Azərbaycan hərbçiləri, arxiv şəkli

Vüsalı xilas etmək olardımı, yaxud onlar yaşadıqlarını uzun müddət unuda bilməyəcəklər

95
(Yenilənib 23:52 06.01.2021)
Hacıyevin sözlərinə görə, yaralanmış qazilərin çoxu İlizarov aparatına qoşulur. Bu aparat isə sızıldayan ağrılar və yuxu pozğunluğuna səbəb olur.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 7 yanvar — Sputnik. Dünən Vətən müharibəsində yaralanmış və bir müddət Mərkəzi Hərbi Hospitalda müalicə alan hərbi qulluqçu Vüsal Musayev özünü asaraq intihar edib. Talış kəndi istiqamətində aldığı kəllə-beyin travması və psixoloji zərbə onun yaddaşının itirilməsi ilə nəticələnmişdi. Son günlər yalnız bir kəlmə deyirmiş: "Döyüş yoldaşlarımı qoyub xəstəxanaya getdiyim üçün məni tutacaqlar..."

Bundan bir müddət əvvəl isə 44 günlük müharibə zamanı əsir düşən hərbçilərimiz Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası gördüyü tədbirlər nəticəsində Azərbaycana qaytarıldı.

Ötən gün onların bir qrupu tədbir keçirərək, əsirlikdə yaşadıqlarını da dilə gətirdilər.

Əsəb-gərginlik, ağrı-acı, işgəncə onların yaddaşında hələ uzun müddət qalacaq. Müharibə zamanı yaralanmış, əsir düşmüş hərbçilərimizin reabilitasiyası uzun zaman ala bilər.

Bu barədə Sputnik Azərbaycan-a danışan psixoloq Ramin Hacıyev bildirib ki, əsirlikdə olub, qurtulan insanlar müharibə görmüş insanlar olduğu üçün onlar ikiqat travma yaşamış olur.

"Onlar həm müharibənin ağırlığını, dəhşətini yaşayıblar, həm də əsirlikdə işgəncələrə məruz qalıblar. Əsirlikdə məruz qaldıqları işgəncələr onlara psixoloji baxımdan da təsir göstərir", - deyən psixoloq vurğulayıb ki, müharibə bitdikdən sonra daim qazilərlə işlədiyi üçün onların yaşadıqlarını təfərrüatı ilə bilir.

Psixoloqun fikrincə, psixoloji travma almış qazilərdə panik atak halları müşahidə edilmir.

Reabilitasiya müddəti uzun müddət davam etdiyi üçün bu şəxslər daha çox ümidsizlik yaşayırlar: "Bu şəxslərdə ümidsizlik, özünə qapanma, qeyri-müəyyənlik müşahidə edilir. Dərin depressiyaya düşürlər. Sağalacaqlarına, müalicə proseslərinin bitəcəyinə inanmırlar. Bəzi xəstələr ağır fiziki travmalar aldıqları üçün onların müalicəsi uzun çəkir. Ardıcıl əməliyyatlar həyata keçirilir. Ancaq bu əməliyyatlar fasilələrlə aparılır. Bir əməliyyatdan sonra bir müddət keçməlidir ki, orqanizm özünü bərpa etsin. Yəni əməliyyatlar mərhələli şəkildə aparılır. Bu müddət isə onların psixologiyasına təsir edir. Yəni ümidsizlik yaradır".

Psixoloqun sözlərinə görə, bəzi qazilər silah partlamaları nəticəsində kontuziya almış olurlar. Onların şikayətləri isə tamam fərqli olur.

Güclü səs və partlamadan beyin birbaşa zədə almasa da, daxilən zədələnir, sinir sistemi pozulur. Böyük dalğanın təsirindən posttravmatik şok yaşayırlar. Bu zaman həmin şəxslərdə yaddaş pozğunluğu, əqli geriləmələr müşahidə edilə bilər və beyin aktiv formada çalışmaya bilər.

"Qazilərimiz 18-40 yaş arasındadır. Bu yaş onlar üçün həyatlarının ən aktiv fazasıdır. Ancaq onlar aldıqları travmalar nəticəsində uzun zaman yataq xəstəsi olurlar. Yataq xəstəsi olmaq hər bir halda insanın psixologiyasına təsir etmiş olur. Sağlam insan belə anidən yataq xəstəsi olduğu zaman psixoloji sıxıntılar yaşayır. Ancaq onlar yataq xəstəsi olur, əlil arabasından, əl ağacından istifadə etməli olur, dəfələrlə əməliyyat keçirməli olurlar. Bu da onlarda bəzən "sinir böhranı"na səbəb olur. Yəni duyğusal olaraq, hər şey toparlanıb birdən partlayış kimi ortaya çıxır. Bu zaman xəstə yaşadıqlarını da unuda bilir. Sıfırlanmış halda biz onun reabilitasiyasına yenidən başlamalı oluruq", - deyə o bildirib.

R.Hacıyevin sözlərinə görə, yaralanmış qazilərin çoxunda İlizarov aparatı qoşulur. Bu aparat isə sızıldayan ağrılar və yuxu pozğunluğuna səbəb olur.

Mütəxəssis qeyd edir ki, əsirlikdən azad edilən şəxslərdə ikinci infeksiyalar daha çox müşahidə edilir: "Yaralı halda əsir düşmüş şəxslərdə yaralar vaxtında təmizlənmədiyi üçün müxtəlif infeksiyalar düşür. Sonradan bu əl-qolun, ayağın və s. amputasiya edilməsi ilə nəticələnir. Bu isə onlara böyük psixoloji travma verir.

Mütəxəssisin fikrincə, bu şəxslərin reabilitasiya edilməsi uzun zaman alır, ancaq hər bir halda hər kəs onların yanında olduğunu hiss etdirməlidir.

Onlar bu dövr üçün həssas təbəqə hesab edildiyinə görə heç kim yardımı əsirgəməməlidir.

95
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

17
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

17
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

8
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

8