Həkim, arxiv şəkli

Şəkidəki uşaq evində həkim varmış, hava: birinin limit bəhanəsi var...

22
(Yenilənib 14:44 28.01.2021)
Şəki Qarışıq Tipli Uşaq Evində Ombudsmanın tapşırığı ilə yoxlama olub. Aşkar edilib ki, müəssisədə havalandırma sistemi işləmir, pediatr  yeri də uzun müddətdir boşdur

BAKI, 28 yanvar — Sputnik. Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Qrupun üzvləri tərəfindən Şəki Şəhər İcra Hakimiyyətinin Şəki Qarışıq Tipli Uşaq Evinə başçəkmə həyata keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Ombudsman Aparatından məlumat verilib.

BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müxtəlif yaş qruplarından olan və müəssisədə yaşayan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarının, uşaqların hüquqlarının təmin edilməsi vəziyyətinin, habelə COVID-19 pandemiyasının yayılmasına qarşı görülən tədbirlərin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində müəssisənin yataq, dərs və asudə vaxtın təşkili üçün nəzərdə tutulmuş otaqlarına, tibb otağına, yeməkxanaya, mətbəxə, ərzaq anbarına baxış keçirilib.

Körpələr evi, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Müəssisədə rəftar məsələlərinin araşdırılması məqsədilə karantin rejimi qaydalarına əməl olunmaqla müəssisə rəhbərliyi, psixoloq və digər əməkdaşlarla, həmçinin uşaqlarla söhbət aparılıb. Burada yaşayan uşaqlar onlarla rəftarla bağlı hər hansı şikayət bildirməyiblər.

Müəssisə rəhbərliyinin bildirdiyinə görə, karantin rejimi dövründə istifadə məqsədilə müəssisə Heydər Əliyev Fondu tərəfindən tibbi spirt, maska və əlcəklə təmin edilib.

Eyni zamanda, pandemiya ilə əlaqədar dərslər onlayn formada keçirildiyindən internetin sürətinin zəif olduğu bildirilib və bunun da tədris prosesində çətinliklər yaratdığı müşahidə edilib.

Başçəkmə zamanı müəssisədə həkim-pediatr ştatının uzun müddət vakant olduğu, ştat sayının kifayət etmədiyi müəyyən olunub.

Müəssisədə havalandırma sisteminin daimi işlədilmədiyi də müəyyən edilib ki, müəssisə rəhbərliyi bunu elektrik enerjisi üçün ayrılmış limitin az olması ilə əlaqələndirib.

Yekunda müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, müvafiq tövsiyələr verilib.

22
Teqlər:
pediatr, baxış, Ombudsman Aparatı, nöqsan, uşaq evi, Şəki
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

8
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

8
A journalist makes a video of the Instagram logo

"Instaqram"da yeni funksiya yaradılır

11
İstifadəçilər “Live Rooms”un yardımı ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə biləcəklər.

BAKI, 1 mart - Sputnik. Instagram sosial şəbəkəsi “Live Rooms” funksiyasını istifadəyə verəcək.

Bu barədə “Report” şirkətin saytına istinadən xəbər verir.

Qeyd edilir ki, yeni proqram dörd nəfərə qədər istifadəçini birbaşa yayıma qoşmağa imkan yaradacaq.

"Bu gün sizə dörd nəfərə qədər istifadəçiyə Instaqramda birbaşa yayım aparmağa imkan verəcək “Live Rooms” funksiyasını təqdim edirik. Əvvəl birbaşa yayımı yalnız bir nəfərlə apara bilirdiniz, amma indi sizə birbaşa yayımınızı "üçqat artırmağa" imkan veririk", - xəbərdə deyilir.

Şirkət həmçinin qeyd edib ki, funksiya daha çox biznes qurmaq və pul qazanmaq imkanları yaradacaq. İstifadəçilər “Live Rooms”un köməyi ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə bilərlər. Bunlar arasında birbaşa yayımda alqı və vəsait yığımı da var.

“Live Rooms” funksiyası yaxın vaxtlarda bütün dünyada mümkün olacaq.

11