CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtobuslarda gediş haqları artacaq? - BNA-dan cavab

© Sputnik / Irade JELILKarantin günləri
Karantin günləri - Sputnik Azərbaycan
Abunə olmaq
"Bakı Nəqliyyat Agentliyi tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 yanvar — Sputnik. Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib. Bunu Sputnik Azərbaycan-a BNA-nın mətbuat katibi Mais Ağayev bildirib. M.Ağayevin sözlərinə görə, bu məsələ hazırda gündəmdə deyil:

"Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil. Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib".

Xatırladaq ki, Tarif Şurasının qərarı ilə dünəndən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Xəbər lenti
0