Müğənni Afət Fərmanqızı

"Nizamidən oxuyaram, Fizulidən də" - müğənni onu tənqid edənlərə sərt cavab verdi

28
(Yenilənib 23:59 12.01.2021)
Qeyd edək ki, bir müddət öncə müğənnin dahi şair Nəsiminin "Sığmazam" qəzəlinin sözlərinə oxuduğu "Pəncu şeş" adlı mahnısı ilə qalmaqala səbəb olmuşdu

BAKI, 12 yanvar — Sputnik. Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəlini hindsayağı ifa etdiyinə görə tez-tez tənqid edilən müğənni Afət Fərmanqızı bu dəfə Nizamidən oxuyacağını açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "instagram" hesabında paylaşım edən ifaçı tezliklə mahnısının çıxacağını bildirib: "Bəzi adamlar var, orda-burda mənim adımı çəkirlər. Deyirlər Afətə deyin ki, Nizami ilidir, bir dənə də Nizamidən oxusun. Oxumuşam! Yaxında görəcəksiniz. Niyə oxumuram?! Nizamidən də oxuyaram, Fizulidən də oxuyaram, kim mənə nə deyə bilər ki?! Nəsimidən oxudum kim mənə nə deyə bildi ki? Deyənin də cavabını verdim".

Qeyd edək ki, bir müddət öncə müğənnin dahi şair Nəsiminin "Sığmazam" qəzəlinin sözlərinə oxuduğu "Pəncu şeş" adlı mahnısı ilə qalmaqala səbəb olmuşdu.

28
Uşaqlar, arxiv şəkli

İnsan alverinin hər üç qurbanından biri uşaqdır

2
(Yenilənib 17:58 18.01.2021)
Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

BAKI, 18 yanvar — Sputnik. İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir. Həm milli, həm də transmilli cinayət xarakteri daşıyan "insan alveri" istismar məqsədilə insanların cəlb edilməsi, daşınması, hədələyərək, güc tətbiq edərək qorxudulması, oğurlanması, aldadılması kimi üsullarla insana qarşı zorakılıq kimi başa düşülür.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbandan biri uşaqdır.

İnsan alverinə qarşı mübarizə məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən maarifləndirici videoçarx hazırlanıb.

Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "Qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

https://www.facebook.com/prokurorluq/videos/118373910083559

2
Qulam Mustafa Xan, arxiv şəkli

"Hind kinosunun kadrarxası səsi" vəfat edib

4
(Yenilənib 18:00 18.01.2021)
Şimali Hindistanın məşhur mahnılarını səsləndirən Qulam Mustafa Xana "Ustad" titulu verilib. Klassik hind musiqiqinin ustad sənətkarı sayılan Qulam Mustafa Xan, yaradıcılığı boyu çox sayda ordenlə təltif edilib.

BAKI, 18 yanvar — Sputnik. Klassik hind musiqisinin görkəmli nümayəndəsi Qulam Mustafa Xan vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 89 yaşlı Qulam Mustafa Xan ötən gün Mumbayda dünyasını dəyişib.

Qulam Mustafa Xan sənətkarlar ailəsində dünyaya gəlib. Onun ailə üzvləri musiqiçilərdən ibarət olub. Şimali Hindistanın məşhur mahnılarını səsləndirən Qulam Mustafa Xana "Ustad" titulu verilib. Klassik hind musiqiqinin ustad sənətkarı sayılan Qulam Mustafa Xan, yaradıcılığı boyu çox sayda ordenlə təltif edilib.

Qulam Mustafa Xanı Hind kinosunun kadrarxası səsi adlandırıblar. Belə ki, sevərək tamaşa etdiyimiz hind filmlərinin əksəriyyətində onun məlahətli səsi eşidilir.

Qeyd edək ki, 2019-cu ildə insult keçirən sənətkarın bədəninin bir hissəsi iflic olub. Mərhum Qulam Mustafa Xanın martın 3-də 90 yaşı tamam olacaqdı.

4