Şəkidə 20 yanvar faciəsinin 31-ci il dönümü

Qürur dərd: "Şəhidlər arasında adı olub, özü olmayan mənim qardaşımdır" - FOTO

19
(Yenilənib 18:25 20.01.2021)
"Şəhidlər arasında adı var, amma özü yoxdur. Şuşa uğrunda gedən döyüşlərdə itkin düşüb. Buraya tez-tez gəlirəm. Buraya gələndə təsəlli tapıram".

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 20 yanvar  - Sputnik. 20 Yanvar faciəsinin qurbanları Şəkidə də böyük ehtiramla yad edilibər. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, səhər saatlarından rayon sakinləri pandemiya qaydalalarını qorumaqla Şəhidlər xiyabanını ziyarət ediblər. Sakinlər əvvəlki illərdən fərqli olaraq bu il şəhid məzarlarını başıuca və alnıaçıq ziyarət etdiklərini bildiriblər. Buna səbəb kimi isə 44 günlük müharibədə şəhidlərimizin qisasının alınmasını göstərirlər.

Rayon sakini Arifə Rəfiyeva Sputnik Azərbaycan-a bildirib ki, hər il Şəhidlər xiyabanını ziyarət edir: “Burada uyuyanlar bizim müstəqilliyimiz üçün canlarından keçiblər. Şəxsən mən hər il həyat yoldaşımla birgə buraaya gəlirəm. Şəhidləri yad etmək bütün vətəndaşların borcudur”.

  • Şəkidə 20 yanvar faciəsinin 31-ci il dönümü
    © Sputnik / Ibrahim Hashimov
  • Şəkidə 20 yanvar faciəsinin 31-ci il dönümü
    © Sputnik / Ibrahim Hashimov
  • Şəkidə 20 yanvar faciəsinin 31-ci il dönümü
    © Sputnik / Ibrahim Hashimov
  • Şəkidə 20 yanvar faciəsinin 31-ci il dönümü
    © Sputnik / Ibrahim Hashimov
1 / 4
© Sputnik / Ibrahim Hashimov
Şəkidə 20 yanvar faciəsinin 31-ci il dönümü

Qardaşı Birinci Qarabağ müharibəsində itkin düşən Lətafət Cabbarova isə hər il olduğu kimi bu gün də nəvələri ilə birlikdə Şəhidlər xiyabanına gəlib. O da buraya üz tutduqda xeyli təsəlli tapdığını deyir: “Buradakı şəhidlərin arasında adı olub, özü olmayan Etibar Səmədov mənim qardaşımdır. Şuşa uğrunda gedən döyüşlərdə itkin düşüb. Buraya tez-tez gəlirəm. Buraya gələndə təsəlli tapıram. Həmçinin, yeni salınmış şəhidliyə də tez-tez baş çəkirəm”.

Havanın qeyri-sabit, şaxtalı və çovğunlu olması da sakinlərin Şəhidlər xiyabanını ziyarət etməsinə mane ola bilməyib. Rayon sakini Bəhram Nurəhmədoğlu da yağıntılı havada şəhidlərin uyuduğu bu yerə ziyarətə gələnlərdəndir: “Buradakı şəhidlər müstəqilliyimiz, azadlığımız üçün canlarından keçiblər. Onları daim yad eləmək hamımızın borcudur. Buna istər yağış, istər qar, istərsə də hər hansı vasitə mane ola bilməz. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Hazırda da Şəhidlər xiyabanına axın davam edir.

19
Teqlər:
Şəhidlər Xiyabanı, Şəki, 20 Yanvar
Netflix şirkətinin loqosu, arxiv şəkli

Çağatay Ulusoyun "Netflix"dəki filmindən ilk treyler - VİDEO

9
(Yenilənib 23:01 02.03.2021)
Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

BAKI, 2 mart — Sputnik. Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolu oynadığı növbəti "Netflix" filmi "Kağıttan hayaller"in ilk treyleri yayımlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, 12 martda yayımlanacaq ekran işi 190-dan çox ölkədə, 204 milyondan çox istifadəçiyə göstəriləcək.

Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

9
Formula-1 üzrə Azərbaycan Qran-prisi, arxiv şəkli

Ciddi məhdudiyyət: Bakıda "Formula-1"də azarkeşlər yerli TV olmayacaq

5
(Yenilənib 22:58 02.03.2021)
Azərbaycan Qran-prisinin təşkilatçıları bu il paytaxtımızda "kral yarışları"nın necə keçiriləcəyindən danışıblar.

BAKI, 2 mart — Sputnik, Teymur Tuşiyev. "Formula 1"in Azərbaycan Qran-prisinin reqlamentində bir sıra dəyişikliklər baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baku City Circuit (BCC) əməliyyat şirkətinin brifinqində məlumat verilib.

"Formula 1" Azərbaycan Qran-prisi bu ilin 4-6 iyun tarixlərində Bakı küçələrində təşkil olunacaq. Keçən il yarış koronavirus pandemiyası səbəbindən baş tutmamışdı. Epidemiya əleyhinə tədbirlərlə əlaqədar olaraq, yarışın Bakı mərhələsi tamaşaçısız keçiriləcək, buna görə stendlərin və əyləncə zonasının inşası nəzərdə tutulmur və konsertlər də təxirə salınır. Bundan başqa, həftəsonları mükafatlandırma mərasimləri sadələşdirilmiş formada, yarış iştirakçıları üçün mətbuat konfransları isə onlayn keçiriləcək.

Azərbaycan Qran-prisinin təşkilatçıları azarkeşlər olmasa da yarışın Bakıda keçirilməsinin vacibliyini vurğulayıblar.

"Bu qədər ciddi məhdudiyyətləri nəzərə alsaq, ortaya belə bir sual çıxa bilər: bu şəraitdə yarışı keçirməyin nə mənası var? Bildiyiniz kimi, "Formula 1" yarışları ölkənin turizm potensialını nümayiş etdirir, buna görə də onun keçirilməsi böyük əhəmiyyət daşıyır ", – deyə BCC-dən bildirilib.

Yeri gəlmişkən, BCC-nin Azərbaycan Qran-prisini keçirməkdən imtina etməməsinin daha bir səbəbi əks halda təşkilatçıların cərimə ödəməli olmasıdır. Cərimənin məbləği isə açıqlanmayıb.

Məhdudiyyətlər KİV nümayəndələrindən də yan keçməyib. Sosial məsafəyə riayət olunması qaydalarına görə, mətbuat mərkəzində jurnalistlər üçün yerlərin sayının 400-dən 150-yə endirilməsi nəzərdə tutulub. Həmin yerlər xarici və yerli jurnalistlər arasında bərabər şəkildə bölünəcək. Bununla belə, yerli telekanallar və radiolar Azərbaycan Qran-prisi üçün akkreditasiya əldə edə bilməyəcəklər.

Təşkilatçılar treklərin hazırlanması ilə bağlı əsas işlərin bu ilin may ayında yerinə yetiriləcəyi, bununla əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını də bildiriblər.

Eyni zamanda, qeyd ediblər ki, könüllülərdən müraciətlərin qəbulu artıq başa çatıb. Bu prosesə start veriləndən sonrakı 60 saat ərzində könüllülərdən təxminən yeddi min ərizə daxil olub. Marşallardan da ərizə qəbulu yekunlaşıb.

Qeyd edək ki, bu il marşalların sayı 150 nəfər artırılacaq.

5
Teqlər:
Formula-1 yarışı, Formula 1
Erməni pasportu

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

186
(Yenilənib 00:01 03.03.2021)
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

186