Karxana, arxiv şəkli

Daş karxanaları yoxlanılır

12
(Yenilənib 22:08 12.01.2021)
"Artıq qanunverici layihəni hazırlamışıq. Qısa zamanda hökumətə təqdim olunacaq. Burada bir sıra yeniliklər, asanlaşmalar özünü göstərəcək" - Samir Qurbanov bildirib.

 

BAKI, 12 yanvar — Sputnik. "Ötən il 100-dən çox karxananın fəaliyyətini qiymətləndirmişik".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov deyib.

O bildirib ki, bununla bağlı həm hüquq mühafizə orqanlarına, həm də məhkəmə orqanlarına müraciət edilib.

S.Qurbanov vurğulayıb ki, İmişlidə bütün karxanaların fəaliyyətində pozuntular aşkarlanıb və bununla bağlı lazımi hüquqi addımlar atılıb: "Həm dronlarla, həm də yerli müşahidələr zamanı kənara çıxmalar qeydə alınıb".

O, həmçinin əlavə edib ki, mədən torpaqlarının idarəçiliyi ilə bağlı qanunverici aktlara dəyişikliklər ediləcək.

"Artıq qanunverici layihəni hazırlamışıq. Qısa zamanda hökumətə təqdim olunacaq. Burada bir sıra yeniliklər, asanlaşmalar özünü göstərəcək" - deyə o bildirib.

12
Avtomobillərin utilizasiyası, arxiv şəkli

Köhnə avtomobillər üçün utilizasiya proqramı hazırlanır

2
Nazirlik rəsmisi hesab edir ki, utilizasiya proqramı icra edildikdən sonra artıq avtomobil parkının yenilənməsi istiqamətində nəzərəçarpacaq nailiyyətlər əldə ediləcək.

BAKI, 19 yanvar — Sputnik. Azərbaycanda köhnə avtomobillərin utilizasiyası proqramı hazırlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə "Ekspert saatı"nda deyib. O bildirib ki, "Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin olunması üzrə Dövlət Proqramı"nda köhnə avtomobillərin utilizasiya proqramının hazırlanması və icra olunması nəzərdə tutulur. R.Səttarzadə artıq proqramın razılaşdırma prosesinin son mərhələsində olduğunu söyləyib.

Nazirlik rəsmisi hesab edir ki, utilizasiya proqramı icra edildikdən sonra artıq avtomobil parkının yenilənməsi istiqamətində nəzərəçarpacaq nailiyyətlər əldə ediləcək.

2
Bakıda qarlı hava, arxiv şəkli

BNA-dan sürücülərə xəbərdarlıq

1
(Yenilənib 17:22 19.01.2021)
Qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsini tövsiyə edilir.

BAKI, 19 yanvar — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) hava şəraitinin kəskin dəyişməsi ilə bağlı verilən proqnozlarla bağlı sürücü və sərnişinlərə müraciət edib.

Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, gözlənilən kəskin hava şəraiti ilə əlaqədar çovğun olacağı, gecə saatlarında yolların buz bağlayacağı ehtimal edilir: "Hava şəraitinin dəyişməsi ilə bağlı sürücülərdən, xüsusən enişli və yoxuşlu yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün diqqətli olmaları tövsiyə edilir. Sürücülərə tövsiyə edirik ki, sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amillər nəzərə alınmaqla digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə isə məlum qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsini tövsiyə edirik. Sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri xahiş edilir. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik".

1