CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Moskva-Bakı istiqamətində uçuşlara bu tarixdən başlanacaq - AZAL

© Photo : AZALПассажирский самолет AZAL
Пассажирский самолет AZAL - Sputnik Azərbaycan, 1920, 03.02.2021
Abunə olmaq
Uçuşlar həftədə iki dəfə - həftənin çərşənbə və bazar günləri "Domodedovo" hava limanına yerinə yetiriləcək

BAKI, 3 fevral — Sputnik. Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) fevralın 17-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır.

AZAL-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, uçuşlar həftədə iki dəfə - həftənin çərşənbə və bazar günləri "Domodedovo" hava limanına yerinə yetiriləcək.

Həmin reyslərə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında almaq mümkündür.

Bakı-Moskva istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:

Dubay - Sputnik Azərbaycan, 1920, 28.01.2021
Dubay azərbaycanlılar üçün darıxıb

- Rusiya ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə RF ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir;

- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilmişdir;

Moskva-Bakı istiqamətində reysin sərnişinlərinin nəzərinə:

- Azərbaycana giriş hüququnun olub-olmadığı yoxlanılmalıdır. Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı aviaşirkətin saytında bu link üzrə qeyd edilmişdir;

- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Testin nəticəsində həmçinin QR-kod göstərilməlidir. Bu kod hava limanında qeydiyyat masalarında yoxlanılacaq. QR-kodla arayışlar təqdim edən Rusiya klinikalarının siyahısı ilə həmçinin bu link vasitəsilə tanış olmaq olar. Tərəfdaş klinikalar şəbəkəsi genişləndikcə siyahı yenilənəcəkdir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın qərarına müvafiq olaraq aviareyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamətin sərnişinləri:

- testin nəticəsinin reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olduğuna əmin olmalıdırlar;

- pandemiya dövründə AZAL aviaşirkəti tərəfindən tətbiq edilən xüsusi daşıma qaydaları ilə tanış olmalıdırlar:

Xəbər lenti
0