Dağıdılmış Füzuli şəhərinə mənzərə, arxiv şəkli

Füzulidə tikilmiş evlər bu şəxslərə veriləcək

31
Ötən il məcburi köçkünlər üçün inşa olunmuş yaşayış sahələrinin dövlətimizin başçısının göstərişinə uyğun şəkildə istifadəsini təmin etmək üçün müvafiq tədbirlərin görülməsinə başlanılıb

 

BAKI, 8 yanvar — Sputnik. Ölkə rəhbərliyinin göstərişinə əsasən, Füzuli rayonunda tikilmiş evlər məcburi köçkünlərə veriləcək. Yaşayışa hazır olan 4687 mənzil isə ölkə rəhbərliyinin tapşırığının icrası üçün istifadə olunacaq. Bu barədə Sputnik Azərbaycan-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, ötən il məcburi köçkünlər üçün inşa olunmuş yaşayış sahələrinin dövlətimizin başçısının göstərişinə uyğun şəkildə istifadəsini təmin etmək üçün müvafiq tədbirlərin görülməsinə başlanılıb:

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

"Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirir ki, 2020-ci ildə Bakı şəhərinin Qaradağ rayonundakı "Ümid" qəsəbəsində 180 ailə üçün beşmərtəbəli 3 yaşayış binasının, Binəqədi rayonunun Xocasən qəsəbəsində doqquzmərtəbəli 5 binadan ibarət 810 ailəlik yeni məhəllənin, 624 şagird yerlik məktəb binasının, 140 yerlik uşaq bağçasının, inzibati binanın və texniki infrastruktur obyektlərinin, Sabunçu rayonunun inzibati ərazisində doqquzmərtəbəli 30 binadan ibarət 1512 ailəlik məhəllənin, 1200 şagird yerlik məktəb binasının, 280 yerlik uşaq bağçasının, inzibati binanın, klub-icma mərkəzinin və texniki infrastruktur obyektlərinin, Abşeron rayonu ərazisində doqquzmərtəbəli 35 binadan ibarət 1890 ailəlik məhəllənin, 1512 şagird yerlik məktəb binasının, 280 yerlik uşaq bağçasının, klub-icma mərkəzinin və texniki infrastruktur obyektlərinin, Samux rayonu ərazisində dördmərtəbəli 9 binadan ibarət 200 ailəlik məhəllənin, 144 şagird yerlik məktəb binasının, 50 yerlik uşaq bağçasının, inzibati binanın, klub icma mərkəzinin, həkim məntəqəsinin və texniki infrastruktur obyektlərinin, Ağdam rayonunun Quzanlı qəsəbəsində 50 mənzilli beşmərtəbəli binanın, Lənkəran şəhərində 45 mənzilli beşmərtəbəli binanın, Füzuli rayonunda 95 fərdi yaşayış evindən ibarət olan yaşayış qəsəbəsinin inşası başa çatdırılıb".

31
Pasport, arxiv şəkli

Şəxsiyyət vəsiqəsilə Türkiyəyə səfəri nəzərdə tutan layihə müzakirə olunacaq

2
(Yenilənib 19:39 19.01.2021)
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib

BAKI, 19 yanvar — Sputnik. Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutan qanun layihəsi Milli Məclisə daxil olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol"un təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Türkiyə Respublikasına səyahət edən Azərbaycan Respublikası vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib.

Bu məsələ eyni zamanda Türkiyə vətəndaşlarının Azərbaycana səfərinə də şamil olunacaq.

Qanun layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.

2
Осколки стекла, архивное фото

Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub

3
Hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

3