, müavini isə iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.

Komissiyanın tərkibinə həmçinin Azərbaycanın maliyyə, əmək və əhalinin sosial müdafiəsi, energetika, kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, ekologiya və təbii sərvətlər, ədliyyə, təhsil, səhiyyə, gənclər və idman, mədəniyyət nazirləri, eyni zamanda Nazirlər Kabineti Aparatının rəhbəri, Dövlət Neft Fondunun icraçı direktoru, Mərkəzi Bankın, Dövlət Gömrük Komitəsinin, Dövlət Statistika Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Dövlət Turizm Agentliyinin sədrləri və Baş nazirin köməkçisi daxildir.

Xəbər lenti
0