“Zəfər yolu”nun tikintisi

"Zəfər yolu" sentyabr ayınadək asfaltlanaraq istifadəyə veriləcək - FOTO

31
(Yenilənib 15:23 19.01.2021)
Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir.

BAKI, 19 yanvar — Sputnik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun Qarabağın tacı olan Şuşamızı düşməndən azad etmək üçün min bir əziyyətlə açdığı yolun, dövlət başçısının tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilərək II texniki dərəcəyə uyğun inşası davam etdirilir.

Sputnik Azərbaycan agentliyin məlumatına istinadla xəbər verir ki, sözügedən yol həm də şəhidlərimizin qanı ilə yazdığı şanlı tarixin şahididir. Müzəffər Ordumuz məhz həmin yolla Şuşa şəhərinə daxil olduğundan bu yolun həm də rəmzi mənası, mənəvi önəmi var. Məhz bu səbəbdən Prezident İlham Əliyev Şuşaya səfəri zamanı 101.5 km uzunluğa malik bu yolu "Zəfər Yolu" adlandırıb.

© Azerbaijan Highway State Agency
“Zəfər yolu”nun tikintisi

Dövlət başçısının tapşırığına əsasən, "Zəfər yolu" boyunca tikinti işlərinin birinci mərhələsi yekunlaşdırılıb. Cəmi 2 ay ərzində sözügedən yol genişləndirilib, yeni torpaq yatağı inşa edilib. Artıq "Zəfər yolu" ilə rahat gediş-gəliş təmin olunub. Bu ilin sentyabr ayınadək isə yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi nəzərdə tutulur.

Buna paralel olaraq dövlət başçısının Füzuli rayonuna sonuncu səfəri zamanı təməli qoyulan, Füzuli şəhərindən başlayaraq Şuşa şəhərinə qədər uzanan və yeni trassa üzrə hazırlanmış layihə əsasında I texniki dərəcəli magistral avtomobil yolunun tikintisinə də start verilib.

Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu qısalaraq 84.6 km təşkil edəcək. İlkin hesablamalara əsasən, inşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 km olacaq. Bundan başqa yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.

  • “Zəfər yolu”nun tikintisi
    © Azerbaijan Highway State Agency
  • “Zəfər yolu”nun tikintisi
    © Azerbaijan Highway State Agency
  • “Zəfər yolu”nun tikintisi
    © Azerbaijan Highway State Agency
1 / 3
© Azerbaijan Highway State Agency
“Zəfər yolu”nun tikintisi

Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir. Yolun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.

Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. 2 hərəkət zolaqlı olacaq İsa Bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək.

© Azerbaijan Highway State Agency
“Zəfər yolu”nun tikintisi

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu layihənin icrası 2022-ci il ərzində tamamlanacaq.

Qeyd edək ki, Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilir.

31
Teqlər:
Şuşa, yol
Bakı məktəblərində əyani tədris prosesinin başlanması, 1 fevral 2021-ci il

Nazirdən məktəbəqədər təhsillə bağlı paylaşım

0
(Yenilənib 17:45 20.04.2021)
Layihə çərçivəsində valideynləri övladlarının 5 yaşına qədərki dövrünə dair müxtəlif mövzularda maarifləndirmək üçün ilk 5 il platforması yaradılıb.

BAKI, 20 aprel — Sputnik. Məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə hazırda ölkəmizin 50 şəhər və rayonunda 466 mərkəzdə 9373 uşağı əhatə edən 500 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə təhsil naziri Emin Əmrullayev "Facebook" hesabında məlumat verib.

Xəbərdə qeyd edilir ki, bu icma əsaslı qruplarda ümumilikdə 486 nəfər müəllim çalışır. Layihə çərçivəsində valideynləri övladlarının 5 yaşına qədərki dövrünə dair müxtəlif mövzularda maarifləndirmək üçün ilk 5 il platforması yaradılıb. Layihə Heydər Əliyev Fondu, Avropa İttifaqı və UNİCEF-in dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

0
Teqlər:
paylaşım, nazir, məktəbəqədər təhsil
Azərbaycanlı hərbçilər, arxiv şəkli

İtkin düşmüş hərbçilərimizin sayı açıqlandı - RƏSMİ

5
2020-ci il noyabrın 10-da atəşkəs elan olunduqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 386 nəfər hərbi qulluqçusunun itkin düşdüyü müəyyən olunmuşdu.

BAKI, 20 aprel — Sputnik. "İtkin düşmüş 24 nəfər hərbi qulluqçunun olduqları yerlərin müəyyən olunması məqsədilə axtarış qrupları tərəfindən hazırda Tərtər, Füzuli, Cəbrayıl, Xocavənd və Xocalı rayonlarının ərazilərində, həmçinin Şuşa şəhəri ətrafında müvafiq axtarış işləri aparılır". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Respublika Hərbi Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, Murov dağı silsiləsində isə əlverişli təbii şərait imkan verənədək axtarışlar təxirə salınıb.

"O cümlədən həmin hərbi qulluqçularımızın əsir götürülmələri və yaxud meyitlərinin qarşı tərəfdə olmaları ehtimalları ətrafında da istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir və nəticəsi barədə ictimaiyyətə vaxtaşırı məlumat veriləcək", - məlumatda qeyd olunub.

Məlumata görə, 2020-ci il noyabrın 10-da atəşkəs elan olunduqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 386 nəfər hərbi qulluqçusunun itkin düşdüyü müəyyən olunub, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.

Ötən dövr ərzində şahidlərin dindirilməsi və ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş 362 nəfər hərbi qulluqçumuzun meyitlərinin olduğu ərazilər və basdırıldığı yerlər müəyyənləşib, şəhidlərimizin meyitləri ərazilərdən götürülərək, o cümlədən basdırıldıqları yerlərdən çıxarılaraq müayinə olunub və şəxsiyyətləri müəyyən edilərək yaxınlarına təhvil verilib.

5
Teqlər:
Hərbi Prokurorluq, say, itkin düşmə, hərbçilər, Azərbaycan Ordusu