CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səhv iqtisadi siyasətin nəticəsi - Gürcüstan naringisi astaralı fermerlərin "evini yıxır"

© Sputnik / Rahim MuradovAstarada naringi saxlama anbarlarında çürüyür
Astarada naringi saxlama anbarlarında çürüyür - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstan naringisinin əksəriyyəti geni modifikasiya edilmiş məhsullar olsa da, Azərbaycan meyvəsi kimi qablaşdırılaraq yerli mal qismində bazarlara çıxarılır, əhaliyə çox ucuz qiymətə satılır.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 27 yanvar — Sputnik. Astara sitrusçularının min zəhmətlə topladıqları naringi saxlanma anbarlarında çürüyür. Çünki təsərrüfat sahibləri öz məhsullarını istədikləri qiymətə sata bilmirlər. Astaralı sahibkarlar Sputnik Azərbaycan-a məhsullarının satışında yaranan problemlər barədə danışıblar.

Təsərrüfatçılar Gürcüstandan gətirilən sitrus meyvələrinin onların məhsullarının satışına böyük əngəl törətdiyini deyirlər. Astaranın Tüləgüvan kənd sakini, sahibkar Samir Əliyevin hazırda 10 ton naringisi anbarda qalıb: "Biz bu sitrus meyvəni böyük əziyyətlə yetişdirmişik. Dərmanları bahadır, çətinliklə alıb yetişdiririk, amma normal qiymətə sata bilmirik. Gürcüstandan naringini gətirilərək ucuz qiymətə satıldığı üçün biz öz malımızı sata bilmirik və meyvələr çürüyür. Biz kəndlilər bununla dolanırıq. Hər 10 gündən bir işçilər gəlib yeşiklərdə çürük naringiləri ayırırlar və bu müddət ərzində 10 ton naringidən 400-500 kiloqram çürük naringini ayırıb atırıq. Bu səbəbdən də malımızı mayasından aşağı qiymətə satmaq məcburiyyətində qalırıq. İndi aidiyyəti qurumlardan xahiş edirik ki, bizim üçün şərait yaratsınlar, öz malımızı sata bilək".

© Sputnik / Rahim MuradovAstarada naringi saxlama anbarlarında çürüyür
Səhv iqtisadi siyasətin nəticəsi - Gürcüstan naringisi astaralı fermerlərin evini yıxır - Sputnik Azərbaycan
Astarada naringi saxlama anbarlarında çürüyür

Digər fermer Ojakəran kənd sakini Vüsal Babayev bu il ona məxsus təsərrüfatdan 50 tona yaxın məhsul götürdüyünü bildirərək qeyd edib: "Hazırda anbarlarda 30 tona yaxın məhsul qalsa da, satışını həyata keçirə bilmirik. Səbəb isə ölkəmizə xaricdən gətirilən sitrus meyvələridir. Onların əksəriyyəti geni modifikasiya edilmiş məhsullar olsa da, bizim meyvələrimiz kimi qablaşdırılaraq yerli mal qismində bazarlara çıxarılır, əhaliyə çox ucuz qiymətə satılır. Bu qiymətə bizim məhsulumuzun satılması bizi qane etmir. Çünki il ərzində bir neçə pestisidlərlə dərmanlama, gübrələmə, digər işlər görürük. Məhsulumuzu satanda isə demək olar ki, öz maya dəyərini ödəmir. Biz maraqlanmışıq ki, xaricdən gətirilən naringi bazarlarda alıcılara 1 manata, 1 manat 20 qəpiyə təklif edilir, özü də yerli naringi kimi satılır. Artıq 2 aydır məhsullarımız dərilib, müəyyən şəraitdə saxlanılıb. Hazırda bu qiymətə satış bizə sərf etmir. Məhsulumuzu yerində heç olmasa, 1 manat 50 qəpiyə satsaq, bizə sərf edər. Biz, sitrus təsərrüfatı ilə məşğul olan sahibkarlar aidiyyəti qurumlardan öz məhsulumuzu normal qiymətə sata bilmək üçün bizə yardım etmələrini istəyirik".

© Sputnik / Rahim Muradov
Vüsal Babayev - Sputnik Azərbaycan
1/4
© Sputnik / Rahim Muradov
Astarada naringi saxlama anbarlarında çürüyür - Sputnik Azərbaycan
2/4
© Sputnik / Rahim Muradov
Tural Hidayətov - Sputnik Azərbaycan
3/4
© Sputnik / Rahim Muradov
Samir Əliyev - Sputnik Azərbaycan
4/4
1/4
2/4
3/4
4/4

Astaralı təsərrüfat sahibləri, ərazidə sitrus təsərrüfatı ilə məşğul olanların demək olar ki, hamısı eyni problemlə üzləşiblər. Tüləgüvan kəndinin digər sakini Tural Hidayətovun təsərrüfatında 1500-ə yaxın məhsul verən ağac var və əsasən 2 növ naringi əkilib. "Karlik tezyetişən" və "Yerli" naringi növünü yetişdiririk. Bu il 10 tona yaxın "Karlik tezyetişən" naringi növü əldə etdik və bu növ naringini oktyabrdan ən geci dekabr ayına qədər satmaq olur. "Yerli" naringi növü isə noyabrın əvvəllərindən sonuna qədər yığılır və bu il 30-35 ton arası yerli naringi topladıq. Tələbatı ödəmək üçün məhsulun müəyyən hissəsini aşağı qiymətə satmaq məcburiyyətində qaldıq, hazırda isə anbarımızda 20 tona yaxın məhsul var. Bizim məhsulumuzun əsas satışı hər il dekabr ayından sonra olurdu. Lakin bu il əksinə, yeni ildən sonra qiymətlərdə dayanma oldu. Bazarlarda alıcıqılıq qabiliyyəti aşağı düşdü. Müştərilər isə gəlib çox aşağı qiymət təklif edirlər".

© Sputnik / Rahim MuradovAstarada naringi saxlama anbarlarında çürüyür
Səhv iqtisadi siyasətin nəticəsi - Gürcüstan naringisi astaralı fermerlərin evini yıxır - Sputnik Azərbaycan
Astarada naringi saxlama anbarlarında çürüyür

Tural Hidayətovun sözlərinə görə, problem qonşu Gürcüstandan aşağı qiymətə sitrus meyvələrinin idxal olunmasıdır: "Biz paytaxt bazarlarında qiymətlərlə maraqlandıq və gürcü mallarının topdan satış qiymətinin 1 manat, 1 manat 10 qəpik təşkil etdiyini öyrəndik. Bizə gələn müştərilər də naringinin yerində topdan alışı üçün 1 kiloqramına 80-90 qəpik, ən yaxşı halda 1 manat təklif edirlər. Amma bu il meyvə ağaclarına verdiyimiz üzvi və ya minaral gübrələrin qiymətlərində artım olub. Ötən il biz 200 ağac üçün bir maşın peyini 130-140 manata alırdıqsa, bu il artıq bizə 200 manata təklif olunur. Ötən il bir kisə gübrə üçün 18-19 manat ödəyirdiksə, bu il o, 29-30 manata satılır. Qiymət artımı kəndlinin məhsulunu satmasında çətinlik yaradıb. İndi biz məhsulumuzu yerində 1 manat 50 qəpik və ya 2 manata sata bilsək, qoyulan xərci çıxarıb bir qədər qazanc götürə bilərik. Bu günə kimi topladığımız məhsullardan 5-6 tonu xarab olub. Çünki həm havalar isti keçir, həm də gələn müştərilər alış üçün aşağı qiymət təklif edirlər deyə məhsul qaldıqca çürüyür. Yəni bu günə ümumi xərcləri hesablasaq, mənə 10 min manata yaxın ziyan dəyib".

© Sputnik / Rahim MuradovAstarada naringi saxlama anbarlarında çürüyür
Səhv iqtisadi siyasətin nəticəsi - Gürcüstan naringisi astaralı fermerlərin evini yıxır - Sputnik Azərbaycan
Astarada naringi saxlama anbarlarında çürüyür

Görünən odur ki, Astara sitrusçularına məhsullarını satmaq üçün vaxtında yardım olunsa, həm alıcılar daha çox yerli naringi əldə edərlər, həm də təsərrüfat sahibləri ziyandan qurtulmuş olarlar.

Xəbər lenti
0