Gənc qadın, arxiv şəkli

İntiharlarda virus davranışı - Son günlər özünəqəsdlər niyə artıb?

117
(Yenilənib 22:04 31.01.2021)
"Hər bir intihar edən şəxs mütləq bununla bağlı xəbərdarlıq edən mesajlar verir. Amma ətrafdakılar bunu bəzən ciddi qəbul etmirlər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 yanvar — Sputnik. Paytaxtda ardı-arda baş verən intihar hadisələri cəmiyyətdə müəyyən narahatlığa səbəb olub. Xüsusilə gənc yaşda insanların intihar etməsi bu narahatlığı bir qədər də artırır. Sputnik Azərbaycan son günlər artan intihar hadisələrinin səbəblərini araşdırıb.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, intiharların baş vermə səbəbləri müxtəlif olsa da, bu halların son günlər artmasında əsas amil özünəqəsd hadisələrinin tirajlanmasıdır. M.Zeynalovanın sözlərinə görə, gənc qadınların intihar səbəbi əsasən sevgidə olan ümidsizliklə bağlıdır: "İntihar hadisələrini araşdırsaq, görərik ki, hər birinin ayrı səbəbi var. Amma ümumi bu həddə gətirib çıxaran səbəb daxildə ədalətsizliyə üsyan, ümidsizlik, acizlikdir.

Məlumatlara görə, paytaxtın Nərimanov rayonunda baş verən intihar hadisəsi də məhz sevgidə yaranan ümidsizliklə bağlı olub. Qız sevdiyi oğlanın nişanlanmasını eşidib, buna etirazı oğlanın yaşadığı binadan özünü atmaqda görüb".

Birlik sədri bildirir ki, intihar hadisələrinin dərindən araşdırılmasına ehtiyac var: "İntihar hadisələrini kifayət qədər ciddi araşdırmaq lazımdır. Bu səbəblər öyrənilməli, aradan qaldırılmalıdır".

M.Zeynalova qadınlar arasında intihar növü kimi özünü atmağın populyarlaşmasının virus davranışı olduğu qənaətindədir. Həmsöhbətimiz bildirir ki, hər dövrün özünün intihar formaları var: "Çox əvvəllər qadınlar özlərinə yandırmaqla qəsd edirdilər. Çünki yandırmaqda xilas olunma imkanı vardı. Bundan sonra, qələvi məhlullar və dərman qəbulu ilə intihar növü artmağa başladı. Son günlər baş verən hadisələrdə biz intiharın ən qəddar növlərindən olan özünü yüksəklikdən atmaya rast gəlirik. Bu, virus davranışıdır. Ümumi psixoloji durumu yerində olmayan insanlar bu xəbərləri eşidib canlarına özlərini yüksəklikdən atmaqla qıyırlar".

Həmsöhbətimiz buna görə də intiharlar, onların necə baş verməsinin ictimailəşdirilməsinin düzgün olmadığını söyləyir: "İntiharlarda görünməmiş mesajlar ötürülür. Bu davranışların xarakterində virus davranışı var. Hər bir intihar edən şəxs mütləq bununla bağlı xəbərdarlıq edən mesajlar verir. Amma ətrafdakılar bunu bəzən ciddi qəbul etmirlər".

Psixoloq Elnur Rüstəmov isə Sputnik Azərbaycan-a açıqlamasında intiharların son günlər artma səbəbinin bu hadisələrin xəbər saytlarının manşetində yer alması, sosial şəbəkələrə çəkilərək qoyulması ilə izah edir. Psixoloq bildirir ki, intihar ictimailəşirsə, bu proses təkrarlanır: "Buna psixologiyada "Verter effekti" deyirlər. Bir hadisə haqqında nə qədər çox danışılırsa, nə qədər çox təqdim olunursa, onun təkrarlanma ehtimalı da bir o qədər çoxdur. Dünyada intiharlar üzərində keçirilən eksperimentlər də bunu təsdiqləyir. Ona görə də intihar xəbərləri ictimailəşdirilməməlidir".

E.Rüstəmov bildirir ki, hər kəsdə narahatlıq ola bilər. Həmin insanların arasında intihar fikrində olanlar da az olmur. Baş verən intihar hadisələri isə bu düşüncədə olanları sanki stimullaşdırır.

Psixoloq deyir ki, son günlər baş verən intihar hadisələrinin yüksəklikdən özünü atma olması da təsadüfi deyil: "Siz mətbuatı izləsəniz, görərsiniz ki, paytaxtda ard-arda baş verən özünəqəsd hadisələrinin hamısında intihar növü özünü binadan atma olub. Bu da məhz bu növ intihar hadisələrini artırır. Əgər kimsə özünü dənizə atsaydı, biz baş verən intihar hadisələrində intiharın məhz bu növünü görəcəkdik. Ona görə də intiharlar binadan atma formasında davam edir".

Bakıda daha bir intihar - özlərini eyni üsulla öldürdülər>>

E.Rüstəmov intiharın özünü yüksəklikdən atma növünün populyarlaşmasında intihar edən şəxsin videosunun çəkilib yayılmasının da rol oynadığını söyləyir. O ki qaldı pandemiyanın intihar hadisələrinə rəvac verməsi barədə səslənən fikirlərə, psixoloq bu amilin də olduğunu təsdiqləyir:

"Qloballaşan dünyada intihar hadisələri artmaqda davam edir. Burada stress faktoru böyük rol oynayır. Amma postpandemiya dövründə intihar hallarının artacağı ehtimal edilir".

Məlumat üçün qeyd edək ki, yanvar ayının 24-də 30 yaşlı qadın özünü hündürmərtəbəli binadan atıb. Yanvarın 26-da isə Binəqədi rayon sakini 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib. Eyni gündə Xətai rayonu, Xudu Məmmədov 18 ünvanında da gənc oğlan özünü binadan atmaqla canına qıyıb.

117
Teqlər:
narahatlıq, psixologiya, psixi durum, artım, intihar
Ziyarətçilər Benksinin əsərlərinə baxırlar, arxiv şəkli

Benksinin əsərini yandırmaq üçün 95 min dollar ödədilər - VİDEO

4
(Yenilənib 00:33 06.03.2021)
"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub.

BAKI, 6 mart — Sputnik. "Injective Protocol" blokçeyn şirkəti küçə rəssamı Benksinin "Morons" rəsmini yandırmaq və rəqəmsal aktivə çevirmək üçün Nyu-York qalereyasına 95 min ABŞ dolları ödəyərək şəkli satın alıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, rəssamın özünün yaratdığı "Pest Control" agentliyi əsərin həqiqiliyini təsdiqləyib. Canlı yayımlanan yandırılma prosesindən sonra rəsm əsəri dəyişdirilə bilinməyən tokenə (NFT) çevrilib. Qeyd olunur ki, bu, əsl sənət əsərinin virtual aktivə çevrildiyi ilk haldır.

"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub. Bu, çoxlu lot ilə hərracların tətbiqinin başlanğıcı olub.

Daha əvvəl Benksinin qrafitisi olan divarın bir parçasının "altırəqəmli məbləğə" satıldığı bildirilmişdi.

4
Asteroid

Yer kürəsi təhlükədə - beş asteroid birdən yaxınlaşır

191
(Yenilənib 00:52 06.03.2021)
Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

BAKI, 5 mart - Sputnik. Bu gecə Yer kürəsinə sərnişin təyyarəsi ölçüsündə asteroid yaxınlaşacaq. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə NASA JPL Elmi Tədqiqat Mərkəzi bildirib.

Saytdakı hesablamalara əsasən 2021 CF8 asteroidinin Yerdən ən yaxın məsafəsi 4,4 milyon kilometr təşkil edəcək. Göy cisiminin diametri 52 metrə bərabərdir.

Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

Növbəti 3 gündə Yer kürəsinin yaxınlığından növbəti həmçinin daha üç asteroid keçəcək. Onlardan ən böyüyü 2021 EB-dir. Onun diametri 43 metrə malikdir və planetimizdən 2,7 milyon kilometr məsafədə keçəcək.

191