Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə evlərin verilməsi mərasimi

Otuz şəhid ailəsi Qarabağ müharibəsi əlilinə ev verilib

11
Bu gün təqdim edilən 30 mənzil və fərdi ev də daxil olmaqla onlardan 1480-i verilib, yaxın iki gündə daha 20 mənzil və fərdi ev də veriləcək.

BAKI, 12 yanvar — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 30 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxsə mənzil və fərdi evlər verib. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan 22 nəfərə Yevlax rayonunda yeni yaşayış binasından alınmış mənzillər təqdim edilib.

Mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev iştirak ediblər.

V.Nəsirli bildirib ki, ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəmanların ailələrinin, bu döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların sosial müdafiəsi daim gücləndirilir:

"Ötən il şəhid ailələrinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə rekord sayda - 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub.

Bu gün təqdim edilən 30 mənzil və fərdi ev də daxil olmaqla onlardan 1480-i verilib, yaxın iki gündə daha 20 mənzil və fərdi ev də veriləcək. Ümumilikdə ötən dövrdə həmin vətəndaşlara 9100-dən çox mənzil və fərdi ev təqdim edilib".

Vurğulanıb ki, Prezident İlham Əliyev Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına da evlər veriləcəyini bəyan edib. Keçmiş köçkünlər üçün azad edilmiş yurd yerlərində evlərin tikiləcəyini, onlar üçün inşa olunmuş mənzillərin isə şəhid ailələrinə verilməsini tapşırıb.

Dövlət başçısının göstərişi ilə inşa olunmuş həmin mənzillərin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi işləri aparılır.

Təbii ki, bu, böyük bir proqram olmaqla şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olanların evlə təminatında çox mühüm bir irəliləyiş olacaq.

Yeni mənzillə təmin edilən vətəndaşlar Prezident İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunmalarından, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılması sahəsində aparılan işlərdən, pensiya, müavinət və təqaüdlərinin mütəmadi olaraq artırılmasından məmnunluqla bəhs ediblər. Onlar bu gün yeni evlə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

11
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

21
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

21
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

10
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

10