Peşə təhsili mərkəzi, arxiv şəkli

Gələcəyə layiq: Ustalığı onlayn öyrənənlər

10
(Yenilənib 00:00 06.01.2021)
Azərbaycanda onlayn yüksək texniki peşədə təhsil alanların sayı 40 nəfərdir. Mühəndis-pedaqoji heyət hesablarının sayı isə 4084 nəfərdir

BAKI, 6 yanvar — Sputnik. Peşə təhsili pilləsində təhsil alanların onlayn tədrisinə dair statistika açıqlanıb. Peşə Təhsili üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, peşə təhsili pilləsində ümumi təhsil alan tələbə sayı 21405 nəfər, ilk peşədə təhsil alan 7439 nəfər, texniki peşədə təhsil alan 13926 nəfər, yüksək texniki peşədə təhsil alanların sayı 40 nəfərdir. Mühəndis-pedaqoji heyət hesablarının sayı isə 4084 nəfərdir.

10

"Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb

6
Silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

BAKI, 19 yanvar - Sputnik. İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.

APA-nın verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə borc üstündə baş verib.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.

6
 Передача денег из рук в руки, фото из архива

Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama

7
(Yenilənib 18:40 19.01.2021)
Ötən il dekabrın 30-da ƏƏSMN tərəfindən ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə bağlı işsiz və karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdırılıb

BAKI, 19 yanvar - Sputnik. Nazirlər Kabineti işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən şəxslərə birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin yanvar ayı üçün verilib-verilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Hökumətdən “Report”a bildirilib ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmışdi.

“Bu müddət bir ayı əhatə edib. Bununla əlaqədar olaraq da ötən il dekabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin köçürülməsi başa çatdırılıb”, - Nazirlər Kabinetdən vurğulanıb.

7

Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər

0
Üçtərəfli bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

0