Səbaildə yataqxana, arxiv şəkli

Yerlilər məcburi köçkünlərdən çox sevinirlər: tezliklə bir problem aradan qalxır

119
(Yenilənib 20:02 14.01.2021)
İndi məcburi köçkünlərin öz yurdlarına dönəcəyi günü onlarla yanaşı, paytaxtın yerli sakinləri də səbirsizliklə gözləyirlər. Və burada söhbət "el elə sığar, ev evə sığmaz" məsəlindən gedir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Torpaqlarımızın erməni işğalından azad olunması sevinc hissləri ilə yanaşı, illərlə həllini tapa bilməyən müəyyən problemləri də gündəmə gətirdi. Ən ümdə problemlərdən də mənzil məsələsidir.  

Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulmuş, didərgin salınmış insanların taleyi, onların mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi daim dövlətin diqqət mərkəzində olub.

Hətta 2004-cü il iyulun 1-də "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdı. Sərəncamın müvafiq bəndlərindən birində qeyd edilmişdi ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər.

1992-1998-ci illərdə işğal edimiş ərazilərdən köçkün düşən vətəndaşlar Azərbaycanın müxtəlif bölgələrində, kəndlərdə, şəhərlərdə müxtəlif dövlət binalarında, fərdi evlərdə məskunlaşmışdılar. Böyük şəhərlərdə başqa şəxslərə məxsus evlərdə məskunlaşan köçkünlər ölkə başçısının qərarı ilə həmin evlərdən çıxarılmamışdılar.

Artıq torpaqlarımız işğaldan azad edilib. Bərpa işlərinin aparılması üçün planlaşdırma işləri aparılır. Belə bir sual ortaya çıxır, digər şəxslərə məxsus evlərdə məskunlaşmış məcburi köçkünlərin və həmin evlərin taleyi necə olacaq?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər hansı vətəndaş təzminatla və ya mənzillə təmin edilirsə, onun üzərindən məcburi köçkün statusu götürülür.

"Məcburi köçkün statusu götürülən kimi o, özünə aid olmayan hansı əmlakdan istifadə edibsə, həmin əmlak ondan geri alınır. Məcburi köçkünlər 1990-cı illərdə yerləşdiyi evləri boşaldacaqlar", - deyən ekspert vurğulayıb ki, həmin evlər boşaldılmayacağı təqdirdə müəyyən qüvvələr cəlb edilə bilər.

Belə problem yaşandığı zaman məhkəmə sistemi səviyyəsində prokurorluq sanksiyaları ilə həmin mənzillərin boşaldılmasına qərar veriləcək.

Millət vəkili Fazil Mustafa qeyd edib ki, həmin dövrlərdə digər insanların evlərində məskunlaşmış məcburi köçkünlər həmin evlərdən çıxarılacaq və evlər öz sahiblərinə qaytarılacaq: "Bunun başqa yolu yoxdur. Həmin evlər kimin adınadırsa, sahibinə qaytarılır. Həmin evdə məskunlaşmış məcburi köçkün əvvəl hansı ərazidə yaşayıbsa, həmin ərazidə bərpa işləri aparılıbsa, əvvəl yaşadığı yerə qaytarılacaq. Həmin şəxslərin tutduğu evlər onlardan alınıb, əsas sahibinə qaytarılacaq".

F.Mustafa qeyd edib ki, bu prosesin reallaşması bərpa işlərindən asılıdır.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev Sputnik Azərbaycan-a bildirib ki, komitə bu məsələni daim diqqət mərkəzində saxlayır: “İşğal altında olan ərazilərimiz artıq azad olunub. Mənzillərində məcburi köçkünlər yaşayan vətəndaşların da problemləri öz həllini tapacaq”.

119
Teqlər:
mənzil, Bakı, məcburi köçkünlər, əmlak
Ziyarətçilər Benksinin əsərlərinə baxırlar, arxiv şəkli

Benksinin əsərini yandırmaq üçün 95 min dollar ödədilər - VİDEO

5
(Yenilənib 00:33 06.03.2021)
"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub.

BAKI, 6 mart — Sputnik. "Injective Protocol" blokçeyn şirkəti küçə rəssamı Benksinin "Morons" rəsmini yandırmaq və rəqəmsal aktivə çevirmək üçün Nyu-York qalereyasına 95 min ABŞ dolları ödəyərək şəkli satın alıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, rəssamın özünün yaratdığı "Pest Control" agentliyi əsərin həqiqiliyini təsdiqləyib. Canlı yayımlanan yandırılma prosesindən sonra rəsm əsəri dəyişdirilə bilinməyən tokenə (NFT) çevrilib. Qeyd olunur ki, bu, əsl sənət əsərinin virtual aktivə çevrildiyi ilk haldır.

"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub. Bu, çoxlu lot ilə hərracların tətbiqinin başlanğıcı olub.

Daha əvvəl Benksinin qrafitisi olan divarın bir parçasının "altırəqəmli məbləğə" satıldığı bildirilmişdi.

5
Asteroid

Yer kürəsi təhlükədə - beş asteroid birdən yaxınlaşır

207
(Yenilənib 00:52 06.03.2021)
Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

BAKI, 5 mart - Sputnik. Bu gecə Yer kürəsinə sərnişin təyyarəsi ölçüsündə asteroid yaxınlaşacaq. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə NASA JPL Elmi Tədqiqat Mərkəzi bildirib.

Saytdakı hesablamalara əsasən 2021 CF8 asteroidinin Yerdən ən yaxın məsafəsi 4,4 milyon kilometr təşkil edəcək. Göy cisiminin diametri 52 metrə bərabərdir.

Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

Növbəti 3 gündə Yer kürəsinin yaxınlığından növbəti həmçinin daha üç asteroid keçəcək. Onlardan ən böyüyü 2021 EB-dir. Onun diametri 43 metrə malikdir və planetimizdən 2,7 milyon kilometr məsafədə keçəcək.

207

Rusiya məktəblərində inqilabi addım: Uşaqlara qarşı rəqəmsal cinayətlərin qarşısı alınacaq

0
(Yenilənib 00:13 06.03.2021)
Rusiyanın Təhsil naziri: "Biz uşaqları təəssüf ki, alçaq məqsədlərlə yayılmış, qətiyyən qəbuledilməz olan neqativ informasiyalardan qoruyacağıq",

BAKI, 6 mart - Sputnik. İlin sonuna qədər Rusiya məktəbləri yalnız təsdiqlənmiş kontentə giriş üçün nəzərdə tutulan Wi-Fi şəbəkəsinə qoşulacaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiyanın Təhsil Naziri Sergey Kravtsov "Rossiya24" telekanalının efirində Nailə Əsgər-Zadəyə verdiyi müsahibəsində deyib. 

"Biz uşaqları təəssüf ki, alçaq məqsədlərlə yayılmış, qətiyyən qəbuledilməz olan neqativ informasiyalardan qoruyacağıq", - deyə nazir bildirib. 

Kravtsov ilin sonuna qədər bütün şəhər məktəblərinin saniyədə ən az 100 meqabit, kənd məktəblərinin saniyədə 50 meqabit sürətlə internetə qoşulacağını vurğulayıb.

Bu həftənin əvvəlində Vladimir Putin Daxili İşlər Nazirliyinin kollegiya iclasında interneti izləməyin və uşaqları orada qanunsuz hərəkətlərə cəlb edənlərin müəyyənləşdirilməsinin vacibliyindən danışıb.
Daha sonra "Biz Birlikdəyik" aksiyasının iştirakçıları ilə görüşdə prezident internet vasitəsilə uşaqlar arasında uşaq pornoqrafiyasının və narkotik maddələrin təbliğ olunduğunu qeyd edib.

O, həmçinin vurğulayıb ki, internet belə şəxslər üçün yetkinlik yaşına çatmayanlardan istifadə edərək qazanc əldə etmək mənbəyidir. Bundan sonra İstintaq Komitəsinin rəhbəri Aleksand Bastrıkin tabeliyində olanlara "internetə sızmağı" və rəqəmsal cinayətlərlə daha aktiv işləməyi tapşırıb.

0