CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq

© Sputnik / Murad OrujovБезоблачная погода в Баку, фото из архива
Безоблачная погода в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, yanvarın 8-9-da Abşeron yarımadasında arabir güclənən mülayim cənub-qərb küləyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

BAKI, 7 yanvar — Sputnik. Yanvarın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Yanvarın 8-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, yanvarın 8-9-da Abşeron yarımadasında arabir güclənən mülayim cənub-qərb küləyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər lenti
0