KİV nümayəndələri, arxiv şəkli

Azərbaycanla Türkiyə beynəlxalq dezinformasiyaya qarşı birgə mübarizə aparacaqlar

26
(Yenilənib 20:58 01.02.2021)
Platformanın məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır

BAKI, 1 fevral — Sputnik. Azərbaycan və Türkiyə arasında birgə media platforması yaradılıb.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi məsələsinə baxılıb.

Birgə media platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Platforma çərçivəsində iki ölkə arasında sağlam media şəbəkəsinin infrastrukturunun yaradılması aşağıdakı üsullarla həyata keçiriləcək:

- Media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması;

- İki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması;

- Beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması;

- Televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi;

- Müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması;

- Peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi;

- İki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması.

Anlaşma Memorandumu qüvvəyə minəndən sonrakı 3 ay ərzində Türkiyə və Azərbaycan arasında media platformasının həyata keçirilməsi üzrə məqsədyönlü, əhatəli planın hazırlanması üçün birgə işçi komissiya yaradılacaq.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

26
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, arxiv şəkli

Əli Əsədov Fuad Oktaya başsağlığı verdi

2
Telefon danışığı əsnasında fevralın 19-da Ankarada keçirilmiş Azərbaycan-Türkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının yekunlarına dair imzalanmış Protokolun və Fəaliyyət Planlarının icrası ilə bağlı məsələlər müzakirə olunub.

BAKI, 5 mart — Sputnik. Martın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən (NK) Sputnik Azərbaycan-a verilən məlumata görə, Baş nazir Əli Əsədov Fuat Oktaya Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib.

Telefon danışığı əsnasında fevralın 19-da Ankarada keçirilmiş Azərbaycan-Türkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının yekunlarına dair imzalanmış Protokolun və Fəaliyyət Planlarının icrası ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

2
Teqlər:
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay, Əli Əsədov, Baş nazir, Türkiyə, Azərbaycan
İclas zalı, arxiv şəkli

YAP İdarə Heyətindən çıxarılanların SİYAHIsı

9
YAP-ın Siyasi Şurası ləğv olunub. Partiyanın 40 nəfərdən ibarət İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası formalaşdırılıb

BAKI, 5 mart — Sputnik. Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılan şəxslərin adı məlum olub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, partiyanın bu gün keçirilmiş qurultayında formalaşdırılan 40 nəfərdən ibarət İdarə Heyətində aşağıdakı şəxslər yer almayıblar:

Ramiz Mehdiyev, Əli Həsənov, Siyavuş Novruzov, Hacıbala Abutalıbov, Vaqif Əliyev, Nurlana Əliyeva, Akif Əlizadə, Yusif Hümbətov, Kərim Kərimov, Abel Məhərrəmov, Əli Həsənov.

Qeyd edək ki, YAP-ın Siyasi Şurası ləğv olunub. Partiyanın 40 nəfərdən ibarət İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası formalaşdırılıb. Partiyada Veteranlar Şurası yaradılıb. Arif Rəhimzadə Veteranlar Şurasının sədri seçilib

 

9
Teqlər:
qurultay, YAP