Mətbuat işçiləri, arxiv şəkli

Azərbaycan-Türkiyə media platforması vəd edir?

48
(Yenilənib 18:28 02.02.2021)
Uzun illərdir ki, Azərbaycan və türk jurnalistləri əməkdaşlıq edirlər, lakin bunun düzənli şəkildə dövlət tərəfindən təmin edilməsi ümumi işin xeyrinədir.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 2 fevral — Sputnik. Ötən ilin sentyabrında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan ilə Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsi həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirmək məqsədilə İstanbula səfər etmişdi. Səfər zamanı iki ölkə arasında ortaq media platformasının yaradılması barədə saziş imzalanmışdı.

Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi qəbul edilib. Bununla da Azərbaycanla Türkiyə arasında birgə media platformasının yaradılması təsdiqlənib.

Hər iki tərəfdən verilən açıqlamalarda yeni yaradılmış media platformasından böyük gözləntilərin olduğu aydın görünür. Xüsusən də, xarici media resurslarında və qlobal sosial şəbəkələrdə dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması platformanın əsas fəaliyyət istiqamətlərindən biri kimi qeyd edilir.

Media Platformasının əhəmiyyətini Sputnik Azərbaycan-a şərh edən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət bildirib ki, belə bir əməkdaşlığın qurulması hər iki ölkə üçün faydalıdır: "Uzun illərdir ki, azərbaycanlı və türkiyəli jurnalistlər əməkdaşlıq edirlər, lakin bunun düzənli şəkildə dövlət tərəfindən təmin edilməsi ümumi işin xeyrinədir".

Ekspert deyir ki, Türkiyə mediasının auditoriyasının geniş olması bəllidir: "Türkiyə mediası ABŞ, Kanada və digər qərb ölkələrində diqqətlə izlənir. Bu əməkdaşlıq imkan verir ki, Azərbaycan həqiqətləri Türkiyə mediası vasitəsilə həmin coğrafiyada yayılsın. Eyni zamanda, Azərbaycan mediası da türk jurnalistlərin və ümumilikdə Türkiyə mediasının fikirlərinin keçmiş SSRİ məkanında yayılmasında köməklik göstərə bilər".

"Biz müşahidə etmişik ki, Türkiyə mediası keçmiş sovet məkanında Azərbaycan kimi rahat işləyə bilmir ki, bunun da bəlli səbəbləri var. Media platformasının ərsəyə gəlməsi hər iki ölkənin mediası və jurnalistləri, eyni zamanda, dövlət maraqları baxımından faydalı olacaq", – deyə ekspert əlavə edib.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin fikrincə, Azərbaycana qonşu olan və eyni informasiya mühitində olan ölkələrlə belə platformaların qurulması çox vacibdir.

Professor deyir ki, Türkiyədə çoxsaylı media mənbələri var ki, dünya mediası onlara istinad edir: "Azərbaycan həqiqətlərinin həmin mənbələr vasitəsilə yayımlanması bu baxımdan ciddi rola malikdir. Digər tərəfdən bu platforma vasitəsilə qurulacaq əməkdaşlıq Azərbaycan mediasında keyfiyyətin bir qədər də yüksəlməsinə təkan verəcək. Peşəkarlığın artırılması baxımından bu əməkdaşlığın faydalı ola biləcəyini düşünürəm. Bu platformanın yaradılmasının strateji əhəmiyyətinin olması da qeyd edilməlidir. Həm Türkiyəyə, həm də Azərbaycana qarşı aparılan informasiya müharibəsində belə bir paltformanın qurulması onun strateji tərəfini bir daha göstərir".

48
Ziyarətçilər Benksinin əsərlərinə baxırlar, arxiv şəkli

Benksinin əsərini yandırmaq üçün 95 min dollar ödədilər - VİDEO

4
(Yenilənib 00:33 06.03.2021)
"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub.

BAKI, 6 mart — Sputnik. "Injective Protocol" blokçeyn şirkəti küçə rəssamı Benksinin "Morons" rəsmini yandırmaq və rəqəmsal aktivə çevirmək üçün Nyu-York qalereyasına 95 min ABŞ dolları ödəyərək şəkli satın alıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, rəssamın özünün yaratdığı "Pest Control" agentliyi əsərin həqiqiliyini təsdiqləyib. Canlı yayımlanan yandırılma prosesindən sonra rəsm əsəri dəyişdirilə bilinməyən tokenə (NFT) çevrilib. Qeyd olunur ki, bu, əsl sənət əsərinin virtual aktivə çevrildiyi ilk haldır.

"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub. Bu, çoxlu lot ilə hərracların tətbiqinin başlanğıcı olub.

Daha əvvəl Benksinin qrafitisi olan divarın bir parçasının "altırəqəmli məbləğə" satıldığı bildirilmişdi.

4
Asteroid

Yer kürəsi təhlükədə - beş asteroid birdən yaxınlaşır

189
(Yenilənib 00:52 06.03.2021)
Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

BAKI, 5 mart - Sputnik. Bu gecə Yer kürəsinə sərnişin təyyarəsi ölçüsündə asteroid yaxınlaşacaq. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə NASA JPL Elmi Tədqiqat Mərkəzi bildirib.

Saytdakı hesablamalara əsasən 2021 CF8 asteroidinin Yerdən ən yaxın məsafəsi 4,4 milyon kilometr təşkil edəcək. Göy cisiminin diametri 52 metrə bərabərdir.

Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

Növbəti 3 gündə Yer kürəsinin yaxınlığından növbəti həmçinin daha üç asteroid keçəcək. Onlardan ən böyüyü 2021 EB-dir. Onun diametri 43 metrə malikdir və planetimizdən 2,7 milyon kilometr məsafədə keçəcək.

189