Polis

Yeniyetmə qıza təcavüz edən polis işdən qovuldu

56
(Yenilənib 16:44 28.01.2021)
Polis nəfəri Mirsahib Kazımzadənin "Palıdlı sahil" otelində ona qarşı seksual xarakterli digər hərəkətlərin edilməsi barədə müraciəti əsasında araşdırma aparılıb.

BAKI, 28 yanvar — Sputnik. Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində yetkinlik yaşına çatmayan Bəsti Cahanovaya (ad şərti olaraq qeyd edilib) qarşı polis nəfəri Mirsahib Kazımzadənin seksual xarakterli hərəkətlər etməsi barədə məlumatlar yayılıb.

Lənkəran rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, 2006-cı il təvəllüdlü Bəsti Cahanovanın müraciəti araşdırılıb:

"Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə polis nəfəri Mirsahib Kazımzadənin 26 avqust 2020-ci il, saat 23 radələrində "Palıdlı sahil" otelində ona qarşı seksual xarakterli digər hərəkətlər etməsi barədə müraciəti əsasında Lənkəran rayon Prokurorluğunda araşdırma aparılıb.

7 dekabr 2020-ci il tarixdə faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb. 30 sentyabr 2020-ci ildə Mirsahib Kazımzadə daxili işlər orqanı əməkdaşının adına ləkə gətirən hərəkətlər etdiyində görə daxili işlər orqanlarında xidmətdən xaric edilib".

Rəsmi məlumata görə, cinayət işi üzrə toplanmış sübutlar əsasında 27 yanvar 2021-ci ildə sabiq polis nəfəri Mirsahib Kazımzadə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə ibtidai istintaqın qısa müddət ərzində tamamlanaraq məhkəməyə göndərilməsi təmin ediləcək.

56
Timsah, arxiv şəkli

Timsah 8 yaşlı qızı uddu - VİDEO

95
"Youtube" şəbəkəsində yayımlanan videoda isə qızın timsahın mədəsindən çıxarılma anı və yaxınlarının göz yaşları öz əksini tapıb.

BAKI, 6 mart — Sputnik. İndoneziyada dəhşətli olay baş verib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İndoneziyanın Borneo adasında timsah 8 yaşlı qızı udub. Bir gün sonra isə qızın cansız bədəni heyvanın mədəsindən çıxarılıb.

Hadisənin necə baş verməsinə gəldikdə isə, atası 8 yaşlı qızının çayda üzərkən timsahın hücumuna məruz qaldığını, ona kömək etmək istədiyini, lakin bir şey edə bilmədiyini deyib. 

"Youtube" şəbəkəsində yayımlanan videoda isə qızın timsahın mədəsindən çıxarılma anı və yaxınlarının göz yaşları öz əksini tapıb.

95
Təhsil Nazirliyi

Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salınıb - SƏBƏB

525
Müvafiq məlumatlar vətəndaşların şəxsi kabinetinə və telefon nömrələrinə göndərilib. İmtahanın keçirilmə vaxtı və yeri barədə yenilənmiş məlumatlar texniki profilaktik işlər yekunlaşdıqdan sonra elan olunacaq

BAKI, 6 mart - Sputnik. 6 mart saat 16:00 tarixində keçirilən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test mərhələsində yaranmış texniki nasazlıqla əlaqədar imtahan dayandırılıb və növbəti tarixə təxirə salınıb.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan tarixdə imtahanda iştirak etmiş hər bir iştirakçı təkrar imtahana cəlb olunacaq və onlara yeni sual variantı təqdim olunacaq.

"Eyni zamanda bildiririk ki, texniki profilaktik işlərin görülməsi ilə əlaqədar 7 mart 2021-ci il tarixində keçirilməsi planlaşdırılan direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahan mərhələsi təxirə salınıb.

Müvafiq məlumatlar vətəndaşların şəxsi kabinetinə və telefon nömrələrinə göndərilib. İmtahanın keçirilmə vaxtı və yeri barədə yenilənmiş məlumatlar texniki profilaktik işlər yekunlaşdıqdan sonra elan olunacaq".

525

Azad edilmiş daha bir kəndimizin hazırkı mənzərəsi belədir - VİDEO

0
Cəbrayıl rayonunun Papı kəndi 2020-ci ilin oktyabrın 21-də əks-hücum əməliyyatı nəticəsində işğaldan azad olunub.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Papı kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

0