Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Azərbaycanda şagirdlərin yerdəyişməsi yenidən dayandırılacaq

13
(Yenilənib 12:44 04.01.2021)
Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.

BAKI, 4 yanvar - Sputnik. 8 yanvar saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq. Səbəb II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, portalda mövcud sorğuların tamamlanması prosesi 13 yanvar saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.

Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

13
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Kimə vaxt? - Azərbaycanda vaksinlərin vurulacağı gün bəlli oldu

1
Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması ilə yanaşı, koronavirus əleyhinə vaksinasiyaya da start verilir

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə yanvarın 18-dən ölkədə xüsusi karantin rejimi çərçivəsində tətbiq ediləcək yumşaldılmalarla bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov məlumat verib.

O bildirib ki, ilk növbədə tibb işçiləri vaksinasiya ediləcəklər. Tədbirdə TƏBİB-in departament müdiri Yaqut Qarayeva və Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev də iştirak edirlər. Brifinqdə vaksinasiya ilə bağlı məlumatlar açıqlanır.

1
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər

Həftəsonları yenə piyadayıq

1
Yanvarın 18-dən etibarən ölkə ərazisində karantin rejiminin müəyyən yumşaldılması olacaq: sms icazələr ləğv olunacaq, bir müddət sonra müəyyən sahələr fəaliyyətə başlayacaq. Amma ictimai nəqliyyatın həftəsonu hərəkətinə qoyulan məhdudiyyət götürülmür

BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılmasını qərara alıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, buna rəğmən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.

Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib.

1
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar