Kəlbəcər, arxiv şəkli

Turizm sənayesi bərpa dövrünə hazırlaşır - hamının gözü Qarabağa zillənib

25
(Yenilənib 17:53 15.01.2021)
Cənab Prezidentin vurğuladığı kimi, Qarabağ bölgəsinin çox zəngin turizm potensialı var. Bu potensial imkan verir ki, biz oranı Azərbaycanın əsas turizm zonalarından birinə çevirək

BAKI, 15 yanvar — Sputnik. Turizm azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələrindən biri olacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev yanvarın 15-də keçirilən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) 2020-ci ildə görülən işlərlə bağlı yekun hesabat tədbirində çıxış edərkən bildirib. Fuad Nağıyev turizm sənayesinin il ərzində çətin dövrdən keçdiyini bildirib. O qeyd edib ki, ilin sonunda Ali Baş Komandanın rəhbərliyi, Şanlı Ordumuzun qələbəsi ilə torpaqlarımızın azad edilməsi hər kəsə çətinlikləri unutdurub.

"Bildiyiniz kimi, cənab Prezident son çıxışında azad olunmuş torpaqlarda əsas fəaliyyət sahələri kimi kənd təsərrüfatı və turizm sahəsini qeyd etdi. Cənab Prezidentin vurğuladığı kimi, Qarabağ bölgəsinin çox zəngin turizm potensialı var. Bu potensial imkan verir ki, biz oranı Azərbaycanın əsas turizm zonalarından birinə çevirək", - deyə Fuad Nağıyev bildirib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov öz çıxışında işğaldan azad edilmiş torpaqlarımızda kiçik və orta biznesin və turizm sektorunun inkişafı üçün geniş imkanların mövcud olduğunu, KOBİA olaraq bu ərazilərə yerli və xarici investisiyaların cəlb edilməsi, əlaqələndirilməsinin həyata keçirilməsinə, zəruri dəstəyin verilməsinə və birgə əməkdaşlığa hazır olduqlarını bildirib.

"Qarabağın turizm sektorunun inkişafı üçün birgə çalışmalıyıq. Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosunun dəstəyi ilə Qarabağı turizm destinasiyası kimi təşviq etmək çox vacibdir. Həmin ərazilərdə turizmin dirçəldilməsi üçün ATAA tərəfindən yeni biznes imkanlarının araşdırılması, təkliflərin verilməsi və sahibkarların bu işlərə cəlb edilməsi öz töhfəsini verəcək", - deyə Orxan Məmmədov əlavə edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli turizmin həm postpandemiya, həm də müharibədən sonrakı dövrdə iqtisadiyyatın qeyri-neft sektorunun vacib sahəsi olacağını deyib. O, yeni "Turizm haqqında Qanun"a baxılmasının sürətləndirilməsinin önəmini qeyd edib və yeni qanunun Milli Məclisin 2021-ci ilin yaz sessiyasında müzakirəyə çıxarılacağı haqqında məlumat verib.

Tədbirdə iştirak edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid turizm sənayesini post-pandemiya dövrünə hazırlamaq üçün həyata keçirilən tədbirlər haqqında danışıb. F.Zenqstşmid, həmçinin Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizdə gəlmə turizmi ilə məşğul olan şirkətlərin postpandemiya dövründə fəaliyyətlərinə dəstək olmaq, həmçinin bu sahədə innovativ və rəqəmsal yanaşmanı inkişaf etdirmək məqsədilə həyata keçirilən rəqəmsallaşdırma proqramının prioritet olduğunu və 2021-ci ildə həyata keçiriləcəyini bildirib.

"Ümid edirik ki, vaksinləşmənin qlobal olaraq başlaması ilə sərhədlər tezliklə açılacaq. O vaxta qədər 2021-ci ildə əsas diqqətimiz daxili turizm və Qarabağın turizm potensialının inkişaf etdirilməsinə yönələcək. Biz ümid edirik ki, mərhələli şəkildə beynəlxalq səyahətlər yenidən başlayacaq, biz isə yerli sənaye tərəfdaşlarımızın yenidən beynəlxalq platformalarda iştirak edərək Azərbaycanı xaricdə təbliğ etməsi işinə dəstək verəcəyik. Çünki biz ancaq birlikdə gözəl ölkəmizi dünya səyahətçilərinin birinci sırada olan seçimlərindən edə biləcəyik", - deyə Florian Zenqstşmid bildirib.

Görüşdə ATAA-nın İdarə Heyətinin sədri Rüfət Hacıyev qeyd edib ki, sənayenin bərpası üçün dövlət tərəfindən dəstək mexanizmlərinin davam etdirilməsi, eləcə də maliyyə resurslarına çıxış imkanlarının asanlaşdırılması, subsidiyalar, aşağı faizli kreditlər, vergi güzəştlərinə şərait yaradılması əsas məqamlardan biridir.

O, ölkəyə turistlərin cəlb edilməsi üçün sərnişindaşıma vasitələrinin əlçatanlığının və sərhədkeçmə prosedurlarının asanlaşdırılmasının və bununla bağlı bir sıra institusional məsələlərin həllinin vacibliyini vurğulayıb.

"2021-ci il Azərbaycan turizmində yeni bir təkan olacaq. Bu, turizmin inkişafında həm gəlmə, həm də getmə turizmində böyük bir mərhələnin yaşanmasına imkan verəcək. İlk növbədə azad olnun Qarabağımızda turizmin böyük bir sürətlə inkişafına inanırıq və bütün dünyadan turistləri qarşılamağa hazırıq", - deyə Rüfət Hacıyev qeyd edib.

25
Teqlər:
turizm, Qarabağ
Oğlan, arxiv şəkli

Daha bir telefon mağazasından oğurluq olub

9
Yasamal ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb.

BAKI, 4 mart — Sputnik. Yasamalda telefon mağazasından 10.000 manat dəyərində mobil telefon, moped və 2 ədəd motosiklet oğurlayan şəxslər saxlanılıblar. Bu bardəə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılmış tədbirlərlə onun paytaxt sakini Kamil Xasıyevlə birgə Bakı şəhər sakini olan 1 nəfərin mopedini, 2 şəxsin isə “Yamaha” və “Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılaraq istintaq təqdim edilib.

Faktla bağlı 27-ci Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. 

9
Koronavirusa qarşı peyvənd Pfizer-BioNTech, arxiv şəkli

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ÜST-ə etirazını bildirdi

160
Agentlik: Azərbaycanın “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməməsi aydın deyil

BAKI, 4 mart - Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) Azərbaycanın COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməməsi barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qeydi ilə razı deyil.

Agentlikdən bildirilib ki, ÜST tərəfindən verilən məlumatda 29 yanvar tarixinədək COVID-19 peyvənd proqramına başlamış iştirakçı ölkələr “Pfizer-BioNTech” peyvəndinin birinci müstəsna paylanma mərhələsinə daxil edilmədiyi qeyd olunub:

“Bu əsaslandırma aydın deyil və bununla bağlı müddəalar heç bir hüquqi sənəddə və rəsmi yazışmalarda öz əksini tapmayıb. Azərbaycan ÜST-ün tövsiyələrini nəzərə alaraq vaksinasiya strategiyasını təsdiqləyib və vaksinlərin qəbulu üçün bütün texniki tələbləri yerinə yetirib.

Ötən il yaradılmış COVAX platformasının “SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri də məhz Azərbaycan Respublikasıdır”.

Məlumatda qeyd olunub ki, Azərbaycan vaksinlərin dünya ölkələri arasında ədalətlilik və həmrəylik prinsipləri ilə bölgüsünün tərəfdarıdır:

“Təəssüflə qeyd etmək istərdik ki, təcrübədə bunun əksini görürük.

Bir daha vurğulayırıq ki, Azərbaycan ilk gündən ÜST-ün tövsiyələrinə uyğun fəaliyyət göstərməklə yanaşı, COVID-19-la mübarizə çərçivəsində həyata keçirilən əməkdaşlıqlara öz töhfəsini vermişdir və vətəndaşlarının sağlamlığı üçün qarşıya qoyulmuş bütün öhdəlikləri yerinə yetirməyə bu gün də davam edir”.

Bildirilib ki, COVAX-la yazışmalarda Azərbaycanın bu vaksinləri infrastruktur baxımından qəbul etməyə tam hazır olduğu bildirilib:

“Bu gün COVAX layihəsi faktiki olaraq öz öhdəliklərini yerinə yetirə bilmir. Vaksinlərin düzgün paylaşdırılmasında ədalətsiz yanaşma birbaşa bu layihənin icrasında ciddi problemlərin olmasından xəbər verir.  Hesab edirik ki, COVAX layihəsi çərçivəsində bu proses nəzarətdə saxlanılmalı və istehsalçı şirkətlər qarşısında konkret tələblər qoyulmalıdır. 

Agentlik mövqeyini COVAX-a göndərilən rəsmi məktubda bildirib və təşəbbüskar qurumları qərara yenidən baxmağa çağırıb”.

160