Məmur, arxiv şəkli

Dövlət qulluğunda rəhbər vəzifə tutmaq üçün tövsiyələr

16
(Yenilənib 16:23 25.01.2021)
Namizədlərin qeydiyyatdan keçməmişdən əvvəl vəzifə qrupunu düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün tövsiyələr hazırlanıb

BAKI, 25 yanvar — Sputnik. Dövlət qulluğunda inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin mart ayında keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat elan edilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatda deyilir.

DİM tərəfindən 7 mart 2021-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin A və B növünə aid olan AA, AB, AC (rəhbər vəzifələr) və BA, BB qruplarına uyğun olan vəzifələr üzrə Bakı və Gəncə şəhərlərində test imtahanları keçiriləcək.

A növünə aid olan imtahan yalnız Bakı şəhərində kompüter, B növünə aid olan imtahan isə Bakı və Gəncə şəhərlərində kağız daşıyıcılar vasitəsilə aparılacaq.

A növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat 5 mart saat 12:00-dək aparılacaq. Bu imtahan DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahanda iştirak üçün 125 yer ayrılıb.

B növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat 24 fevral saat 12:00-dək aparılacaq. Bakı şəhərində keçiriləcək imtahanda iştirak üçün 2000 yer, Gəncə şəhərində keçiriləcək imtahan üçün isə 500 yer ayrılıb.

İmtahanların başlanma saatı və yeri barədə məlumat  imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək "İmtahana buraxılış vərəqəsi"ndə qeyd olunacaq.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Yasamal rayounu, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub - olmadığını "Elektron hökumət" portalından DİM-in "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə öyrənə bilərlər.

Qeydiyyatdan keçən namizədlərin e-kabinetdə qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına qeydiyyatdan keçmək barədə “Bildiriş”, “Namizədin yaddaş kitabçası” göndərilir. DİM-lə yazışmaların operativliyinin təmin edilməsi üçün namizədin özünə məxsus elektron poçtdan istifadə etməsi tövsiyə olunur. Qeydiyyatdan keçmək barədə bildiriş gəlmədiyi halda “Spam” qovluğunu yoxlamaq, həmin qovluqda bildiriş olmadıqda DİM-in 1653 “Çağrı mərkəzi”nə zəng edib bu barədə məlumat vermək lazımdır.

Namizədlərin qeydiyyatdan keçməmişdən əvvəl vəzifə qrupunu düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün aşağıdakılardan istifadə etmələri tövsiyə olunur:

Test imtahanında yoxlanılacaq bilik sahələri və hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları;

Test imtahanı proqramları;

“Namizədin yaddaş kitabçası” - kağız daşıyıcılar vasitəsilə keçirilən test imtahanları üçün;

“Namizədin yaddaş kitabçası” - kompüter vasitəsilə keçirilən test imtahanları üçün.

Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün imtahan nəticələri elan olunduqdan 10 iş günü müddətində DİM-in portalında müraciət formasını doldurur. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

•       ali təhsil haqqında sənədin surəti;

•       əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

16
Teqlər:
məmur, dövlət qurumu, DİM, imtahan
Netflix şirkətinin loqosu, arxiv şəkli

Çağatay Ulusoyun "Netflix"dəki filmindən ilk treyler - VİDEO

9
(Yenilənib 23:01 02.03.2021)
Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

BAKI, 2 mart — Sputnik. Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolu oynadığı növbəti "Netflix" filmi "Kağıttan hayaller"in ilk treyleri yayımlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, 12 martda yayımlanacaq ekran işi 190-dan çox ölkədə, 204 milyondan çox istifadəçiyə göstəriləcək.

Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

9
Formula-1 üzrə Azərbaycan Qran-prisi, arxiv şəkli

Ciddi məhdudiyyət: Bakıda "Formula-1"də azarkeşlər yerli TV olmayacaq

5
(Yenilənib 22:58 02.03.2021)
Azərbaycan Qran-prisinin təşkilatçıları bu il paytaxtımızda "kral yarışları"nın necə keçiriləcəyindən danışıblar.

BAKI, 2 mart — Sputnik, Teymur Tuşiyev. "Formula 1"in Azərbaycan Qran-prisinin reqlamentində bir sıra dəyişikliklər baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baku City Circuit (BCC) əməliyyat şirkətinin brifinqində məlumat verilib.

"Formula 1" Azərbaycan Qran-prisi bu ilin 4-6 iyun tarixlərində Bakı küçələrində təşkil olunacaq. Keçən il yarış koronavirus pandemiyası səbəbindən baş tutmamışdı. Epidemiya əleyhinə tədbirlərlə əlaqədar olaraq, yarışın Bakı mərhələsi tamaşaçısız keçiriləcək, buna görə stendlərin və əyləncə zonasının inşası nəzərdə tutulmur və konsertlər də təxirə salınır. Bundan başqa, həftəsonları mükafatlandırma mərasimləri sadələşdirilmiş formada, yarış iştirakçıları üçün mətbuat konfransları isə onlayn keçiriləcək.

Azərbaycan Qran-prisinin təşkilatçıları azarkeşlər olmasa da yarışın Bakıda keçirilməsinin vacibliyini vurğulayıblar.

"Bu qədər ciddi məhdudiyyətləri nəzərə alsaq, ortaya belə bir sual çıxa bilər: bu şəraitdə yarışı keçirməyin nə mənası var? Bildiyiniz kimi, "Formula 1" yarışları ölkənin turizm potensialını nümayiş etdirir, buna görə də onun keçirilməsi böyük əhəmiyyət daşıyır ", – deyə BCC-dən bildirilib.

Yeri gəlmişkən, BCC-nin Azərbaycan Qran-prisini keçirməkdən imtina etməməsinin daha bir səbəbi əks halda təşkilatçıların cərimə ödəməli olmasıdır. Cərimənin məbləği isə açıqlanmayıb.

Məhdudiyyətlər KİV nümayəndələrindən də yan keçməyib. Sosial məsafəyə riayət olunması qaydalarına görə, mətbuat mərkəzində jurnalistlər üçün yerlərin sayının 400-dən 150-yə endirilməsi nəzərdə tutulub. Həmin yerlər xarici və yerli jurnalistlər arasında bərabər şəkildə bölünəcək. Bununla belə, yerli telekanallar və radiolar Azərbaycan Qran-prisi üçün akkreditasiya əldə edə bilməyəcəklər.

Təşkilatçılar treklərin hazırlanması ilə bağlı əsas işlərin bu ilin may ayında yerinə yetiriləcəyi, bununla əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını də bildiriblər.

Eyni zamanda, qeyd ediblər ki, könüllülərdən müraciətlərin qəbulu artıq başa çatıb. Bu prosesə start veriləndən sonrakı 60 saat ərzində könüllülərdən təxminən yeddi min ərizə daxil olub. Marşallardan da ərizə qəbulu yekunlaşıb.

Qeyd edək ki, bu il marşalların sayı 150 nəfər artırılacaq.

5
Teqlər:
Formula-1 yarışı, Formula 1
Erməni pasportu

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

186
(Yenilənib 00:01 03.03.2021)
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

186