Bədən tərbiyəsi dərsi, arxiv şəkli

Bir fənnin əyani tədrisi dayandırılır

26
(Yenilənib 13:40 22.01.2021)
Emin Əmrullayev əlavə edib ki, valideynlər uşaqlarını məktəblərə göndərməkdən ehtiyat edirlərsə, teledərslərdən faydalana bilərlər

BAKI, 22 yanvar — Sputnik. "Tövsiyəmiz ondan ibarətdir ki, fiziki tərbiyə dərslərinin keçirilməsində fiziki təmasların çoxluğu nəzərə alınaraq bu dərslərin əyani keçirilməsi dayandırılsın".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Təhsil Nazirliyinin Təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib. Onun sözlərinə görə, yoluxma ehtimalına görə fiziki tərbiyə dərslərinin əyani formada keçirilməsi müvəqqəti dayandırılır.

V.Yaqublu məktəblərdə mərhələli təhsilə başlanıldıqdan sonra virtual dərslərin davam etdirilməsi və teledərslərin keçirilməsi məsələsinə də toxunub. O bildirib ki, övladını əyani təhsilə göndərməyən valideynlər uşaqların teledərsləri izləməsini təmin etməlidirlər: "Qeyd edim ki, əgər valideynlər fevralın 1-dən övladlarını məktəbə əyani təhsilə göndərməyəcəklərsə, bu zaman onların təhsili ilə bağlı məsuliyyəti də öz üzərlərinə götürürlər".

Təhsil naziri Emin Əmrullayev isə əlavə edib ki, valideynlər uşaqlarını məktəblərə göndərməkdən ehtiyat edirlərsə, teledərslərdən faydalana bilərlər. Nazir təhsil ilinin sonuna kimi teledərslərin davam etdiriləcəyini bildirib.

26
Teqlər:
əyani, dərs, məktəb
Нож в руке мужчины, фото из архива

Qazax sakini həmkəndlisi tərəfindən bıçaqlandı

11
(Yenilənib 00:00 12.04.2021)
37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

BAKI, 11 aprel - Sputnik. Qazaxda bıçaqlanma hadisəsi baş verib.

APA bildirir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Zaur Seyfəddin oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilib.

Məlumata əsasən, 37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

11
Şüşə qırıntısı, arxiv şəkli

Ağstafada avtomobillər toqquşdu, xəsarət alan var

5
(Yenilənib 23:16 11.04.2021)
Ağstafa rayonunun Kolayı kənd sakini, 1993-cü il təvəllüdlü Mirzəağa Qələndərli müxtəlif xəsarətlər alıb.

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına əsasən, Ağstafa şəhər ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində rayonun Kolayı kənd sakini, 1993-cü il təvəllüdlü Mirzəağa Qələndərli müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qəzanın başvermə səbəbləri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

5