Şəlalə Maqsudova

Öküz ilinin dəbləri - makiyajdan uzaq durun

206
(Yenilənib 13:58 09.01.2021)
Şəlalə Maqsudova: "Ümumiyyətlə, son illər stilistlər də, modelyerlər də qadınlarımıza ağır makiyajdan uzaq durmağı məsləhət görürlər".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 9 yanvar — Sputnik. Karantinli, müharibəli və uzun illərdən sonra qələbə sevincli 2020-ci il bitdi, Siçan ili öz yerini Öküz ilinə təhvil verdi. İl dəyişəndə hər kəsi, xüsusən də qadınları maraqlandıran suallardan biri də budur: "Bu il hansı rənglər dəbdə olacaq?" Modelyer-dizayner Şəlalə Maqsudova bu ilin dəb yenilikləri barədə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, 2020-ci ildə favorit olan qara, göy, qırmızı rəngləri 2021-ci ildə öz yerini torpaq çalarları və çəhrayı rəngə verir. Həm üst geyimlərində, həm də gündəlik geyimlərdə bu rənglərə üstünlük veriləcək.

Modelyerin dediyinə görə, bütün illərdə olduğu kimi, bu il də klassik rənglər öz aktuallığını qoruyub saxlayacaq. Şəlalə xanım ayaqqabılarda da yeniliklərin olacağını söylədi:

"Ağ-qara rənglər hər zaman klassika olaraq qalacaq. Artıq bir rəngdən ibarət olan çəkmələri biz bu mövsümdə görməyəcəyik. İki rəng çalarından hazırlanmış, üstü zəncirli, parlaq broşlar, parlaq kəmərlərlə bəzədilmiş orta ölçülü, enlidaban dəri çəkmələr 2021-ci ilin qış kolleksiyasına daxil olacaq".

Ötən əsrin geyimləri zaman-zaman geriyə qayıdır. Bəs görəsən, bu il də həmin tendensiya davam edəcəkmi?

"Biz keçmişimizə nəzər salsaq, görərik ki, indi dəbə minən bütün geyimlərimiz ötən qərinələrdən qaynaqlanır. Hal-hazırda 2021-ci ilin dəbi olan yun, trikotaj, moxer tipli parçalardan hazırlanmış boş, tökülən geyimlər əlli il əvvəl dəbdə idi. Dizdən aşağı yarımtrapes biçilmiş boş yubkalar, yundan hazırlanmış, bədən ölçüsündən bir az artıq olan boş jaketlər üzümüzə gələn il dəbdə olacaq. Üst geyimlərindən kəmərli, dizə qədər paltolar üstünlük təşkil edəcək. Çiyinləri aşağı, boş biçilmiş, dizdən olan frençlər bizi ötən əsrin 70-ci illərinə qaytaracaq".

"Bəzən baxırıq, xanımlar uzun paltonun altından uzun don geyinirlər. Bu, yolverilməzdir. Uzun palto ilə mütləq qısa ətək, qısa don və ya şalvar geymək lazımdır. Çünki üst geyim ilk gözə dəyən olur, onun altından elə paltar seçmək lazımdır ki, kənardan gülünc görünməsin. Adətən qadınlar bu kimi şeylərə fikir vermirlər. Nəticədə isə gülünc mənzərə yaranır", – deyə modelyer əlavə edib.

Şəlalə xanım qadınları mümkün qədər kosmetik vasitələrdən uzaq olmağa çağırıb:

"Yaxşı olar ki, qadınlar makiyajdan az istifadə etsinlər. Mən özüm də adi günlərdə makiyajdan istifadə etmirəm. Sadəcə nəmləndiricilər bəs edir. Xanımlara tövsiyə edirəm ki, makiyajdan uzaq dursunlar".

Onun sözlərinə görə, bəzən qadınlar mavi rəngli geyimə uyğun həmin rəngdə makiyaj edirlər. Bu, onların dəbi izləməməsindən irəli gəlir. Bundan qaçmaq lazımdır. Artıq bu tendensiya geridə qalıb:

"Ümumiyyətlə, son illər makiyajda tünd rənglərə üstünlük verilmir. Qadınlara tövsiyə edirəm ki, açıq rəng tonlarından istifadə etsinlər. Xarici ölkələrin dəb yenilikləri ilə maraqlanan xanımlarımız görə bilərlər ki, artıq dünyada da makiyajda tünd rəng çalarları qəbul olunmur. Stilistlər də, modelyerlər də qadınlarımıza ağır makiyajdan uzaq durmağı məsləhət görürlər".

Mütəxəssis xanım qadınların vazkeçilməz aksesuarlarından olan çantaların dəbindən da danışıb: "Dəridən hazırlanmış, ayaqqabıda olduğu kimi, üstü zəncirli, broşlu, eyni zamanda böyük və orta ölçülü çantalar bu il dəbdə olacaq".

Bəzən xanımlar geyimlərində rənglərə uyğun makiyajdan və aksesuardan istifadə edirlər. Modelyer qeyd edir ki, bu, tam yanlışdır: "Xatırlayırsınızsa, 2010-cu ildə sarı rəng dəbdə idi. Bakı sarıya bürünmüşdü. Qadınlar çantalarını, geyimlərini, ayaqqabılarını, hətta dırnaqlarını da sarı rəngə boyayırdılar. Bu, çox yorucudur. Ayaqqabın qırmızıdırsa, bu o demək deyil ki, dırnaqların da qırmızı olmalıdır. Başqa rəng çalarından istifadə etmək olar. Yaxşı olar ki, rəngləri sintez eləsinlər".

206
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

22
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

22
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

10
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

10