Sürücülük vəsiqəsi

Sürücülük vəsiqəsinin daşınmasına ehtiyac olmayacaq

20
(Yenilənib 18:10 01.02.2021)
Sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır

BAKI, 1 fevral — Sputnik. Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə edilib.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə əsasən, sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır.

Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılır.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

20
Teqlər:
Milli Məclis, İXM, sənəd, tələb, sürücülük vəsiqəsi

Ombudsman: Ermənistan etnik nifrət siyasətindən çəkinməlidir

2
(Yenilənib 13:44 27.02.2021)
Həm siyasi sabitlik, həm də iqtisadi inkişaf baxımından yalnız Azərbaycan və Ermənistan deyil, bütün bölgə bundan faydalanacaqdır.

BAKI, 27 fevral — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Ermənistanın nifrət siyasəti və Xocalı soyqırımı" adlı məqalə yazıb.

Sputnik Azərbaycan məqaləni təqdim edir:

"Digər millətlərə qarşı nifrət Ermənistanda dövlət siyasətinin əsas tərkib hissəsidir. Bunu bölgədəki mövcudluqlarını qorumaq üçün əsas vasitə hesab edirlər. Şübhəsiz ki, cəmiyyətdə digər millətlərə qarşı nifrətin, ksenofobiyanın yayılması bir daha təcavüzü təşviq edir və işğal siyasətini dəstəkləyir.

Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan deyib: "Xocalıdan qabaq azərbaycanlılar bizim onlarla zarafat etdiyimizi, ermənilərin mülki əhaliyə əl qaldıra bilməyən xalq olduğunu düşünürdülər. Biz bu stereotipi sındıra bildik və bütün bunlar baş verdi".

S.Sarkisyan Qarabağda bir növ etnik təmizləmənin baş verdiyini etiraf edərək əlavə edib: "Əks təqdirdə bu mümkün deyildi". Köməksiz və silahsız mülki əhalinin məhv edildiyi Xocalı şəhərinə edilən xaincəsinə hücum zamanı S.Sarkisyan yüksək rütbəli komandirlərdən biri idi.

O qeyd edib: "Mərmi uçarkən mülki sakinlə əsgər arasında fərq qoymur, onun gözləri yoxdur. Tərk etmək üçün yaxşı imkanı olmasına baxmayaraq, mülki əhali orada qalırsa, bu onların da hərbi əməliyyatlarda iştirak etməsi deməkdir..."

Bundan başqa, erməni terrorçusu Monte Melkonyanın qardaşı Markar Melkonyan Xocalıda erməni əsgərlərinin qəddarlığını təsvir edərək qeyd edib: "Döyüşçülər bıçaqlarını çıxardılar... bıçaqlamağa başladılar... Monte qadın və qız uşaqlarının sınmış gəlinciklər kimi dağınıq səpələndiyi otlara ayaq basdı".

Təəssüf ki, Ermənistanda dövlət səviyyəsində Azərbaycana və onun əhalisinə qarşı nifrətin qızışdırılması və dəstəklənməsi siyasəti həyata keçirilir. Ermənistan-Azərbaycan münaqişəsi zamanı törədilən Xocalı soyqırımı və digər qətliamlar bu siyasətin danılmaz nəticəsi oldu.

Şübhəsiz ki, Ermənistan etnik nifrət siyasətindən çəkinməli və münaqişədən sonrakı sülh quruculuğu prosesini, iki xalqın dinc yanaşı yaşamasını bərpa etmək üçün tədbirlər görməlidir. Həm siyasi sabitlik, həm də iqtisadi inkişaf baxımından yalnız Azərbaycan və Ermənistan deyil, bütün bölgə bundan faydalanacaqdır".

2
Teqlər:
nifrət, soyqırım, Xocalı, Azərbaycan, Ermənistan, ombudsman

Bakıda keçirilən yarmarkalardakı məhsulların qiyməti - Kartof 0,55 AZN...

2
(Yenilənib 13:09 27.02.2021)
Bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını üç ünvanda satışa çıxaracaqlar

BAKI, 27 fevral — Sputnik. Bu gündən Kənddən Şəhərə yarmarkaları yenidən fəaliyyətə başlayıb. Sputnik Azərbaycan yarmarkalarda satışa çıxarılan bəzi məhsulların qiymətlərini təqdim edir:

Kartof 0.55 AZN-dən; soğan 0.65 AZN-dən; alma 0.60 AZN-dən; pomidor 1.00 AZN-dən; mandarin 1.80 AZN-dən; portağal 1.70 AZN-dən; badımcan 1.30 AZN-dən; kələm 0.50 AZN-dən; çuğundur 0.65 AZN-dən; kök 0.60 AZN-dən; yumurta 0.25 AZN-dən; xurma 0.80 AZN-dən; nar 1.50 AZN-dən; göyərti 0.15 AZ-dən; heyva 0.80 AZN-dən başlayan qiymətlərlə satılır.

Qeyd edək ki, bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını - Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metrostansiyasının çıxışı), Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı), Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A ünvanlarında satışa çıxaracaqlar.

 

2
Teqlər:
ərzaq, qiymətlər, yarmarka, Bakı