BAKI, 30 yanvar - Sputnik. “Praktika məsələsi pandemiya şəraitindən asılıdır”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.
O bildirib ki, əgər bu şərait davam edərsə, praktika da mümkündür: “Ümid edirəm ki, aprel-may aylarına vəziyyət belə davam edərsə, praktika olacaq. Vəziyyət pisləşərsə, insanların sağlamlığını daha irəli tuturuq”.
Nazir qeyd edib ki, pandemiya dövründə yəqin ki, sertifikasiya olmayacaq: “Sertifikasiyanın keçirilməsi istəyirik və düşünürük. Yaxın 6 ay ərzində bunun olmasını düşünmürük. İlin ikinci yarısı isə situasiyadan asılı olaraq qərar veriləcək”.
BAKI, 3 mart - Sputnik. Rusiya KİV-i Azərbaycan əsilli populyar müğənni Jony-nin (Cahid Hüseynli) məşhur videobloger Dina Sayeva ilə sevgili olduğunu yazır. Sayeva ən çox pul qazanan Tik-Tok vlogerlərindəndir.
Bu qızın sevgilisi, demək olar ki, hər gün ona iri çiçək dəstələri göndərir, o isə bunları sosial şəbəkələrdə paylaşır. Bu günlərdə göndərilən buket, az qala, kol boyda imiş.
Sayeva sevgilisinin adını gizləyir. Ancaq Rusiya KİV-ləri yazır ki, onun sevgilisi Jony-dir. Yeri gəlmişkən, Cahid də bu şayiələri təsdiqləməyə tələsmir.
Dina Sayeva Tacikistandandır. TikTok-un rusdilli seqmentinin ən populyar hesabının sahibidir. 2020-ci ildə Rusiya Forbes-u onu ən çox qazanan tiktokerlərin siyahısında ikinci sırada göstərmişdi.
2020-ci ilin sonunda Sayeva musiqi karyerasına başladı. Debüt mahnısı isə "Səni axtarıram" ("Я ищу тебя") oldu.
Jony dörd yaşı olanda valideynləri ilə Azərbaycandan Moskvaya köçüb. Uşaq vaxtından populyar olmaq istəyib və nəhayət, arzusunu gerçəkləşdirib. Öz dediyinə görə, populyarlaşmasında sosial şəbəkələr böyük rol oynayıb. Bakıda ilk dəfə "Jara-2019" musiqi festivalında çıxış edib.
Müğənni azərbaycanlı ifaçı Elman Zeynalovun təsis etdiyi Raava Music musiqi leyblının artistləri sırasındadır. 2019-cu ildə ВКонтакте-nin versiyasına görə, ilin "Ən qabaqcıl" müğənnisi adını alıb. Onun "Xiyaban" ("Аллея") sinqlı isə 5 qat platin statusu alıb.
BAKI, 3 mart - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusdan peyvənd olunma barədə pasportların tətbiqini ölkələrə hələ ki tövsiyə etmir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə ÜST-ün rusiyadakı nümayəndəsi Melita Vuynoviç RİA Novosti-yə deyib.
"ÜST bildirib ki, hazırda bu cür pasportların (COVID vaksini barədə) tətbiqini məsləhət görmür, amma əlbəttə ki, ölkələr öz yolları ilə gedirlər, hamı çalışır ki, əhalinin daha çox hərəkiliyini təmin eləsin", - Vuynoviç bildirib.
Onun sözlərinə görə, tez və ya gec ÜST belə bir tövsiyə verəcək, üstəlik bu məsələdə ölkələrlə əməkdaşlığa da başlayacaq.
Qeyd edək ki, bu yaxınlarda Avropa Komissiyası İttifaq ölkələrinə gələnlərdən koronavirusdan peyvənd olunma barədə sertifikat (pasport) tələb olunacağını açıqlamışdı. Hazırlıq prosesinin 3 ay ərzində yekunlaşacağı bildirilir.
BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib.
Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur.
Otokar’s new mine resistant ambush protected vehicle COBRA II MRAP
— Otokar (@OtokarAS) March 3, 2021
COBRA II MRAP provides superior protection against ballistic, mine and IED threats while maintaining high cross-country mobility in battlefield conditions with its independent suspension system. pic.twitter.com/swyGDNDElJ
Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir.
Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur.